DİN Goranboyda məktəb direktorunun müəllimi döyməsi faktını araşdırır

Goranboy rayonunda Kələk kənd tam orta məktəbin direktorunun müəllimi döyərək xəsarət yetirməsi ilə bağlı məsələ araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub: “Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.