çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Krım radiosunda Qobustan əfsanəsi yaradan cəhrili müəllim...

Image


Krımın Sevastopol şəhərində Azərbaycanın səsinə, haqq işinin carçısına və müdafiəçisinə çevrilən “Qobustan” proqramı ixtisasca müəllim olan Həbib Əliyevin (Əlioğlu) təşəbbüsü ilə 1997-ci ilin mart ayında Sevastopol Dövlət Teleradiosunda açılıb.

Ukrayna və Azərbaycan arasında etibarlı körpü rolunu oynayan “Qobustan” proqramında Azərbaycanın gerçək səsi eşidilib. Proqramın rəhbəri, müəllifi H.Əliyev deyir ki, o ağır illərdə ulu öndər Heydər Əliyevin xarici siyasət kursunu əsas götürərək Azərbaycan xalqının tarixini, milli-mənəvi, mədəni dəyərlərini, milli musiqisini həm rus, həm də Azərbaycan dilində yerli dinləyicilərə çatdırıblar. “Qobustan” proqramı barədə Azərbaycan mediasında çoxsaylı yazılar dərc edilib. H.Əliyev “Qobustan” radiosu mətbuat aynasında” (Krım-Azərbaycan dostluq körpüsü) adlı kitab nəşr etdirib. İndiyə qədər kitabın bir neçə cildi çıxıb, bizim əlimizdəki nəşr isə IV kitabdır. Kitabda 1997-ci ildən 2015-ci ilə qədər Azərbaycan mətbuatında H.Əliyevin “Qobustan” proqramı barədə gedən yazılar toplanıb.

Kitaba ön sözü “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev yazıb. “Krım radiosunda “Qobustan” proqramı haqqında düşüncələr...” sərlöhvəli ön sözdə A.Quliyev “Azərbaycanın səsinin dünyanın hər yerinə yayılması, bu səsi qeyri-azərbaycanlıların duyması vacib bir məsələdir”- deyə qeyd edir. Krımın türk dünyası üçün əhəmiyyət kəsb etdiyi məlumdur və biz bilirik ki, bu qədim türk yurdunun hər daşında, hər qayasında ulu türkün səsi, izi yaşayır. Əlbəttə, bu baxımdan Krım bizə yad deyil, doğmadır, munisdir, əzizdir. “Qobustan Krım efirində” kitabı da yazılıb. Həbib müəllim “Qobustan” proqramı ilə çox böyük iş görüb, zehinlərdən erməni təbliğatını silib, onun yerinə gerçək Azərbaycan həqiqəti həkk edib. H.Əliyev müəllim olduğu üçün hər zaman maarifçiliyin gücünə güvənib, Krımda Azərbaycan ədəbiyyatına, muğamına, saz musiqisinə, milli mədəniyyətinə, mədəniyyət  xadimlərinə böyük sevgi oyadıb. Çünki dayanmadan, gecə-gündüz təbliğ edib, sevdirib, duydurub. Krımlılar Azərbaycan mədəniyyəti ilə H.Əliyevin müəllifi, redaktoru olduğu əfsanəvi “Qobustan” proqramı vasitəsilə də tanış olublar.

Bu il “Qobustan” proqramının 25 yaşı tamam olur. Amma təəssüflər olsun ki, bu gün müharibə səbəbindən Həbib müəllim Krıma gedə bilmir. Amma ərsəyə gətirdiyi 25 yaşlı “Qobustan” proqramı ilə öz sözünü lazımı səviyyədə deyə bilib. Həbib müəllim zəhmətkeş, alicənab, vətənpərvər bir ziyalıdır. O özünü təxminən “Bizim Cəbiş müəllim” filminin qəhrəmanı Cəbiş müəllimə bənzədir. Özü yazır ki, 1996-cı ildə Bakıda dərs dediyi məktəbi tərk edib Krıma gedəndə Azərbaycanı təbliğ etməyə başlayıb: “Təbliğatımı Qara dənizin başqa bir məkanına köçürdüm. Dedim ki, bəlkə qələmimlə xalqın qarşısında borcumu yerinə yetirə bilərəm. Gücüm buna çatırdı. Əslində, “Cəbiş” müəllimin  rolunu oynayırdım...” Krımda keçirdiyi ilk dövrlərdə onun gördüyü işlərə ciddi yanaşanlarla yanaşı qeyri-ciddi yanaşanlar da olub, amma Həbib müəllim öz yolundan dönməyib. Uzun illər “Qobustan” vasitəsilə Azərbaycanın haqq səsini ucaldıb. “Qobustan” və onun müəllifi həmişə ciddi maliyyə sıxıntısı çəkib. Həbib müəllim deyir ki, maliyyə sıxıntısı çəkməsəydi və bu sarıdan çətinliyi olmasaydı Ukrayna ərazisində daha geniş səviyyəli işlər görə bilərdi, amma maliyyə çətinliyi heç zaman onun yaxasını buraxmayıb. O tənha adada Robinzon Kruzo kimi dayanaraq onu bu çətinlikdən xilas edəni gözləyib, amma səsinə səs verən olmayıb. Gah tarı sinəsinə basıb muğamlarımızı dilləndirib, gah saz haqda veriliş hazırlayıb, gah ədəbiyyatdan, sözdən, tarixdən danışıb, xalqımızı, mədəniyyətimizi tanıdıb. Amma orada yaşayan pullu, imkanlı adamlardan dəstək görməyib. “Qobustan” uzaqdan gələn doğma səsdir. Bu səs türk yurdu Krımda eşidildi və Azərbaycanın gerçək səsi olaraq yayıldı. Mədəniyyətimizi təbliğ etməklə böyük bir siyasətə qanad verən H.Əliyevin “Qobustan”ı barədə rəsmi dövlət qəzetlərindən tutmuş müstəqil qəzetlərə, KİV-lərə qədər söz deyənlər oldu. Gördüyü işlər barədə xoş söz eşitdikdə “bu mənim vətəndaşlıq borcumdur” dedi Həbib müəllim. Xalqın mənəvi dəyərlərini, mənəvi ucalığını hər zaman təbliğ edən Həbib Əliyevi “Qobustan” proqramının 25 yaşı münasibətilə təbrik edirik. Vətənə, dövlətçiliyə, mədəniyyətə, ədəbiyyata xidmət nümunəsi göstərən H.Əliyevin fəaliyyəti bir örnəkdir. O, bütün bu işləri təkbaşına görüb və yaşadığı şəhərdə ermənilərlə təkbaşına mübarizə aparıb, sonda həqiqəti qəbul etdirməyə nail olub. Krımda “Qobustan” əfsanəsi yaradan cəhrili müəllim Həbib Əliyevin yaşam öygüsü çox zəngindir. Bu vətənpərvər ziyalının gördüyü işlər saysız olsa da, ünvanı birdir - anamız Azərbaycan, onun haqq davası...Bu gün Azərbaycan qalib ölkədir və 27 sentyabr 2020-ci il tarixində başlanan  Zəfər yürüşü ilə torpaqlarımızı düşmən tapdağından azad edib. İndi o yurdlarda düşmənin nəfəsi yoxdur. “Qobustan”ın leytmotivi müzəffər Azərbaycandır!

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ