“... Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib”.
Bunu Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bildirib.
Nazirliyin şöbə müdiri əlavə edib ki, hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. O, vurğulayıb ki, direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək.
Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrının aktyorları yeddi aydır maaş almadıqlarını iddia edirdilər. Bu barədə ötən sayımızda məlumat vermişdik.
İradə SARIYEVA