çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Xatirə Kitabı “44 gün-Tarixi zəfər” çoxcildliyini Ağcabədidə də təqdim etdi... - FOTO

Image


Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi ilə yolumuz Ağcabədi şəhərindədir. Xatirə kitabının böyük zəhmətlə ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin növbəti təqdimatına tələsirik. Yolumuzu neçə-neçə qəlbi dağlı, boynu bükük, ağlamaqdan gözünün işığı, dizinin taqəti, ürəyinin təpəri əriyən şəhid anaları gözləyir.

Ürəyində yas qurulsa da, kişi qürurunu diri tutub “şükür balam fərari olmadı, şəhid oldu” deyən atalar, fidan balalar, qara yaylıqlı şəhid xanımları da yolumuza göz dikib. Onlar bizi yox  “44 gün – Tarixi zəfər”i gözləyirlər, gözləyirlər ki, əzizlərinin şəkillərini cənnət gülü kimi qoxlasınlar, kitablara hopan sözləri ürəklərinə yazsınlar. Biz əlidolu gedirik. Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədova və  yaradıcı kollektiv şəhid ailələrinə ərmağan olan, onların qəlbində işıq oyadan töhfələrlə gedir. Həm kitab aparırlar, həm də əslən Ağcabədi rayonundan olan şəhid Ömər Rəhimli, Əmrah Abışov və Vüsal Şükürovun həyatı, keçdiyi döyüş yolundan bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı... və ya 44 günün dastanı” sənədli filmlərini tədbir iştirakçılarına ərmağan etməyə tələsirlər. Filmlərin rejissoru və ssenari müəllifi Vüsal Nuru da bizimlədir. Yol boyu şəhidlərimizin qəhrəmanlıqlarından danışırıq, Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi geniş və dövlət, xalq, tarix əhəmiyyətli layihələrdən danışırıq. Nəzakət xanım deyir ki, bütün şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Xatirə Kitabı Redaksiyasının rəhbəri kimi əlindən gələni edir və edəcək də. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək missiyasını daşımaq, əlbəttə, çox məsuliyyətli və şərəflidir. Bu missiya da Xatirə Kitabı kollektivinin üzərinə düşüb...

Uzun yolun damarını qırıb, Ağcabədi şəhər Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinə gedib çatdıq. Bizi həyəcanlı, intizarlı şəhid ailələri qarşıladı, öz doğmaları kimi...

Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimində Ağcabədi, Ağdam  və Laçın rayonlarından olan şəhid ailələri iştirak etdilər. Şəhid ata-analarının, şəhid balalarının göz yaşları qurumur, kimisi kitabı bağrına basmışdı, kimisə oğlunun, atasının şəkli olan şəhifəni tapıb şəkillərini dodaqlarına sıxıb öpürdü...İki oğlu ilə müharibəyə gedən şəhid Müşfiq Abbasovun anası Limunə ana oğlunun şəkilini duz kimi yalayırdı, sanki bununla bala ağrısını, bala həsrətini ovundurdurdu. Limunə ana tək deyildi, zaldakı anaların hamısı bala həsrətindən sinəsi kösöv olan analar idi. Hər biri övlad acısını bir cür dindirirdi. Atalar, ürəyi param-parça olan, amma qüruru yenilməyən atalar, sizin də çəkdikləriniz gözdən qaçmadı.

“Heç kim unudulmur, heç nə yaddan çıxmır!”-devizini özlərinə yol yoldaşı seçən, şüara, məqsədə çevirən Xatirə Kitabının kollektivi doğrudan da tarix yaradır və bu tarix xalqımızın böyük qürur mənbəyidir.

“44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimini şair-publisist Rəfael Tağızadə açdı və Xatirə Kitabı redaksiyasının gördüyü möhtəşəm işləri vurğuladı. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra R.Tağızadə şəhid valideynlərinə xitabən “Belə qəhrəman övladlar yetişdirdiyiniz üçün sizin qarşınızda baş əyirik. Azərbaycan Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildini hazırlayıb sizə təqdim edir. Bugünkü kimi redaksiya bir çox bölgələrdə, Bakıda, Gəncədə, Masallıda, Lənkəranda nəşrin təqdimat mərasimini keçirib. Bu gün də təqdimat burada keçirilir. Bu, tarixə çevrilən hadisələrin əbədiləşdirilməsidir. Şəhidlər haqqında kitabların hazırlanması çox ağır bir yol keçir, çətinliklə yaranır. Amma bütün şəhidlərimizin həyatını, döyüş yolunu sənədləşdirən, tarixləşdirən kollektivə dərin təşəkkürmü bildirirəm. Bu çox çətin, ağır, lakin çox şərəfli işdir. Ona görə ki, bu işlər şəhidlərimizin xatrəsini əbədiləşdirmək üçün  görülür.  Şəhidlər bizə sevinc yaşatdılar. Biz hər birimiz şəhidlərimizlə qürur duymalıyıq, onların ruhuna minnətdar olmalıyıq ki, bizə qələbəni yaşatdılar. Başınızı çox uca tutmalısınız ki, belə övladlar yetişdirmisiniz. Tarixdə heç nə əbədi qalmır, əbədi qalanlar yalnız şəhidlərdir”-deyə bildirdi.

 Sonra sözü Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı  Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. N.Məmmədova məruzəsində rəhbərlik etdiyi redaksiyanın məram və məqsədindən, indiyə qədər görülən işlərdən bəhs etdi: “Nəzərinizə çatdırım ki, Respublika Xatirə Kitabı Vətən müha­ri­bəsində həlak olmuş üç min şəhidlə bağlı “44 gün – Tarixi zəfər” adlı üç­cild­li­yinin  birinci cil­dinin təqdi­ma­tını Silahlı Qüvvələr günündə Bakı şəhərində, iyul ayının 6-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə, cənub bölgəsində, hazırda isə Ağcabədi rayonunda keçirir.

Biz bu şanlı qələbə münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əli­yevə və qətiyyətli vətən oğullarına borcluyuq. Məhz bu möhtəşəm Qələbə sayəsində bu zalda sizinlə bir­lik­dəyik.

Lakin düşmən, görünür, bu qələbədən dərs çıxarmadı. Zaman-zaman sərhədyanı bölgələrdə və Qarabağda müxtəlif təxribatlar törətməyə qalxdı. Ermənilərin bu ilin sentyabr ayında törətdiyi təxribat nəticəsində, təəssüflər olsun ki, daha 80 igidimizi itirdik. Allah bütün şəhidlərə rəhmət eləsin.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi Respublika Xatirə Kitabı Redaksiyasının ən ümdə işidir və bu prosesi davam etdirmək üçün redaksiyanın əməkdaşları bölgələrdə olur, axtarış işlərini daim davam etdirirlər.

Xatirə Kitabının cildlərində İkinci Dünya mü­haribəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xo­calı soy­qı­rı­­mında, Qarabağ müharibəsi za­ma­nı torpaqlarımızın azad­lığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrə­man­la­rımız haqqında əhatəli materiallar dərc edilir. Bu ensiklopedik ki­tab ölkəmizin insan resurs­larını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götü­rül­müş və­təndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayon­lara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həm­çinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araş­dırılması üzrə işə başlayıb. Nəti­cə­də, Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, eyni za­man­da naməlum şəraitdə itkin düşmüş 3888 nəfər Azərbaycan Res­pub­likası vətəndaşı barədə mə­lu­matlar yenidən ciddi araş­dırılıb, dəqiqləşdirilmiş materiallar Respublika Xatirə Kitabının dördcildlik xüsusi bu­ra­xı­lışında iki dildə (Azər­bay­can və ingilis dillərində) öz əksini tapıb. Redaksi­ya­mız, həmçinin, Azərbaycanın Milli Qəhrəmanları və şəhid polislər haq­da ki­tab­lar da dərc edib.

Respublika Xatirə Kitabı Re­dak­­si­ya­sı “Bakı-Xəbər” qəzeti ilə birgə la­yi­hə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından “Gözlə gə­lə­cə­yəm”, “Bir xatirə dəftərinə bənzəyir ömrüm”, “Gözlər yoldan yığılarmı”,  “İgid öm­rü” və “El harayına can deyən şəhid Elcan” ki­tab­larını nəşr edib və ha­zırda layihə davam etdirilir.

Respublika Xatirə Kitabı Redaksiyası həmçinin «Vətən daşı... və ya 44 gü­nün das­tanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. Bu gün isə həmin layihə əsasında çəkilən əslən Ağcabədi rayonundan olan şəhid Ömər Rəhimli, Əmrah Abışov və Vüsal Şükürovun həyatı, keçdiyi döyüş yolundan bəhs edən sənədli filmlər nümayiş olunacaq.

Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı “44 gün – Tarixi zəfər” adlı üç­cild­li­yi hazırlanır. Ha­zır­da kitabın birinci cil­dinin təqdi­ma­tına toplaşmışıq. Kitabda Vətən uğrunda həlak olmuş, “A-Ə” hərfləri üzrə adları sıralanmış şəxslər barədə en­siklopedik məlumat ve­rilib, digərlərinin də ad­larının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər gö­rü­lür. Respublika Xatirə Kitabı Redaksiyasının formalaşmasında, Xatirə Ki­tabının unikal səciyyə daşımasında və ərsəyə gəlməsində Azərbaycan Res­pub­­likasının Mədəniyyət Nazirliyinin, şəxsən hörmətli nazir cənab Anar Kə­rimovun səmərəli rəhbərliyi və tövsiyələri, eləcə də, yerli icra hakimiy­yət­lə­rinin, digər ictimai bir­lik­lərin iştirakı və zəhməti az deyil. Bu səbəbdən, onlara öz tə­şəkkürümüzü bil­di­ririk.

Vətən hamımızın ümumi evidir. 44 günlük müharibədə biz bunun canlı şa­hidləri olduq. Xalqımıza Zəfər hissi yaşadan şəhidlərimizə ehti­ramımızı bildirir, sağlamlıqlarını itirmiş qazilərimizə, şəhid ailələrinə, onlara qayğı gös­tərən şəxslərə, eləcə də, Müdafiə Nazirliyinin Hərbi Hos­pi­talının yaralılara xü­susi xidmət göstərmiş həkimlərinə və bütün tibb per­so­na­lına minnətdarlıq duy­ğu­­la­rı­mızı çatdırırıq.

«Heç kim unudulmur, heç nə yaddan çıxmır!» devizi ilə çıxış edən Xatirə Ki­ta­bı xalqı­mı­zın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks et­dirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qay­ğısını biz­dən əsir­gə­məyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə tə­şək­kü­rü­müzü bildiririk. Yaşasın Azərbaycan xalqı! “

Daha sonra Ağcabədi Regional Mədəniyyət İdarəsi rəisinin müavini Elçin Cəfərov çıxış etdi, şəhidlərimizin adını əbədiləşdirdiyi üçün redaksiya kollektivinə təşəkkür etdi. “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı... və ya 44 günün dastanı” sənədli filmlərinin rejissoru və ssenari müəllifi Vüsal Nuru da çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan oğulları qeyrətini, qürurunu göstərib: “Nə söz desək şəhid valideynlərinə təsəlli olmur. Onlara təsəlli onların övladlarını xatırlatmaqdır...” V.Nuru vurğuladı ki, şəhidlərimizin keçdiyi döyüş yolunu, qəhrəmanlıqlarını tarixə çevirmək vacibdir və bu istiqamətdə də işlər aparılır, onun özü də bu yöndə çalışır.

Ardınca Ağcabədi rayonundan olan şəhid Ömər Rəhimli, Əmrah Abışov və Vüsal Şükürovun həyatı, keçdiyi döyüş yolundan bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı... və ya 44 günün dastanı” sənədli filmləri nümayiş olundu.

Qeyd edim ki, Ömər Rəhimli, Əmrah Abışov və Vüsal Şükürovun adlarına Ağcabədidə küçə verilib.

18 yaşında şəhid olan Ömər Rəhimlinin atası Rəşad bəy bildirdi ki, oğlu döyüşlərdə qəhrəmanlıqla döyüşüb və qanının son damlasına qədər düşmənlə mübarizə aparıb: “Qəhrəmanlarımızın devizi belə idi: “Biz bir ölüb min dirilirik”.

Tədbir sonrası Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi Ağcabədi rayonunun Kürdlər kəndində şəhid Əmrah Abışovun atası Səyyab kişinin 7 mərasiminə qatıldı. Şəhidin anası Xalidə xanımla görüş oldu və şəhid anası bildirdi ki,  yeganə övladının gənc yaşında həlak olması onu nə qədər incitsə də, yandırsa da, amma oğluna olan xalq məhəbbəti, onun barəsində filmin çəkilməsi, haqqında “44 gün-Tarixi zəfər”də məlumat getməsi, adına küçə verilməsi, bir sözlə, xatirəsinin əbədiləşdirilməsi onu qürurlandırır. Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nazakət Məmmədova “44 gün – Tarixi zəfər” kitabını şəhid Əmrahın anasına təqdim etdi və anaya təsilli olacaq fikirlər bildirdi. Məlum oldu ki, Vətən müharibəsi şəhidi Cəmaləddin Məmmədov da Əmrah Abışovun əmisi oğludur (soyadları fərqlidir). Hər iki qəhrəmanın itkisi Məmmədovlar ailəsini yandırsa da, onların bir təsəllisi var ki, Əmrah da, Cəmaləddin də Vətən yolunda şəhid olub.

Xalidə anadan ayrılıb Bakıya üz tuturuq. “44 gün – Tarixi zəfər”ini təqdim etməklə neçə-neçə ürəklərdə işıq yandıran Xatirə Kitabı Redaksiyasının bundan sonra da böyük uğurlara imza atacağına inamımız tamdır. Elə şəhid ailələri də Xatirə Kitabını balalarının adını, ünvanını tarixləşdirən abidə olaraq sevirlər, təsəlli ünvanları kimi görürlər...

İradə SARIYEVA
Ağcabədi-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ