çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ağac kəsib yerində binalar tikmək praktikasına birdəfəlik son qoyula bilərmi...

Image


Son vaxtlar KİV-lərdə “hardasa ağac kəsildi və yerində hansısa obyekt, ya da bina tikildi” kimi yazılara, reportajlara çox rast gəlirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi səviyyəsində bu istiqamətdə  ciddi mübarizənin aparıldığı bildirisə də, nəticə heç də ürəkaçan deyil. Cünki işbazlara bir ağacı kəsib, onun cəriməsini ödəyib, yerində bir neçə milyonluq obyekt tikmək daha optimal üsuldur. Veriləcək cəza, əldə olunacaq mənfəətin qabağı da çox kiçik olduğu üçün təbiiəti məhv edirlər.

Bu yaxınlarda sosial şəbəkədə adını şərti ifadə edən  şəxsin  yaşadığı məhəllədə bir   ağacın kəsilməsinə və həmin hadisəni yazan adama necə təsir etməsi haqda qeydlərini oxuyub təsirlənməmək olmurdu.

  • Həmin bağların ətrafını sökdülər, bir müddət sonra isə yanında hündür bir bina tikdilər...

“Bir neçə gün öncə məhəlləmizdə daha bir ağac kəsildi. Bu isə o deməkdir ki, dünyada bir ağacın sayı azaldı. Daha da dərin düşünsək, bilərik ki, havada oksigenin miqdarında da azalma oldu.

Bəli, həmin ağac kəsildi, lakin kəsilən təkcə bir taxta parçası deyildi, ən azı 60 ildir ömür sürən bir canlı idi. Onun üzərində mənim uşaqlıq xatirələrim vardı, onu əkən bağbanın əziyyəti və sevgisi vardı. Düz binamızın qarşısında bitən bu ağacın necə böyüdüyünü uşaqlıqdan bəri müşahidə etmişəm, çünki, düz pəncərəmizin qarşısında idi.

Elə binamızda yaşayan qonşumuzun bağında bitən bu ağacı hər gün səhər və axşam su gələn kimi sulayan bir qoca vardı. Həmin ağacı sevgi ilə böyüdürdü sanki. Başqa bağbanlardan fərqli olaraq, bunu hansısa gəlirə görə etmirdi. Bağındakı meyvə ağacları hamıya açıq idi, qızmar zamanlarda hündür ağacların kölgələri isə, həm qonşulardan, həm də ki, yoldan keçənlər öz himayəsini əskik etmirdi.

Sonra isə həmin bağların ətrafını sökdülər, bir müddət sonra isə yanında hündür bir bina tikdilər. Bunları icra edərkən neçə yaşlı və qoca ağaclar da kökündən məhv edildi, lakin hələ də o bağa çatmamışdılar. Söküntünün də məhz sonuncu mərhələsi həmin bağın yanında saxlanıldı. Buna çox sevinmişdik. Amma, bu gün bir neçə ay öncə “seçdiyimiz” bələdiyyə başçısının həmin əraziyə gözü düşüb deyəsən, gözə görsənməsin deyə müəyyən müddətdən bir gəlib yaşlı ağaclardan birini yerə aşırdır”.

  • Simvolik olaraq ağacları göstəriş üçün əkib, sonra çıxarıb aparıblar

Bakıda 3 milyondan çox insan məskunlaşıb, 100 mindən artıq avtomobil var. Avtomobillərin çoxu bərbad gündədir və şəhərin havasını qazlarla çirkləndirir. Belə vəziyyətdə yaşıllıqlara ciddi ehtiyac var. Dünyanın müxtəlif şəhərlərinə gedəndə tamam fərqli mənzərə ilə rastlaşırsan, meşənin içərisində şəhər görürsən. Bizə gələndə, çox təəssüf ki, fərqli mənzərə ilə qarşılaşırıq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, bu sahədə nəticə əldə etmək üçün qanunlar sərtləşməlidir:

“Düşünürəm ki, cəzalar daha da sərtləşdirilməlidir. Mən parlamentdə olanda Yasamalda 50 ağac kəsmişdilər. Məsələni parlamentdə qaldırdım. Bir neçə deputat və icra başçısı məndən xahiş elədi ki, bu məsələnin üzərinə çox getmə. Ancaq məsələni qaldırdım, təəssüf ki, onu edənlərə heç bir cəza verilmədi. Bəzən deyirlər ki, qurumların ağac kəsilməsindən xəbəri yoxdur. Bu, yalandır. İcazəsiz heç kim ağac kəsə bilməz. Kim mülk tikirsə, obyekt düzəldirsə, bu, mütləq kiminləsə rüşvət qarşılığında razılaşdırılır. Bu heç kimdən gizli deyil. Ona görə də hesab edirəm ki, razılıq verənin özü də ağır cəza almalıdır. Hadisə ilə bağlı bələdiyyəni 5 min manat cərimə ediblər. Nə mənası var? Düşünürəm ki, 5 min manat simvolik cəzadır və təkcə bələdiyyə günahkar ola bilməz”.

Partiya sədrinin sözlərinə görə, yaşıllaşdırma işləri bir çox hallarda formal xarakter daşıyır:

“Prezident və ya başqa rəhbər şəxslər hansısa bir rayona gedəndə ağac əkirlər. Ancaq o rəhbər şəxslər gedəndən sonra o ağaclara baxan olmur. Hətta məndə olan məlumata görə, simvolik olaraq ağacları göstəriş üçün əkib, sonra çıxarıb aparıblar. Belə hallar da mövcuddur. Bu, anormal yanaşmadır. Azərbaycanda şəhərsalma mədəniyyətinə yenidən baxış salmaq lazımdır. Zamanında elə işlər görüblər ki, geriyə addım atmağa yer qoyulmayıb. Harada boş yer görüblər, ağacları kəsib binalar tikiblər. Bütün məhəllələrdə kiçik də olsa, uşaqların oyun meydançası, ağaclar var idi. Hamısını məhv edib bina tikdilər. Bunlar hamısı şəhərin yüklənməsi anlamına gəlir. Dəfələrlə bu məsələni parlamentdə də qaldırmışam. Şəhərin altı dağılır.

Şəhərin içərisini yükləməkdənsə, mikrrorayonlar salmaq lazım idi. Hər şeyə pul kimi baxmazlar”.

  • Çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır

Çox təəssüflər olsun ki, həm adının çəkilməsini istəməyən müəllifin , həm də partiya sədri Fərəc Quıiyevin dedikləri acı həqiqətdir və belə faktları minlərlə çəkmək olar. Ekoloqlar həyəcan təbili çalır ki,   paytaxtda harada gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda isə, dibinə kislota və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə problem həll olunmaz. O ərazidə obyekt tikən şəxs oradan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edilir  ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu "yaşıl terror”un qarşısını almaq mümkün olar.  Bölgələrdə də vəziyyət ürəkaçan deyil. Meşələrdə heyvanların otarılması zamanı təbiətə ciddi zərər dəyir.  Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa tezliklə olan-qalan meşələr də yoxa çıxacaq.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ