Artıq ödənilmiş əmək pensiyası hansı hallarda pensiyaçıdan tutulacaq...

img

Azərbaycanda artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir.

"Report" xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanuna yeni maddə əlavə edilir.

Yeni maddəyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulur:

1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

2. qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

Peşə etikası

Son xəbərlər