Əsrlər boyu digər xalqların nailiyyətlərini özününküləşdirən ermənilər bu vərdişlərindən əl çəkmək niyyətində deyillər. Bədnam qonşularımızın növbəti “oğurluğu” Polşada qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Krakov şəhərində ənənəvi etnik mədəniyyət yarmarkasında “Azərçay”, Göyçay narşərabı və Bakı qurabiyəsi “qədim erməni məhsulları” adı ilə təqdim olunub.
Qeyd etdiyimiz kimi, bu ilk dəfə baş vermir. Ermənilər Azərbaycan torpağını özününküləşdirmək istəyirdilər, ancaq onların bu istəyi ürəklərində qaldı. Onlar dəfələrlə Azərbaycan milli mətbəxinə aid təamların da onlara aid olmasını iddia ediblər. Hətta milli musiqilərimizi belə oğurlamaq istəyiblər. Ancaq dövlətimizin bu istiqamətdə apardığı işlər nəticəsində ermənilərin cəhdi hər zaman olduğu kimi uğursuz olub.
Qeyd etdiyimiz kimi, ermənilər bu səfər “Azərçay”, Göyçay narşərabı və Bakı qurabiyəsini “qədim erməni məhsulları” adı ilə təqdim ediblər. Ancaq ermənilərin özünüküləşdirərək təqdim etdikləri məhsul elə adından bəllidir ki, onlar Azərbaycana məxsusdur.
“Bu gün ermənilər Azərbaycanın milli mətbəxində olan bütün yeməkləri, şirniyyatları, çayı, şərabı öz adlarına çıxarır, ancaq bu o demək deyil ki…”
Qida texnoloqu Füzuli Əliyev bildirdi ki, ermənilərin Azərbaycanın bütün milli-mədəni mədəniyyətini oğurlayaraq öz adlarına çıxarmaq cəhdləri yeni məlumat deyil: “Dünyanın, demək olar ki, bütün ölkələrinə səpələnmiş ermənilərin köçəri həyat tərzlərinin nəticələridir ki, onlar yalnız bizim milli-mədəniyyət statusumuza qarşı deyil, digər xalqlara, millətlərə qarşı da eyni cür davranırlar. Əbəs deyil ki, bu millətə oğru damğası vurulub və həmin damğa özünü bütün sferalarda kifayət qədər sübuta yetirib. Əgər bu gün ermənilər Azərbaycanın milli mətbəxində olan bütün yeməkləri, şirniyyatları, çayı, şərabı öz adlarına çıxarırlarsa, bu o demək deyil ki, belə də olmalıdır, yaxud dünya həmin yeməkləri məhz ermənilərin mətbəxi kimi tanıyır.
Bu gün ermənilər, nəinki Azərbaycan mətbəxinə, həmçinin gürcü, rus və başqa xalqların mətbəxinə xas yeməkləri də öz adlarına çıxmaqla məşğuldurlar. Təəssüf ki, bəzən beynəlxalq aləm onların yalanlarının təsirinə düşür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilər, həmişə olduğu kimi, öz mənfur xasiyyətlərindən əl çəkmir. Onlar, mədəniyyət yarmarkalarında, sosial şəbəkələrdə paylaşdıqları fotolardan da görünür ki, ancaq başqa xalqların mətbəxlərini kopyalayıblar. Bu da onu deməyə əsas verir ki, Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb.
Günel CƏLİLOVA