“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin 9 üzvü Moldovanın Qaqauz muxtar vahidinin paytaxtı Komrat Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub.
Bu barədə Birliyin sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə açıqlama verib.
O vurğulayıb ki, İctimai Birliklə "Led and Connection" şirkəti arasında bağlanan müqaviləyə əsasən qazilərin təhsil məsələləri həllini tapıb.
Qeyd qedək ki, qazilərin təhsil haqları “YAŞAT” Fondu tərəfindən ödəniləcək.