Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 1-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlandığı bildirilir.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanıb.
Bundan başqa, nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev və Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da istintaqa cəlb olunub.
Qeyd edək ki, Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini təyin edilib, O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri olub.
Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.