Azərbaycan Polşada saxlanan Qubadlının sabiq başçısının ekstradisiyası ilə bağlı hərəkətə keçdi...

img

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb.

Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdir.

Peşə etikası

Son xəbərlər