çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Yeni icbari avtosığorta qaydaları kəskin mübahisə doğurur - sürücülük vəsiqələri və texniki baxış şübhə altına alınır…

Image


Bölgələrlə Bakıdakı nəqliyyat vasitələrinin sığortahaqları fərqli olacaq. Bu nüans avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı oktyabrın 1-dən qüvvəyə minən qaydalarda öz əksini tapıb. Yeni qaydalara əsasən, sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək.

Belə ki, ilk öncə sığorta haqlarının sürücülərin daşıdığı risqin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin risq səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək risqi o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir.

Digər risq amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.

Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan, istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.

Qeyd edək ki, sığorta haqları ilə nəzərə alınacaq amillərin bir neçəsi narazılığa səbəb olub.

Yeni qaydalarda qeyd olunan bəzi nüanslar indiyə qədər olan normativ aktlarını da şübhə altına alır. Belə ki, qeyd edilir ki, sürücünün yaşı və təcrübəsi nə qədər azdırsa o daha çox sığorta ödənişi edəcək. Yaşa görə əmsalın tətbiq edilməsi aidiyyəti qurumlar tərəfindən verilən sürücülük vəsiqəsinin gücünü şühbə altına alır. 25 yaşında olan sürücü və ya az müddət təcrübəsi olan şəxs idarə etdiyi nəqliyyat vasitəsini peşəkar şəkildə sürürsə ona əmsalın tətbiq edilməsi düzgün  deyil. Nəzərə almaq lazımdır ki, yaşından asılı olmayaraq, istənilən şəxs yol hərəkət qaydalarını mükəmməl şəkildə bilə, nəqliyyat vasitəsini düzgün şəkildə idarə edə bilər. Bu səbəbdən də yaş və təcrübəni əsas gətirib yüksək əmsalın tətbiq edilməsi düzgün sayılmır.

Həmçinin, narazılığa səbəb olan məqamlardan biri də nəqliyyat vasitələrinin istismar müddəti ilə bağlıdır. Məlumdur ki, yeni avtomobil 5 il müddətinə texniki baxışdan keçmir. Çünki həmin nəqliyyat vasitəsi təzə olduğu üçün sərbəst şəkildə idarə edilə bilər. Ancaq  ili köhnə olan avtomobillər hər il texniki baxışdan keçirilməlidir. Bu ümumi bir qaydadır. Nəqliyyat vasitəsi texniki baxışdan keçir, birka avtomobilin ön şüşəsinə vurulur. Bu o deməkdir ki, həmin maşın istifadəyə yararlıdır. Ancaq yeni qayda da ili köhnə avtomobillər daha artıq sığorta ödənişi etməlidir. Sual yaranır ki, avtomobil istifadəyə yararlı kimi texniki baxışdan keçibsə, avtomobilin ön şüşəsinə birka vurulubsa, o zaman həmin nəqliyyat vasitəsinə niyə artıq əmsal hesablanmalıdır?

Bir sözlə, avtomobil sahiblərinin  yeni qaydalara münasibəti birmənalı deyil.

  • İlkin İbrahimov: “Nümunəvi sürücü mükafatlandırıldığı kimi, intizamsız sürücü də cəzalandırılmalıdır”

Mövzu ilə bağlı fikir bildirən sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bankın sığorta ödənişləri ilə bağlı tənzimləyici qaydaları noyabrın 1-dən qüvvəyə minəcək: “Mərkəzi Bankın sığorta haqqına dair qaydalara etdiyi əsas dəyişiklik bonus-malus sistemi ilə bağlıdır. Bonus-malus sistemi o deməkdir ki, bu sistem vətəndaşı həvəsləndirir, yəni əgər qəza hadisəsi baş verməyibsə, vətəndaşa sığorta haqqı hesablanan zaman endirim edilir. Yox, əgər intizamsız sürücü bir neçə dəfə qəza hadisəsi törədirsə, bu zaman sığorta haqqı artır. Nümunəvi sürücülərin mükafatlandırılması, sığorta haqqında onlara güzəşt olunması əvvəlcədən də var. Lakin məsuliyyətsiz sürücülərə yönəlik çəkindirici tədbirlər yox idi. Yəni kobud məsuliyyətsizlik üzündən tez-tez qəza törədən sürücülərə yönəlik ciddi tədbirlər yox idi, olsa da işləmirdi. İndi sürücünün yaşı, avtomobilin yaşı, sürücülük vəsiqəsinin alınma müddəti, etibarnamənin olub-olmaması və avtomobilin istifadə edildiyi regionlara uyğun olaraq əmsallar tətbiq olunur”.

Ekspert bildirdi ki, yeni qaydaya görə, sığorta haqqı hesablanan zaman avtomobilin daha çox istifadə olunduğu əraziyə görə əmsallar tətbiq ediləcək: "Daha çox istifadə olunan ərazi deyəndə avtomobilin uçotda olduğu yer nəzərdə tutulur. Regionlar üzrə ən yüksək sığorta haqqı Bakıda olacaq. Paytaxtda istifadə edilən avtomobillər üçün sığorta haqqı hesablananda baza məbləği 1,1 əmsalına (50 manat x 1,1=55 manat) vurulacaq. Danılmaz faktdır ki, paytaxt ərazisində sıxlıq artdığına görə qəza riski də çoxalıb. Ona görə digər şəhər və rayonlara nisbətən Bakıda sığorta haqqı daha yüksəkdir. Rayon qeydiyyatında olan maşınlar üçün daha az sığorta haqqı ödəniləcək. Bakı qeydiyyatında olan avtomobillər üçün isə daha çox sığorta haqqı hesablanacaq”.

Sürücünün yaşı və təcrübəsi ilə tətbiq ediləcək əmsala gəlincə, ekspert dedi ki, yeni qaydaya əsasən, sığorta haqqı hesablanan zaman avtomobil sürücülərinin yaşı və sürücülük təcrübəsinə görə əmsallar tətbiq ediləcək. Avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqca sığorta haqqı da artacaq: “Məsələn, 16-25 yaş arasında olan sürücünün 2 ilədək təcrübəsi varsa, bunun əmsalı 1,35, 3-4 illik təcrübəsi varsa, 1,30 olacaq. Ən aşağı əmsal 10 il və daha çox təcrübəsi olanlar üçündür. 16-25 yaş arasında olan sürücülər və 65 yaşdan yuxarı sürücülər üçün sığorta haqqı daha yüksək olacaq. Yaşa görə ən aşağı əmsallar 30-65 yaş arasındadır. Yaşa görə sığorta ödənişinin artması risq faktoru ilə bağlıdır. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək risqi o qədər yüksəkdir. Eyni zamanda, 65 yaş aralığında olan şəxslərin sağlıq problem olduğu üçün onlar da risqli kateqoroyaya aid edilir”.

Ekspert onu da əlavə etdi ki, yeni qaydaya görə, avtomobilin istismar müddətinə görə əmsallar tətbiq ediləcək: "Köhnə avtomobillər üçün sığorta haqqı daha yüksək olacaq. 10 ilədək olan maşınlarda sığorta haqqı 1 əmsalına vurulacaq, 10-20 illik maşınlar üçün bu əmsal 1,05, 20 ildən artıq olanlar üçün isə 1,10 olacaq. Başqa sözlə, 20 ildən çox istehsal tarixi olan avtomobilləri sığortalamaq yeni maşınlarla müqayisədə daha baha olacaq.

Bəli, siz düz deyirsiz ki, Dövlət Yol Polisi hər il köhnə maşınları texniki baxışdan keçirir və istifadəyə yararlı olması ilə bağlı birka verir. Ancaq onu da deyim ki, köhnə maşınlar texniki baxışdan keçsələr də, yenə risqli sayılırlar. Fərqi yoxdur, istənilən əmlak və əşya uzun müddət istifadə edilirsə onun risqi, qəza olma ehtimalı artır”.

Sığorta eksperti hesab edir ki, 4 qaydanın  hər biri ədalətlidir. Ona görə ədalətli qərardır ki, nümunəvi sürücü mükafatlandırıldığı kimi, intizamsız sürücü də cəzalandırılmalıdır. 

  • Elməddin Muradlı: “Sürücülərin ziyanına olan qərarı Mərkəzi Bankın sədri bir imza ilə həll edir, amma sürücülərin xeyrinə olan iş üçün...”

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, bu aydan etibarən sürücülər daha çox sığortapulu ödəyəcək: “Sürücünün yaş həddi, sürücülük təcrübəsi, avtomobilin texniki vəziyyəti, neçə nəfərin idarə etməsi, harada sürülməsi nəzərə alınacaq. Maraqlıdır, sürücülərin ziyanına olan qərarı Mərkəzi Bankın sədri bir imza ilə həll edir. Amma sürücülərin xeyrinə olan iş üçün, yəni qəza zamanı sığorta ödənişinin 5 min manatdan daha artıq olması üçün qanun layihəsi hazırlanmalı, 125 deputat səs verməli, sonra isə Prezident təsdiq etməlidir. Söhbət sığortadan gedirsə bu yanaşma qeyri-bərabərdir. Zəhmət çəkib ödənişi də artırsınlar. Zaman bunu tələb edir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ