çərşənbə günü, 16 sentyabr 2026
     

Tarix dərsliklərimizi yazan bəzilərinin “türk düşmənçiliyi” - 5-ci əsrdə burada ermənilər?..

Image


Azərbaycan tarixi ilə bağlı araşdırma aparanların xeyli bir hissəsi ilkin mənbələrə baş vurmağa elə də maraq göstərmir. Bu da sonradan qalmaqala, narazılıqlara səbəb olan iddialara yol açır. Son dövrlər tarix dəsrlikləri çox tənqid olunur və bir tarixçi digərinin yazdıqlarını tənqid edir.

Bəzilərinin iddia etdiyinə görə, guya VIII sinif tarix dərsliyində yazırlar ki, 451-ci ildə burada “ermənilər yaşayıb”.

Qeyd edək ki, siyasi elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev “Bakı-Xəbər”ə açıqlamasında “VIII sinif tarix dərsliyində ermənilər barədə yazılıb. XI sinif tarix dərsliyində yazırlar ki, ermənilər bura gəlmədir, amma VIII sinif tarix dərsliyində yazırlar ki, 451-ci ildə burada ermənilər yaşayıb. O vaxt burada erməni vardı?” deyə bildirib.

Bizim özümüzə də qəribə gəldi ki, ermənilərin bizim bölgələrə köçürülüb məskunlaşdırılması tarixi bəlli ola-ola necə onların burada köklərini qədimləşdirmək olar?

  • Avarayr döyüşlərini də dərsliklərdən çıxaran şəxsən mənəm”

Bu iddiaya aydınlıq gətirməsi üçün VIII sinif “Azərbaycan tarixi” dərsliyinin həmmüəllifi Hafiz Cabbarovla əlaqə saxladıq. H.Cabbarov iddiaların tamamilə əsassız olduğunu bildirdi. “VIII sinif “Azərbaycan tarixi” dərsliyində biz hələ xeyli əvvəlcədən konseptual olaraq ortaya qoymuşuq, sənədlər əsasında yazmışıq ki, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə ermənilər bizim bölgəyə köçürülüblər. O ki qaldı başqa məsələyə, İrəvan xanlığı mövzusunda şəxsən mən özüm yazmışam ki, məşhur erməni tarixçisi  İonesyan özü “İrəvan əhalisinin böyük əksəriyyəti azərbaycanlılar idi” etirafını edib, yazıb. Söhbət 1828-ci ildən gedir. İrəvan əhalisinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğunu təkcə biz demirik, erməni alimi də etiraf edir. Orada sənədlər, mənbələr əsasında bir fikir yazmışıq ki, o zaman Çar Rusiyanın bölgədə olan hərbi və diplomatik nümayəndəsi olan polkovnik  Burnaşev Peterburqa məktub yazıb. Biz bu məktubun məzmunu və hansı arxiv sənədinə istinad edildiyini qeyd etmişik. O İrəvan, Qarabağ xanlıqlarını digər xanlıqlar kimi Azərbaycan xanlıqları hesab edir. Bunu da ona görə yazmışıq ki, bəziləri iddia edir ki, Azərbaycan sözü siyasi termin kimi yaranıb və sair. Eyni zamanda İranın bizə qarşı iddiası var. Dərslikdəki mövzular sənədlər əsasında yazılıb.

Bu dərslikdə ermənilərin bura Türkmənçay müqaviləsinin müvafiq bəndinə əsasən köçürüldüyü yazılıb. Bu əsassız iddianı irəli sürənlər ya nəyisə qarışdırırlar, ya da özlərini reklam etmək niyyəti güdürlər. Bilirsiz ki, biz dərslik məsələsində nə qədər həssasıq. Ola bilsin, bu məsələyə toxuna bilərlər; orada bir istinad var ki, 1441-ci ildə (bu da sənəd əsasında yazılıb, havadan yazmamışıq) Azərbaycan Qaraqoyunlu hökmdarı Cahan şah erməni katolik kilsəsinin Üçkilsədə yerləşməsinə icazə verir. Bu da rəsmidir. Hətta Prezident tərəfindən fəxri mükafatla mükafatlandırılmış “İrəvan tarixi” dərsliyində də, bir çox mənbələrdə də var. 1441-ci ildə erməni katolikosluğunun Kilikyadan Üçkilsəyə köçməsinə Cahan şahın icazə verməsi heç də ermənilərin kütləvi şəkildə bura köçürülməsi deyil. O, katolik kilsəsinin burada məskunlaşmasına icazə verir. Amma təəssüf ki, sonradan katolikosluq burada möhkəmlənərək bu və digər şəkildə öz mülklərini genişləndirmək siyasətini yürüdür. Hətta Matenadaranda belə bir sənəd var, erməni keşişləri etiraf edirlər ki, biz tədricən zorla, pulla satınalma yolu ilə və bu digər üsullarla öz mülklərimizi artırdırıq. Bütün bunlar onu göstərir ki, ermənilər bura gəlmədir. Bəziləri stəkanda fırtına yaratmaq istəyir, amma tarix elə bir məfhumdur ki, mənbələrə əsaslanır. Biz VIII sinif və digər dərsliklərdə ermənilərin bura gəlmə olduğunu vurğulamışıq” .

H.Cabbarov onu da bildirdi ki, V sinif,  həm də digər siniflər üçün dərsliklərdə Kürəkçay müqaviləsinin 1805-ci ildə Qarabağ xanlığı və Çar Rusiyası arasında bağlandığını və burada ermənilər barədə bir kəlmə də olsun yazılmadığını qeyd ediblər: “Bu da həmin dövrdə Qarabağda heç bir erməninin olmamasının sübutudur. Çox təəssüf edirəm ki, bəziləri bunları görməzdən gəlib tamamilə uydurma söhbətlər edir. Dərslik haqqında iddia irəli sürən adamlar açıb VIII sinif Azərbaycan tarixi dərsliyinə baxmalıdır ki, görsün iddia etdiklər orda varmı? Halbuki, VIII sinif Azərbaycan tarixi dərsliyi XVI əsrin sonlarından 1828-ci ilə qədər olan Azərbaycan tarixi əhatə edir. Təbii ki, XVI əsrə aid olan tarix dərsliyində 451-ci ildən bəhs edilə bilməz. Heç bir dəsrlikdə qeyd etməmişik ki, “451-ci ildə burada ermənilər yaşaylb”, bütün dərsliklərdə ermənilərin bizim bölgəyə 1828-ci ildə köçürüldüyünü yazmışıq. Əsassız iddia irəli sürən(lər) isə unudurlar ki, bu keçmişdə, Sovet dövründə dəsrliklərdə yazılırdı. O isə VII sinif dəsrliyində idi. Sovet dövründə VII sinif “Azərbaycan tarixi” dərsliyində o vaxt Avarayr və Xalxal döyüşü barədə yazmışdılar ki, o zaman albanlarla ermənilər, gürcülər birlikdə Sasanilərə qalib gəldi. Sonradan şəxsən mən VII sinif dərslik müəlliflərinə təklif etdim ki, bu ideoloji cəhətdən doğru deyil, bunu ya redaktə edib düzəldin, ya da ixtisar edin. O zaman müəlliflər bunu  ixtisar edib çıxardılar. Bir daha qeyd edim ki, Avarayr döyüşü ilə bağlı olan mövzular VI,VII,X  sinif “Azərbaycan tarixi” dərsliyində olmalı idi. Bu gün “Azərbaycan tarixi” dərsliklərinin heç birində ümumiyyətlə bu döyüşlər barədə məlumat yoxdur. Gedin bir açıb dərslikləri oxuyun, görün orada nə yazılıb? Axı heç nə yazılmayıb. Avarayr döyüşlərini də dərsliklərdən çıxaran şəxsən mənəm. Amma bilmədən, araşdırmadan yalan məlumatlar yayırlar. Bu adamlar da ermənilər kimi yalandan, şişirtmədən istifadə edirlər. Bu çox gülməli və tragikomik bir ittihamdır” - deyə H.Cabbarov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ