çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Binəqədidəki 179 saylı məktəbdəkinə oxşar cinayətkar fəaliyyət digər məktəblərdə olmayıbmı?..

Image


Bakıda narkotik satışı ilə məşğul olan qadının məhkəmədə ifadəsi valideynlər arasında ciddi narahatlıq yaradıb. Belə ki, 20 yaşlı Günay Quliyevanın (ad-soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində məktəblərin ətrafında narkotik satışı ilə məşğul olduğunu söyləməsi övladı məktəbli olan valideynlərin təşvişinə səbəb olub.

Narkokuryer Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirib.

O, bu səbəbdən hətta uşaqların valideynləri tərəfindən döyüldüyünü də qeyd edib. İş materiallarında təqsirləndirilən şəxsin məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapıb. Şagirdləri "ağ ölüm"ün girdabına salan qadın həbs olunsa da, narkotik maddələrin digər məktəblərin ətrafında, şagirdlər arasında satışının davam etdiyi istisna deyil.

Adıçəkilən məktəbdə baş vermis hadisə ondan xəbər verir ki, 179 saylı orta məktəbdə  təhlükəsizlik qaydalarına tam riayət edilmir. Ümumiyyətlə, təhsil müəssisələrində təhlükəsizlik qaydalarına tam olaraq necə riayət edildiyi valideynləri və ictimayyəti narahat edir.

  • 179 saylı məktəb - Bəyaz Məhərrəmova: “Məktəb ciddi mühafizə olunur”

179 saylı məktəbin direktoru Bəyaz Məhərrəmova qeyd etdi ki, məktəb ciddi mühafizə olunur: "Biz məktəbin daxilinə cavabdehik. Məktəbimizdə 100-dən çox kamera var. Narkotik maddələrin zərəri barədə şagirdlər arasında maarifləndirmə tədbirləri aparılır. Məktəbimizin psixoloqu daim şagirdlərlə narkomaniyanın zərəri barədə məlumatlar verir. Valideynləri belə heç bir vacib işi olmadan məktəbə buraxmırıq. Bu hadisədə məktəbimizin adının hallanması diqqəti başqa yerə yönəltmək də ola bilər. Məktəbin şagirdləri arasında narkotik maddə aludəsi yoxdur. Şagird məktəbin qapısından içəri daxil olan andan biz ona cavabdehik. Amma şagirdlərin üzərində valideyn nəzarəti də olmalıdır. Valideynlər övladlarının dərsdən çıxdıqdan sonra hara getdiyi, evdə davranışlarına ciddi nəzarət etməlidirlər. Bu məsələdə həm məktəb, həmçinin də valideyn məsuliyyəti olmalıdır ki, şagirdlər zərərli vərdişlərə aludə olmasın”.

  • Emil Maqalov: “Məktəblərdə araşdırma aparmaq və bu uşaqları seçib onlarla maarifləndirici söhbət aparmaq lazımdır”

Narkomaniya üzrə ekspert Emil Maqalovun sözlərinə görə, hüquq-mühafizə orqanları bu istiqamətdə kompleks tədbirləri davam etdirsə də, cəmiyyətin sosial bəlası olan narkomaniya ilə mübarizə təkcə onların vəzifəsi deyil: “Uşaqlara nəzarət etmək və onları narkotik ticarətçilərindən qorumaq valideynlərin vəzifəsidir. Amma əksər ailədə hər iki valideyn çörək dalınca evdən çıxır. Səhər-gedib, axşam gəlir və mütəmadi olaraq uşaqlarına vaxt ayırıb, onların tərbiyəsi ilə məşğul ola bilmir. Bəzi ailələrdə daxili konfliktlər olduğu üçün bu məsələlər diqqətdən kənar qalır. Bəzi ailələrdə isə valideynlər savadsız olur, heç özləri də narkomaniya nədir, o, hansı bəlalara səbəb olur, bilmir. Buna görə də yük uşağın, yeniyetmənin getdiyi məktəbin üzərinə düşür. Hesab edirəm ki, məktəblərdə şagirdlər üçün təşkil edilən antinarkomaniya tədbirlərinə yanaşma dəyişilməlidir. Bu iş də məktəb psixoloqlarına həvalə olunmalıdır. Təbii ki, min nəfər şagirdi olan məktəbdə bir psixoloq varsa, o məktəbin şagirdləri çox asanlıqla narkotacirlərin toruna düşəcək. Məktəblilər narkomaniya barədə düzgün məlumatlandırılmalı, onlara narkomaniyanın düçar etdiyi bəlalar aşılanmalıdır. Çətin tərbiyə olunan uşaqlarla onların dilində danışmaq və narkomaniyanın nə qədər təhlükəli və zərərli bir vərdiş olduğunu başa salmaq lazımdır. Baxın, məktəblərdə keçirilən antinarkomaniya tədbirlərində əksərən tərbiyəli, nizam-intizamlı uşaqlar dəvət olunur, onlarla diskussiya aparılır. Hansı ki, o uşaqların gələcəkdə narkomaniya qurbanı olma ehtimalı çox azdır. Bizim hədəf kütləmiz çətin tərbiyə olunan və zərərli vərdişlərə meyilli olan uşaqlar olmalıdır. Məktəblərdə araşdırma aparmalı və bu uşaqları seçib onlarla maarifləndirici söhbət aparmaq lazımdır. Bu işdə də dediyim kimi əsas yük məktəb psixoloqlarının üzərinə düşür. Bir məktəbdə oxuyan min uşaq arasından hansının zərərli vərdişlərə meyilli olduğunu, hansının narkotik maddə satışı ilə məşğul olan insanların “tələ”sinə tez düşəcəyini ancaq psixoloqlar bilər. Bunun üçün də daimi olaraq uşaqlarla söhbət aparıb, onların xarakterinə bələd olmalıdır”.

  • Elmar Nurəliyev: “Məktəblərdə təhlükəsizlik məsələsinə həssas yanaşılmalıdır”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, məktəblərdə təhlükəsizlik məsələsinə həssas yanaşılmalıdır: “Orada təhsil alan şagirdlərin yaşları nəzərə alınmalıdır. Çünki onlar təhlükə anında düzgün davranış sərgiləyə bilməzlər. Hesab edirəm ki, məktəblərdə təhlükəsizliklə bağlı ümumi bir konsepsiya olmalıdır. Həmin konsepsiyaya uyğun təhlükəsizlik təmin edilməlidir. Xüsusi məktəblərdə bu sistemlər var və təhlükəsizliyə ciddi riayət edilir. Ümumiyyətlə, məktəblərdə daxili rejim yaradılmalıdır. Gündəlik inzibati işçilərdən növbətçilər təyin edilməli, yaxud mühafizə idarəsi, şirkətlərlə əlaqə yaradılmalıdır. Nəticədə təhsil ocağında təhlükə olan zaman yaxınlıqdakı polis bölməsi məlumat alacaq. Burada uşaqların fövqəladə vəziyyətdə, ərazidə şübhəli şəxslər gördükdə nə etməli olması da önəmlidir. Bu zaman baş verə biləcək halların qarşısı zamanında alınacaq”.

  • Kamran Əsədov: “Məktəblərdə narkomaniya barədə şagirdlərə düzgün məlumat verilmir”

Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, məktəblilərin narkotik maddələrin təsiri altına düşməsinin qarşısının alınması üçün məktəblərdə ciddi maarifləndirmə tədbirləri aparılmalıdır: “Narkokuryerlərin hədəf olaraq məktəblərin ətrafını seçməsi təsadüfi deyil. Onlar bu yolla narkotik maddələrin zərəri barədə məlumatsız olan şagirdləri daha tez tora sala bilirlər. Ona görə də məktəblərdə narkotik maddələrin zərərləri barədə ciddi maarifləndirmə işləri aparılmalıdır. Təəssüf ki, bu gün məktəblərdə bu iş çox zəifdir. Elm və Təhsil Nazirliyi ən çox narkomaniya ilə bağlı maarifləndirici layihələrə qrant ayırır. Amma bu layihələri öz dost-tanışlarına həvalə etdiklərindən, layihələr formal icra olunur. Narkomaniya barədə şagirdlərə düzgün məlumat verilmir. Bəzən narkomaniyaya qarşı elə şəkillər təqdim edirlər ki, əksinə, şagirdlərdə bu maddələrə həvəs oyadırlar. Layihələrin icrası zamanı bu məsələlər diqqətdə saxlanılmalıdır. Uşaqların gözü qarşısında narkomaniyanın məhv etdiyini əks etdirən səhnələr canlandırılmalı, narkotacirlərin onları bu zərərli vərdişə cəlb etmə yolları izah olunmalıdır. Bundan əlavə şagirdlərin dərsdən yayınmasının qarşısı alınmalıdır".

Ekspert hesab edir ki, məktəblərdə şagirdlərin davranışına da diqqət yetirilməlidir. Çünki narkotik maddə istifadə edən şagirdlərin davranışından bunu sezmək mümkündür.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ