çərşənbə günü, 16 sentyabr 2026
     

150 min müəllimin cəmi 20 faizi kişilərdən ibarətdir - problemin kökünü dərindən bilirsinizmi?..

Image


Dünyada qadın müəllimlərin sayı kişilərlə müqayisədə üstünlük təşkil edir. Lakin son illərdə bəzi ölkələrdə əks tendensiya müşahidə olunmaqdadır. Bunda məqsəd oğlan uşaqlarına kişi xarakterini aşılamaq, onlara problemli vəziyyətdə necə davranmağı öyrətməkdən ibarətdir. Bu ölkələrdən fərqli olaraq, Azərbaycanda kişi müəllimlərlə qadın müəllimlər arasında xeyli say fərqi var.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda Azərbaycanın 4481 ümumtəhsil məktəbində çalışan 149 min 602 nəfər müəllimin 80 faizini qadınlar, 20 faizini isə kişilər təşkil edir.

Bu yaxınlarda Elm və təhsil naziri Emin Əmrullayev  çıxışında mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayının artırılması vacibliyini  vurğulayıb: "Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var. Təhsildə qadınların çox olması, kişilərin sayca azlıq təşkil etməsi gələcəkdə problemlərə səbəb olacaq".

Maraqlıdır, Azərbaycanda kişi müəllimlərin sayının azlığı nədən qaynaqlanır və bu problemin həlli istiqamətində nələr edilməlidir ki, kişi cinsindən olan abituriyentlər seçim edərkən pedaqoji ixtisaslara da üstünlük versinlər?

  • Aytəkin Kamranqızı: “Əvvəllər cəmiyyətdə müəllimin çox böyük nüfuzu var idi, lakin sonra…”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, bu kimi hallar şagirdlərdə kişi xarakteri, tərbiyəsini məhv edir və üçüncü cinsin yaranmasına səbəb olur: “Təhsil ocaqlarında çalışan müəllimlərin 95 faizdən çoxu qadındır. Kişi müəllimləri məktəbdən didərgin salırlar. Hətta kişilərə aid olan idman, bədən tərbiyəsi, hərbi hazırlıq kimi fənləri qadınlar tədris edir. Bu özbaşınalıqdır. Belə hallarda kişi xarakteri, tərbiyəsi sıfıra enir. Qadın müəllimlərin üzüyumşaqlığından şagirdlər istifadə edir. Bu da təlim-tərbiyənin, təhsilin aşağı düşməsinə səbəb olur. Təhsildə aparılan ”eksperimentlər” cəmiyyəti məhv edir. Bundan başqa, şagirdlərdə qadın psixologiyası yaranır. Yəni qadın elementləri oğlan şagirdlərində hiss olunur. Bu da üçüncü cinsin yaranmasına gətirib çıxarır. İnsan bioloji olaraq yaranır, amma psixoloji cəhətdən formalaşır. Dərindən məsələ budur. Məqsəd kişiləri də qadınlaşdırmaqdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, kişilərin təhsil sisteminə gəlməməyinin ən böyük faktorlarından biri, bəlkə də birincisi əmək haqqıdır: “Məlumdur ki, müəllimlərin əmək haqqı uzun müddət çox aşağı olub. Əlbəttə ki, müəllim maaşı ilə kişinin ev saxlaması müşkül məsələdir. Daha bir məsələ, müəllimin nüfuzu əvvəlki kimi deyil. Əvvəllər cəmiyyətdə müəllimin çox böyük nüfuzu var idi. Lakin sonra bunu qeyri-ciddi obyektə çevirməyə başladılar, bu da kişilərə psixoloji olaraq pis təsir edirdi. Digər amil isə ondan ibarətdir ki, son 30 ildə oğlanlarımızın psixologiyasında dəyişiklik baş verdi. 30 il xaotik dövr oğlanların xarakterində maddi amili gücləndirdi, mənəvi dəyərlər bir qədər arxa plana keçdi. Bu, cəmiyyətdə də belədir. Bunun da hesabına oğlanlarda təhsilə maraq, təhsilin müqəddəsliyi fikri aradan çıxdı. Oğlanların özündə də bu xaotik dövr çox əsəbi psixoloji bir xarakter formalaşdırdı, yəni müəllim üçün xarakterik olmayan bir forma. Bütün bunlar kişilərin təhsilə maraq göstərməsinə mane oldu. Amma digər ölkələrdə, məsələn, qardaş Türkiyə dövlətində çox sayda çox gözəl, özünü təhsilə həsr edən kişi müəllimlər var”.

  • Kamran Əsədov: “Məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var”

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu gün uşaq bağçalarından tutmuş yuxarı siniflərədək şagirdlər daha çox qadın müəllimlərlə ünsiyyətdə olurlar. Yuxarı siniflərdə də qadın müəllimlərin çoxluğu məktəblilərin xarakterinin formalaşmasına mənfi təsir edir. Çünki məktəblərdə bəzən şagirdlər qadın müəllimlərin zərif cinsin nümayəndəsi kimi zəif olduğunu düşünüb dərsi pozur, bu və digər formada xoşagəlməz ifadələr işlədirlər. Bəzən şagirdlər qadın müəllimlərdən çəkinməsə də, kişi müəllimlərdən çəkinirlər, nizam-intizama əməl edirlər: "Elə məktəblər var ki, orada hərbi hazırlıq və idman dərslərini qadınlar keçir. Mənim fikrimcə, bu düzgün deyil. Hərbi hazırlıq dərslərini məktəblərdə yalnız kişi müəllimlər keçməlidir. Şagirdlərin, xüsusilə də oğlanların paralel şəkildə həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha düzgündür. Ailədə uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv ancaq qadınlardan ibarətdir və burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Nəzər yetirsək görərik ki, xüsusi təyinatlı təhsil müəssisələrində neqativ halların sayı digər təhsil müəssisələri ilə müqayisədə  çox azdır. Bunun başlıca səbəblərindən biri də sözügedən müəssisələrdə kişi müəllimlərin üstünlük təşkil etməsidir. Buna görə də məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

16.09.2026 / 13:11
Qərbi Azərbaycan İcması Ermənistana çağırış etdi - keçmişin səhvlərini təkrarlamayın...

16.09.2026 / 12:54
Türk dövlətlərinin ortaq inkişaf bankı yaradılır... DETALLAR açıqlandı...

16.09.2026 / 12:41
Avropanın sanksiya qoyduğu rus oliqarx Usmanovun Bakıda həbsdə olan casus fransızlarla nə əlaqəsi?.. Ərdoğan da işin içindədir...

16.09.2026 / 12:23
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

16.09.2026 / 12:15
“Qobustan” Günəş Elektrik Stansiyasının açılışı oldu - FOTO

16.09.2026 / 12:09
Küləyin səsi...

16.09.2026 / 12:03
Azərbaycan Türk dünyası və İslam aləmində həmrəylik və birləşdirici gücə çevrilib

16.09.2026 / 11:47
İran Qeşm adası üzərində ABŞ PUA-sını vurdu - Amerika 52-ci MQ-9 dronunu itirdi…

16.09.2026 / 11:35
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edildi

16.09.2026 / 11:33
Prezident Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanladı

16.09.2026 / 11:26
"İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb" - QMİ sədri

16.09.2026 / 11:12
ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı ilk addım atıldı…

16.09.2026 / 10:53
ABŞ-dan İsrailə nəhəng silah paketi – 40 min bomba, 20 min döyüş başlığı…

16.09.2026 / 10:19
ABŞ Belarusun dondurulmuş aktivlərini geri qaytarır - xüsusi nümayəndə Lukaşenkonu haqlı saydı…

16.09.2026 / 09:56
Bakıda TDT aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçirilir

16.09.2026 / 09:41
Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

16.09.2026 / 09:15
Tramp prezident olduqdan sonra 2,7 milyard dollar artıb...

16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO

16.09.2026 / 06:55
ABŞ qüvvələri narkokartelin üzən yanacaqdoldurma stansiyasını okeanın dibinə gömdü

16.09.2026 / 06:32
Tramp üçün impiçment istəyi demokratları ikiyə böldü

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ