çərşənbə axşamı günü, 10 noyabr 2026
     

BMU-da 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub - FOTO

Image


Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyasının  (YAP) BMU ilk ərazi təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

Toplantıda universitet rəhbərliyi, tələbə-müəllim heyəti, dövlət və hökumət nümayəndələri, BMU-nun Vətən Müharibəsində iştirak etmiş tələbələri - Samir Məmmədov, Sübhan Cəbrayılov, Xəyyam Göyüşov, İqrar Əzizli, Babək Məlikov, Sənan İbrahimlxəlilov, şəhid ailəsinin üzvləri, o cümlədən şəhid Osman Manafovun həyat yoldaşı, BMU-nun I kurs tələbəsi Aysel Manafova və övladı Natiq Manafov iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şanlı qələbənin əldə olunmasını əks etdirən “Zəfər yolu” adlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov hər kəsi Zəfər bayramı münasibətilə təbrik edib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Artıq iki ildir ki, ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən  müharibəsində qələbəsi şərəfinə təsis olunmuş Zəfər Gününün böyük qururla qeyd edildiyini deyən rektor bu möhtəşəm qalibiyyətin Azərbaycan xalqının və dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, milli qürurumuzun xilas səhifəsi olduğunu bildirib.

Havar Məmmədov 44 günlük Vətən müharibəsi nəticəsində əzəli torpaqlarımızın 30 illik işğaldan azad olunduğunu, son 200 ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirildiyini, şanlı Zəfərin xalqımızın taleyində dönüş nöqtəsi olduğunu vurğulayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarından sonra təcavüzkarı sülhə məcbur etmək, əzəli torpaqlarımızın işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlanıldığını, cəmi 44 günə tarixi Zəfərin əldə olunduğunu xatırladan rektor müharibə zamanı düşmənin birliyimizi pozmağa, millətin ruhunu qırmağa hesablanan müharibə cinayətlərinin, qanlı terror aktlarının xalqımızın əzmini, iradəsini əzə bilmədiyini, Azərbaycan xalqının əsl milli həmrəylik, birlik nümayiş etdirdiyini nəzərə çatdırıb.

Rektor bu gün regionda sülhün, təhlükəsizliyin və inkişafın qarantı olan Azərbaycan üçün yeni mərhələnin - quruculuq dövrünün başladığını önə çəkərək, işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirildiyini ifadə edib. Havar Məmmədov tarixi Qələbəni bizə qazandıran şəhidlərimizin xatirəsinin Azərbaycan xaqlının qəlbində əbədi yaşayacağını, gələcək nəsillərin onları hər zaman fəxr və qürurla yad edəcəklərini vurğulayıb.

Çıxışının sonunda 8 Noyabr Zəfərinin dünya hərb tarixində yeni səhifə açdığını, bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi, rəşadəti, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığı və peşəkarlığının dünya tərəfindən öyrənilməsinin qürurverici olduğunu söyləyən rektor milli ruha sahib, vətənpərvər, yeni dövrün innovasiyalarını əxz etmiş  gəncliyin həm cəbhədə, həm də informasiya məkanında haqq işimiz uğrunda mübarizədə fəal iştirak etdiyini deyərək, tələbələrə öz tövsiyələrini verib.

Millət vəkili Arzu Nağıyev I Qarabağ Müharibəsinin veteranı kimi keçdiyi döyüş yolu və təəssüratlarını iştirakçılarla bölüşüb və şanlı qələbənin asan qazanılmadığını, 8 Noyabr Zəfərinin dünya hərb sənətinə yenilik gətirərək, bu istiqamətdə böyük örnək olduğunu, həmçinin ölkələrin Azərbaycan Ordusunun gücünə baxışının köklü surətdə dəyişdiyini vurğulayıb. Qalib ölkənin vətəndaşı olmağın qürurverici məqamlarına toxunan Arzu Nağıyev bidirib ki, Zəfər Gününə qələbənin memarı Ali Baş Komandan İlham Əliyevin, rəşadətli ordumuzun və Prezidentin ətrafında yumruq kimi birləşən xalqımızın vəhdəti nəticəsində nail olunub.

Ölkəmizdə hazırda həyata keçirilən quruculuq, bərpa və yenidənqurma işlərindən də danışan millət vəkili bir il ərzində Qarabağda mühüm nəqliyyat qovşağına çevrilməsi şərtləndirilən iki hava limanı - Füzulidən sonra Zəngilan Beynəlxalq Hava Limanının da açılışının mühüm strateji əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. Arzu Nağıyev çıxışında şəhid ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri də vurğulayıb.

Tarixi qələbə münasibətilə təbriklərini çatdıran Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova şəhidlərin hər zaman ehtiramla anıldığını, şəhid ailə üzvləri və qazilərin qayğılarının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıdlğını bildirib. Abşeron şəhərinin 400-ə yaxın şəhidinin olduğunu nəzərə çatdıran Gülnar Rəhimova onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində həyata keçirilən müxtəlif tədbirləri vurğulayıb.

Abşeron rayon İcra Hakimiyyətinin rəsmisi dövlət tərəfindən bu gün gənclərin hərtərəfli inkişafı, o cümlədən təhsil sahəsində yaradılan imkanlardan da bəhs edib.

BMU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi Canel Xəlilov da çıxış edərək, Zəfər Günü ilə bağlı gənclər adından fikirlərini çatdırıb.

Daha sonra bayram tədbiri universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Tədbirdə, həmçinin birinci Qarabağ Müharibəsinin qazisi Azər Adıgözəlovun qızı Nərmin Adıgözəlova “Xudayar təsnifi”ni ifa edib.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ