çərşənbə günü, 16 sentyabr 2026
     

Məktəblərə dərsliklər tam verilməyib, ancaq mağazalar dərsliklə doludur... Nə baş verir...

Image


Azərbaycanda orta ümumtəhsil məktəblərində dərsliklərin tam olaraq verilməsi prosesi başa çatmayıb. Demək olar ki, bütün siniflər üzrə dəsrlik çatışmazlığı var, ən azından iki-üç dərslik verilməyib. Əvvəllər rəsmən bildirildi ki, problem var və bu nəşriyyatlarla bağlıdır, tez zamanda problem öz həllini tapacaq.

Dəsrliklərin müəyyən hissəsi paylanılsa da, oktyabrın ortası olmasına baxmayaraq, proses tam olaraq başa çatdırılmayıb. Olmayan dərsliklər həm müəllimlər, həm də şagirdlər üçün problem yaradır, valideyn üçün də daha artıq çətinliyə səbəb olur. Çox təəssüflər olsun ki, problemin geniş şəkildə ictimailəşdirilməsinə baxmayaraq, hələ də Azərbaycanda orta məktəblərdə dərslik problemi tam olaraq öz həllini tapmayıb. Valideynlərin iddiasına görə, bəzi məktəblərdən valideynlərə deyiblər ki, şagirdlərə verilməyən dərslikləri satışdan alsınlar. Yəni bəzi valideynlər iddia edirlər ki, onlara belə deyilib. Bir aydir dərslər başlayıb, amma  dərsliklərin hamısı yoxdur. Şagirdlər çap olunmayan dərsliyin PDF-nin surətini çıxarıb istifadə edir. Buna da hər şagirdin imkanı yoxdur ki, səhifəsi 10-15 qəpiyə elektron dərsliyin surətini çıxarsın. Bu dərsliklər yoxdursa, şagirdə verilmirsə, o necə mağazada ola bilər ki? Mağazalarda satıldığı iddia edilən dərsliklər ora hansı yolla düşə bilər? Bir necə dərsliyin çapının gecikməsi nə ilə bağlıdır?

Qeyd edək ki, bəzi ekspertlər dərsliklərin gecikmə səbəbinin ölkəmizdəki kağız qıtlığı ilə bağlı olduğunu düşünür. Bu barədə də rəsmi bir məlumat yoxdur, bu iddialar ağızdan-ağıza dolaşır.

Problemə və iddialara aydınlıq gətirilməsi üçün Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoruna sorğu göndərdik. Yazını çapa hazırladığımız müddətdə sorğuya cavab verilmədiyi üçün onu sizə təqdim edə bilmədik. Ümid edirik ki, nazirlik sorğumuzu cavablandıracaq və biz də cavabı sizə təqdim edəcəyik.

  • “...Necə olur ki, bu kitabların hamısı satışda var, amma dövlət onu verə bilmir”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində ilk növbədə qeyd etdi ki, dərsliklərin çap edilməsi, onun məktəblərə paylanması Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. “Tədris sentyabrın 15-dən başlasa da, xüsusən də yuxarı sinif dərsliklərinin böyük əksəriyyətinə Elm və Təhsil Nazirliyi kitabları verə bilməyib. Hazırda ölkədə 4432 orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 1,6 milyon şagird təhsil alır. Çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi öz üzərinə düşən öhdəliyi yerinə yetirib, şagirdləri dərsliklərlə təmin edə bilmir. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla orta ümumtəhsil müəssisələrində təhsil alan  dərsliklər tam olaraq pulsuz verilir və tədris ili başlayana qədər birmənalı şəkildə bütün  şagirdlər dərslik  komplektlərilə təmin olunur. Lakin nazirlik bu təlimatı unudub. Bu vaxta qədər belə hal olmamışdı ki, dərs ili ikinci aydır başlayıb, lakin şagirdlərə dərsliklər verilməyib. Bu da tədrisin təşkilinə, şagirdlərin zəruri biliklər əldə etməsinə ciddi problemlər yaradacaq.

Məlum olduğu kimi, artıq məktəblərdə KSQ, BSQ-lərin vaxtıdır. Şagirdlərə kitab verməyən nazirlik onların qiymətləndirilməsini necə həyata keçirə bilər? Deyirlər ki, PDF elektron variantda var. Axı heç də  bütün valideynlərin PDF-dən istifadə etmək imkanı yoxdur. Digər tərəfdən, valideynlərin belə bir öhdəliyi də yoxdur ki, PDF-dən kitab çap etsin”. K.Əsədov vurğuladı ki, dövlət dərsliklərin çapı üçün böyük məbləğdə pul ayırıbsa, belə çıxır ki, nazirlik həmin vəsaiti mənimsəyib, yerinə heç nə qoya bilmir. K.Əsədovun sözlərinə görə, dövlət tərəfindən dərsliklərin tam vaxtında çatdırılması dərslik siyasətində də qeyd olunub və hər il avqust ayında bununla bağlı xüsusi əmr olurdu, indi isə bu yoxdur. “Təsəvvür edin, indi orta ümumtəhsil müəssisələrində yeni fənn təyin olunub - təbiət fənni. Cədvəllərdə bu fənnin adı var, amma kitabı yoxdur. Daha bir məsələ, necə olur ki, bu kitabların hamısı satışda var, amma dövlət onu verə bilmir? Əlbəttə ki, dövlət pul ayırırsa, onu satışdan almaq imkanı var. Amma sabah Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq şagirdlərimiz, övladlarımız o kitabları əldə edə bilmir. Demək ki, bu məsələ Elm və Təhsil Nazirliyinə maraqlı deyil. Bir daha qeyd edirəm ki, nazirlik artıq avqust ayına işlərini planlamalı, dərslikləri hazır etməli idi. Azərbaycanda dərsliklərə ayrılan vəsait bizim qonşu dövlətlərin ümumi büdcəsindən də çoxdur. Təkcə dərsliklərin saxlanılmasına hər il 4 milyarddan çox pul ayrılır ki, bu da Gürcüstan və Ermənistanın büdcəsindən çoxdur. Amma Elm və Təhsil Nazirliyinin müvafiq şöbələri, rəhbərliyi öz işinin öhdəsindən gələ bilmədiyi üçün bu gün Azərbaycan övladları, şagirdləri dərsliksiz, boş-boşuna dərslərə gedib-gəlirlər. Bəs sonra onlar bir ayda keçirilən dərsləri haradan öyrənəcəklər? Regionlarda, dağlıq ərazilərdə yaşayan şagirdlərin vəziyyəti isə daha ağırdır, onlar təhsildən kənarda qalır”-deyə K.Əsədov qeyd etdi.

Mövzu ilə bağlı sorğumuza cavab verilərsə, Elm və Təhsil Nazirliyinin münasibətini işıqlandıracağıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

16.09.2026 / 06:55
ABŞ qüvvələri narkokartelin üzən yanacaqdoldurma stansiyasını okeanın dibinə gömdü

16.09.2026 / 06:32
Tramp üçün impiçment istəyi demokratları ikiyə böldü

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ