Minaya düşən Tərtər sakinlərinin ayaqları amputasiya edilib

img

2022-ci 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib.

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Peşə etikası

Son xəbərlər