Şəhid Səbuhi Əhmədovun qardaşının birinci və ikinci videosu araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bildirilib ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.
"Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - deyə məlumatda qeyd olunub.