Hicablı tələbələrə dərs qadağası - Lənkəran Universiteti ilə bağlı xəbər doğrusa...

img

Sosial şəbəkələrdə Lənkəran Dövlət Universitetinin hicablı tələbələrinə qadağa qoyulması barədə iddialar yayılıb.

Bəzi tələbələr bildiriblər ki, hicab taxdıqlarına görə universitetin yeni istifadəyə verilmiş korpusuna buraxılmayıblar.

  • Lənkəran Dövlət Universiteti: “Tələbələrə hicabla bağlı qadağa qoyulmayıb, yayılan xəbərlər yalandır”

Baş vermis hadisə ilə bağlı Lənkəran Dövlət Universitetindən bildirildi ki, tələbələrə hicabla bağlı qadağa qoyulmayıb və yayılan xəbərlər yalandır: “Sentyabrın 21-də açılış vaxtı dərs gedirdi, dərsə mane olmamaq üçün hər qrupdan 3-4 nəfər açılış mərasimində iştirak edib. Açılışa qatıla bilməyən tələbələr hicabla bağlı qadağanı şayiə olaraq yayıblar”.

  • Nizami Hüseynov: “Azərbaycan qanunvericiliyində hicabla bağlı hər hansısa məhduduiyyət nəzərdə tutulmayıb”

Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan ərazisində ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiyada göstərilir ki, hər bir kəsin vicdan və etiqad azadlığı var. Heç bir halda bu məhdudlaşdırıla bilməz: “Qanunvericilikdə hicab və yaxud da başörtüyü ilə bağlı hərhansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Hətta məktəb ərazisində ən yüksək hüquqi qüvvəyə malik olan orta məktəblilərin Nizamnaməsi əsasında pedoqoji şura belə hicabla məktəbə daxil olma ilə bağlı mexanizm tətbiq edə bilməz.

Düzdü, Azərbaycanda zaman-zaman istər orta ümümtəhsil məktəblərdə, istərsə də ali məktəblərdə belə məsələ gündəmə gəlir ki, hicabla kimlərinsə daxil olmasına qadağa qoyulur. Amma heç kimin ixtiyarı yoxdur ki, hicaba görə şagirdin,tələbənin məktəbə və ya universitetə girişinə qadağa qoysun. Zamanla  müəllimlərin işə qəbulunda yüksək bal toplayan hicablı müəllimlərin işə qəbulunda problem yaşadığının şahidi olduq. Onlar apelyasiyaya verdilər və istədiklərinə nail oldular”.

Ekspert onu da əlavə etdi ki,  Azərbaycan qanunvericiliyində hicabla bağlı hər hansısa məhduduiyyət nəzərdə tutulmayıb.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər