Bakıda işgəncəyə məruz qaldığı bildirilən ahıl qadının oğlu polisə çağrıldı

img

Sosial şəbəbkələrdə Bakıda 90 yaşlı qadına oğlu və gəlininin işgəncə verməsi görüntüləri yayılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.

Dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb. Ünvan müəyyən olunub.

Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.

Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Peşə etikası

Son xəbərlər