27/09/2023 06:21
728 x 90

"Kanal 13"ün təsisçisinə xəbərdarlıq olundu

img

"Kanal 13" adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.
Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Peşə etikası

Son xəbərlər