AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Trend-ə bildirib ki, AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddiaları yayılıb.
"Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib. Onun saxlanılmasında siyasi motiv yoxdur", - açıqlamada qeyd edilir.