Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlının yeni kitabı çapdan çıxıb.
Bu barədə baki-xeber.com-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Zəfər Günü ərəfəsində işıq üzü görən “Şuşa - müxtəsər tarix (1752-2022)” kitabı “Şuşa İli”nə həsr olunub. Kitabda Şuşa şəhərinin 1752-ci ildə Pənahəli xan tərəfindən əsasının qoyulduğu, 1756-cı ildə isə Qarabağ xanlığının paytaxtının Şuşaya köçürüldüyü qeyd edilib.
Kitabda Şuşanın tarixi abidələrinə, Kürəkçay müqaviləsi, Azərbaycan Xalq Cümhuriyyəti, sovet hakimiyyəti, Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1992) illərində şəhərin tarixinə nəzər salınıb, müzəffər Ordumuzun Şuşanı işğaldan azad etməsi (8 noyabr 2020), o cümlədən Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi və sair önəmli hadisələrə dair fakt və hadisələr elmi-tarixi baxımdan xronoloji ardıcıllıqla əksini tapıb.
Professor Məhərrəm Zülfüqarlının “Şuşa - müxtəsər tarix (1752-2022)” kitabı bakalavr, magistr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İradə SARIYEVA