
Bu başlıq altında maarifləndirici tədbir Lerik rayon Gənclər və İdman İdarəsi, Polis şöbəsi, eləcə Təhsil sektorunun birgə təşkilatçılığı sayəsində Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində baş tutdu. Polis Şöbəsinin rəis müavini, polis-polkovnik leytenantı Müşfiq Eyvazov, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Təhsil Şöbəsinin əməkdaşı Hüseynbala Əliyev, Liseyin direktoru Gültəkin Şıxəliyeva, Lerik rayon Mərkəzi xəstəxanasının həkimi Nurxan Nəsirov məktəbin akt zalına toplaşan gənclərin nümayəndələrinə, məktəblilərə narkomaniyanın insan həyatında yaratdığı ağır fəsadlardan, bütün bəşəriyyəti ölümə məhkum edən bu bəla ilə mübarizənin, həmçinin mübarizə metodu kimi maarifləndirmə işinin daha çox vacib əhəmiyyət daşıdığı barədə söz açıldı.
Tədbirdə məktəblilərin çıxışları da dinlənildi, sonunda maarifləndirici video-çarx nümayiş olundu, məktəblilərin suallarına ətraflı cavab verildi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü