çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İndi də məktəblərdə İntizam Şurası müzakirələri başlayıb - reaksiyalar kəskin fərqli oldu...

Image


"Məktəblərdə İntizam Şurası yaradılacaq". Bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.

Məktəblərdə İntizam Şurasının yaradılması məsələsi müəyyən suallar doğurur.

İndiyə qədər valideyn komitələri vardı, fəaliyyət göstərirdi, bunun nə nəticəsi oldu? Məktəblərdə gündə bir qurum yaratmağın nə mənası var ki? Məktəbin direktorunun fəaliyyəti, məktəbin idarəçiliyi normal şəkildə olsa, təhsil sistemində qayda-qanun yaradılsa bütün problemlər həll olunar.

Məktəblərdə İntizam Şurasına  valideynlərin də cəlb ediləcəyi vurğulanır. Valideyn iş-gücünü atıb niyə gedib məktəbin işi ilə məşğul olmalıdır? Valideynin başqa işi yoxdurmu, o niyə məktəbin işinə müdaxilə etməlidir?  Bütün bu problemlərin hamısını məktəbin müəllimi, rəhbərliyi, Elm və Təhsil Nazirliyi həll etməlidir.

  • Vüsalə Ağabəyli: "Təhsilin düzgün və səmərəli təşkili təmin olunmasa hər gün bir komissiya, hər gün bir imtahan və ya hər gün bir şura yaratsalar da heç bir önəmi olmayacaq"

Şuranın yaradılması məsələsinə münasibət bildirən filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bizimlə söhbətində bildirdi ki, valideynin prosesə cəlb edilməsi normal görsənmir, bu özü suallar doğurur: "Əvvəla, valideyn məktəbin pedaqoji və ya texniki heyətinin üzvü deyil, şura tərkibində valideyn fəaliyyətini necə tənzimləyəcəklər, bu aydın deyil. Həm də məktəb özü-özlüyündə tədris, tərbiyə və təşkilati işləri ümumiləşdirən bir müəssisədir, İntizam Şurasını da özü təşkil edə bilər. Digər tərəfdən isə, son illər müəllimlərin məqsədyönlü şəkildə itirilmiş nüfuzu təhsildə bu cür boşluqlara səbəb olur. Əgər diqqət edirsizsə, son dövrlər sanki müəllimlər hədəfə götürülüb, ictimaiyyətin və şagirdin gözündən salınır. Təbii ki, mən yaxşı müəllimləri nəzərdə tuturam, bacarıqlı müəllimi, təşkilatçı müəllimi, vicdanlı müəllimi. Təhsilin düzgün və səmərəli təşkili təmin olunmasa, hər gün bir komissiya, hər gün bir imtahan və ya hər gün bir şura yaratsalar da heç bir önəmi olmayacaq. Hər bir vəzifə sahibinin öz səlahiyyətini layiqincə yerinə yetirməsinə Elm və Təhsil Nazirliyi tərəfindən ciddi nəzarət olunmalıdır".

V.Ağabəylinin sözlərinə görə, hər hansı bir məsələ ictimailəşəndən sonra məktəb direktorunu və ya kimisə vəzifədən azad etmək çıxış yolu deyil. O vurğuladı ki, təhsil mühiti peşəkar kadrlara həvalə edilməli və onların doğru fəaliyyəti izlənməlidir.

  • Elşən Qafarov: “...Həm bir qədər düşündürücüdür, həm də maraqlıdır”

Tanınmış təhsil eksperti Elşən Qafarov da məsələyə münasibət bildirdi. E.Qafarov hesab edir ki, məktəblərdə İntizam Şurasının yaradılması maraqlı məsələdir. “Məktəblərdə İntizam Şurasının yaradılacağı ilə bağlı Elm və Təhsil Nazirliyinin nümayəndəsinin verdiyi məlumat həm bir qədər düşündürücüdür, həm də maraqlıdır. Məsələ burasındadır ki, nazirlik doğrudan da məktəblərdə nizam-intizam qaydalarının bərqərar olması üçün müəyyən addımlar atmaq istəyir. Bu müsbət haldır. Amma İntizam Şurasının yaradılması bir qədər düşündürücüdür. Əvvəla, təhsilin idarəetmə orqanlarında çalışan bizim bəylər və xanımlar bir şeyi bilməlidir ki, hər bir məktəb qanunvericilik əsasında idarə olunmalıdır. O cümlədən də bütün müəssisələr, bütün cəmiyyət. Çünki Azərbaycan Respublikası hüquqi dövlətdir və əsas qanunu konstitusiyadır. Konstitusiyanın 42-ci maddəsinə uyğun olaraq "Təhsil Haqqında" və "Ümumtəhsil haqqında" qanunlarımız var. Hər iki qanunun 15-16 maddəsində konkret göstərilib ki, ümumtəhsil müəssisələrində bütün münasibətlər, o cümlədən də intizam məsələləri və yaradılacaq hər hansı qurumlar ancaq təhsil müəssisələrinin özünün nizamnaməsi əsasında mümkündür. Dövlət müstəqilliyimizin 31 ilini tamamladıq  32-ci ilə keçdik. Hələ də bizim dövlət ümumtəhsil məktəblərimizin nizamnamələri yoxdur. Bunu görməmək mümkün deyil. Nə qədər şuralar yaradılırsa-yaradılsın, heç bir irəliləyiş olmayacaq. Bu birmənalı şəkildə belədir. Necə ki, məktəblinin dostunu gətirdilər, məktəblərdə agentura sistemi yaratdılar. İntizam Şurasının da nizam-intizam qaydasının yaxşılaşdırılmasına heç bir töhfəsi olmayacaq. Elm və Təhsil Nazirliyi, o cümlədən ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri cənab Elnur Əliyev doğrudan da orta məktəblərdə nizam-intizam qaydalarının bərqərar olmasını istəyirsə, ilk növbədə məktəblərin nizamnamələrinin qəbul edilməsini həyata keçirməlidir. Məktəblərin nizamnamə əsasında fəaliyyət göstərməsinin təmin olunması ilə bağlı konkret addım atılmalıdır”.

E.Qafarov hesab edir ki, məktəblərdə nizam-intizam qaydalarının həyata keçirilməsi üçün məktəb rəhbərliyi kadrları düzgün seçməli, məktəbi idarə edən direktorlar, direktor müavinləri yüksək nüfuza malik şəxslər olmalıdır. Digər tərəfdən, yeni korpuslar tikmək hesabına şagird sıxlığının azaldılması və sair amillərin də nizam-intizam qaydalarının tənzimlənməsinə dəstək olacağını deyən mütəxəssis hesab edir ki, bununla bağlı dövlət proqramı hazırlanmalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ