çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Medianın Rəşad Dağlı cinayətinə aşırı diqqət ayırması yüksək peşəkarlıq göstəricisi sayılırmı?..

Image


Məlum olduğu kimi, tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) 1979-cu il təvəllüdlü qonşusu İsgəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı barəsində  Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu öz yerində. Məsələ burasındadır ki, üç gündür telekanallar, sosial şəbəkələr, media orqanları, saytlar R.Dağlının törətdiyi məlum olaya böyük  yer ayırıb, bu məsələni geniş şəkildə müzakirəyə çıxarıb. Əlbəttə, R.Dağlını ittiham etmək, yaxud ona bəraət qazandırmaq bizim səlahiyyətlərimizə daxil olan hal deyil, bu məsələ ilə birbaşa dövlətin aidiyyəti qurumları məşğul olur, qərarı da onlar verəcək. Bizi maraqlandıran bu məsələnin bir neçə gündür gündəmdə saxlanılmasıdır. Təbii, bu da sıradan bir cinayət hadisəsidir, Azərbaycanda və dünyanın istənilən yerində bu cür ağır cinayətlər törədilə bilir.

Medianın, TV-lərin, saytların Rəşad Dağlı ilə bağlı olaya bu qədər yer ayırması nə qədər doğrudur?

  • Vüsalə Ağabəyli: “Bu olayın mətbuatın gündəmində bu qədər saxlanılması doğru deyil”

Filologiya üzrə fəsləfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cinayət olayının yerli medianın əsas xəbərinə, ölkə gündəminə çevirilməsi, mətbuatın buna geniş yer ayırması qətiyyən düzgün deyil. V.Ağabəylinin sözlərinə görə, bütün hallarda media bu olayı bu qədər gündəmdə saxlamalı deyildi. “Bu olayın mətbuatın gündəmində bu qədər saxlanılması doğru deyil. Amma təəssüf ki, bizim media neçə gündür bu məsələyə geniş yer ayırır. Bilirsiz, adamın sənətini müsbət mənada təbliğ etmək olar, lakin cinayətini yox. Cinayətkar kimi tənqid olunmalıdır ki, millət daşıdığı statusdan asılı olmayaraq hər bir kəsin qanun qarşısında bərabərhüquqlu olduğuna az da olsa inana bilsin.

Bu nəyin təbliğatıdır? Narkotikə “yox” deyib, qatilliyi təbliğ edirik? Rəşad Dağlı həmin adamı narkoman olduğu üçün öldürməyib, şəxsiyyətinə toxunan söyüş söydüyü üçün, öz nüfuzunu üstün bildiyi üçün öldürüb! Efirlər, aparıcılar, reytinqpərəstlər hadisəyə necə rəngli don geydirməyə çalışsalar da, bu, cinayət hadisəsidir...”-deyə alim vurğuladı. 

  • Azər Həsrət: “...Bu, sıradan bir cinayət hadisəsidir”

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də bu olayın bu şəkildə mediada tirajlanmasının əleyhinədir. A.Həsrət hesab edir ki, media bu məsələyə bu formada yer ayırmalı deyildi: “Açığını deyim ki, buna çox heyrətlənirəm. Şəxsən mən sizin sualınıza görə ilk dəfədir bu məsələ barədə danışıram. Nə paylaşımlara rəy yazmışam, nə  hanısa formada buna münasibət bildirmişəm, nə müzakirələrdə iştirak etmişəm. Düşünürəm ki, şəxsən mənim üçün bu, sıradan bir cinayət hadisəsidir. Təbii ki, bu olayın bu qədər geniş müzakirə olunmasına  heç bir zərurət yoxdur. Amma təəssüflər olsun ki, cəmiyyət içində həqiqətən də bizi heyrətləndirəcək dərəcədə bu məsələyə diqqət göstərilir. Bu, Azərbaycan cəmiyyəti üçün heç də yaxşı hal deyil. Hansısa meyxanaçının, konkret bir cinayət əməlində ittiham olunan şəxsin cəmiyyət üçün hər hansısa formada diqqət çəkməsi yaxşı göstərici deyil. Hesab edirəm ki, hadisə baş veribsə, təbii, onun yaxınları, qohumları, dostları, cəmiyyət də ilgilənə, narahat ola bilər. Amma gündəmdə bu qədər məsələlər olduğu halda bu məsələyə bu cür diqqət ayırmaq, açığını deyim ki, heyrətləndirir, təəcübləndirir. Bizim daha önəmli məsələlərimiz var, ümumiyyətlə, Azərbaycanın müzakirə ediləcək o qədər həyati vacib məsələləri var ki, bunların fonunda bu məsələ gözə görünməməli idi. Amma baxıram ki, vacib məsələ arxa plana keçib və buna köklənilib...”

  • Aydın xan Əbilov: “Rəşad Dağlı çox yaxşı bir sənətkar idi, meyxananı inkişaf etdirən şəxslərdən idi, amma onunla bağlı olayın gündəmi tutması düzgün deyil”

Analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov da digər ekspertlərin fikrinə şərik olduğunu qeyd etdi. “Bütün dünyada klassik media cəmiyyətin, ictimai düşüncənin, həyatda baş verən hadisələrin güzgüsü sayılır. Media sadəcə elə-belə hansısa nəticənin əksini göstərən alət deyil, eyni zamanda  ölkədə, dünyada baş verən hadisələri süzgəcdən keçirib həm müasir, həm də gələcək nəslə ötürən təchizat sayılır. Təəssüflər olsun ki, bu,Ş Azərbaycanda bir qədər fərqlidir. Azərbaycan televizya-radiosunu, yazılı və elektron KİV-ləri, sosial medianı, sosial şəbəkəsini araşdıran bir    mütəxəssis kimi deyə bilərəm ki, bizdə hər şeyə üzdən yanaşılır. Bu istiqamətdə sarı mediaya doğru bir istiqamət oldu. Təəssüflər olsun ki, bu da ciddi qəzetçilik ənənələri olan Azərbaycan milli mətbuatının inkişafına mənfi təsir göstərdi. Biz son vaxtlar internetin, televiziyanın, radionun, sosial şəbəkələrin, yeni medianın, saytların ənənəvi medianı, yazılı mətbuatı məğlub etdiyini görürük...Çox təəssüflər olsun, mətbuat bir sıra hallarda az ictimai əhəmiyyəti olan məlumatlarla doludur. Meyxanaçı ilə bağlı olayın da mediada bu şəkildə yer alması təəssüf doğurur. Təkcə bu məsələ deyil, ondan əvvəl də bəzi müğənnilərin, meyxanaçıların müəyyən cinayətlərdə adları hallanıb. Biz narkotik, müəyyən cinayətlər üstündə həbs edilən bir neçə müğənni gördük. Amma cəmiyyətin buna reaksiyası sıfır oldu. Camaat demədi ki, “sevimli müğənnimdir”, “toyumda iştirak edib”,  “qohumumdur”. Çox təəssüf ki, mediada bəzi müğənnilərin, meyxanaçıların xoşagəlməz davranışları ilə bağlı yeni tendensiyalar ortaya çıxdı. Bu baxımdan, Rəşad Dağlı olmasın başqası olsun, əgər bu hala yol veribsə, bu, cinayət hadisəsidir. Bunu tanınmış adam edibsə, bu, yeni nəslə mənfi təsir göstərir. Rəşad Dağlı çox yaxşı bir sənətkar idi, meyxananı inkişaf etdirən şəxslərdən idi, amma onunla bağlı olayın gündəmi tutması düzgün deyil. Rəşad Dağlının çox güclü fanat qrupu vardı, toylarda savadlı, yaxud savadsız insanları öz təsiri altına ala biləcək söz adamı, meyxana ustası idi...Kiminsə yazısında oxudum ki, hansısa yazıçılar da Rəşad Dağlıya fanatlıq edib. Belə bir adam hansısa cinayət törədibsə kimlərinsə buna bəraət qazandırması çox dəhşətli haldır”-deyə A.X.Əbilov vurğuladı.

A.X.Əbilov hesab edir ki, onun əməllərini media, sosial şəbəkə istifadəçiləri müzakirə edib qiymət verməli deyil, bunun üçün hüquq-mühafizə orqanları, məhkəmələr var və hər şey məhkəmənin qərarı zamanı məlum olacaq.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ