Bakı aeroportunda kran aşıb, ölən və yaralanan var...

img

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Trend xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

Qeyd edilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib:

“Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.

Peşə etikası

Son xəbərlər