Cümə axşamı günü, 04 iyun 2026
     

Şəhidlik alın yazısıdır - FOTO

Image


İş, sənət nöqteyi nəzərdən yanaşsaq, hərbçi peşəsi hər zaman öz çətinliyi ilə seçilib. Hər kəsin görə və bacara bilmədiyi peşə kimi əlçatmazlığı baxımından ona məhz kişi sənəti” deyiblər.

Vətən müharibəsindən sonra “Hərb işi” söz birləşməsi gündəlik ünsiyyətimizdə ən ağır çəkili söz kimi yer aldı, vətənpərvərliklə bağlı, eləcə də bir çox rəsmi tədbirlərdə xüsusən də gəncliyə xitabən onu daha çox işlətməyə başladıq. Və gəncliyimiz, ordumuz, əsgərimiz sözləri biri-birini sinonim kimi əvəz etdi.

Qürurla deyə bilərik ki, bugünümüz dünəndən çox fərqlidir. Bu gün mübarizliyimizi, torpaq, yurd yanğımızı şüar kimi səsləndirmirik. Çünki günümüzün tələbi “sözünün eşidilməsini istəyirsənsə, güclü olmalısan”dır.

Gücümüzü, birliyimizi, həmrəyliyimizi iki il öncə dünyaya göstərdik. Qəzəbimizi körükləyənlər döyüş meydanında igid oğullarımızın qarşısında tir-tir əsib, gizlənməyə “siçan deşiyi” axtardılar. Can alıb, can verib, qan töküb yurd yerlərimizi düşməndən geri aldıq. 

Vətənimizin elə bir kəndi, şəhəri yoxdur ki, bu gün orda “qardaşını, oğlunu, ömür-gün yoldaşını, nişanlısını itirdi, onlar şəhid ailəsidir” cümləsi bayraq kimi dikəlməsin. O oğulların üz qoyduğu, uyuduğu torpağın üstündə son nəfəslərinə şahidlik edən üçrəngli bayrağımız da qürurla dalğalanır, əsən küləklərə, yağan yağışlara onların ömür yolunu pıçıldayır.

Hərbin ciddiyyətini bədii sözlə çulğalaşdırmağıma görə yəqin ki, məni qınamazlar və “Yağış dilində ağlamaq üçün bulud olmaq şərtdir” fikrimi “Ağlamaq buludların alın yazısıdır” ilə tamamlamaq istəyirəm. Bunu ona görə yazdım ki, sonrakı cümləni oxuyanda hansı mətləbə toxunduğumun fərqində olasınız.

Ehtiyacın hər üzünü görən ailələrdə doğulmaq da onların alın yazısı idi. Gücü gözlərinin yaşına çatıb təsəlli tapan valideynlərini qara gündən ağ günlərə çıxarmaq üçün soyuqda əli, ayağı donan, istidə alnının təri üz-gözünü yandıranların hekayəsini yazmaq ağır olsa da onların tarixdəki yerini daha da möhkəmlətmək üçün, unutmasınlar, unudulmasınlar deyə bunu etməliyik.

Süfrədə, yataqda, cərgədə, sırada yerləri boş qalsa da Vətən himni səslənəndə onu bizdən daha uca oxuduqlarına, üçrəngli bayrağa təzim edəndə bizdən bir addım öndə olduqlarına inanmalıyıq. Axı, şəhidlər ölmürlər...

Bəlkə də çoxumuz buna diqqət etməmişik. Onların alın yazısı idi torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalanların adına olan məktəblərdə təhsil almaq. Bəlkə də heç ağıllarına belə gətirməzdilər ki, zaman gələcək qısasını alacaqlarına and içdikləri igidlərlə adları qoşa çəkiləcək.

Vətən müharibəsində oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olan baş çavuş Əsgər Əhmədov şəhid Mehman Zöhrabov adına orta məktəbi bitirib. Şuşanı azadlığına qovuşduranların cərgəsində yer alan şəhid baş çavuş Elvin Abbasov şəhid Mehman İcbərov və şəhid Səməd Xudaverdiyev adına orta məktəblərdə təhsil alıb.

Şəhid baş çavuş İsmayıl Qəsəbov şəhid Elşən Cəfərov adına orta məktəbin məzunu olub. Baş çavuş Səid Cəfərov  da şəhid İlqar Səfərovun adını daşıyan məktəbi bitirdikdən sonra onun yolu ilə gedərək şəhidlik zirvəsinə ucaldı. Murovdağ uğrunda döyüşlərdə şəhid olan çavuş Həsən Abdullayev  də taleyin hökmündən xəbərsiz şəhid Əhmədağa Babayev adına orta məktəbi bitirib. Şəhid çavuş Elvin Məmmədov şəhid Ceyhun Məhərrəmov, şəhid çavuş Rauf Süleymanov şəhid Həsən Əliyev, şəhid çavuş Abas Şahbazov isə şəhid İmamverdi Əliyev adına orta məktəblərin məzunu olublar.

İnanıram ki, alın yazılarından xəbərsiz bu igidlərin haqqında yazılan kitabları dil açar-açmaz “Mən əsgər olacam” deyən körpələrimiz oxuyacaq və  onların adını daşıyacaq məktəblərdə təhsil alanlar böyük və qüdrətli Azərbaycan uğrunda mübarizə aparıb, döyüş, idman, elm meydanlarında bayrağımızı ucaldıb, himnimizi səsləndirəcəklər. 

Hafiz Təmirov,
polis polkovnik-leytenantı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilər bir ailənin 5 üzvünü qətl etdi -Bakıdakı dipmissiyalar susdu...

Bakıda iqlimin kəskin dəyişməsinin səbəbi bilindi - inanmayacaqsınız, lakin...

Suriya terrorunda əli olan "Holcim"in Azərbaycandakı fəaliyyətinə də növbə çatdı...

SON XƏBƏRLƏR

04.06.2026 / 16:32
Sonuncu BAZAR – Paşinyan İrəvanı Rusiyadan QOPARIR...

04.06.2026 / 16:29
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu keçirdi, Ağstafada isə gənclərin arasından seçim etdi - FOTO/VİDEO

04.06.2026 / 16:23
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub

04.06.2026 / 15:24
Qazaxıstan Kiprlə yaxınlaşır -Türk Dövlətləri Təşkilatında təfriqə...

04.06.2026 / 14:35
Böyük Qayıdış mərhələsində keçmiş məcburi köçkünlərə sosial dəstək siyasəti yeni mərhələyə daxil olur

04.06.2026 / 14:31
Rusiya ilə boşanma, Avropa ilə nişan - sonda hər şey Bakıda həll olunacaq...

04.06.2026 / 14:29
Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

04.06.2026 / 14:24
AB Rusiyanın acığına Ermənistana "Ukrayna və Moldova" tədbirlərini tətbiq etdi...

04.06.2026 / 14:22
Paşinyan seçkiyə 3 gün qalmış Putinin könlünü bu yolla almaq istədi...

04.06.2026 / 14:11
İran savaşı ABŞ-da idarəçilik böhranı yaradır - Konqres prezidentə qarşı sərt hərəkətə keçdi...

04.06.2026 / 13:51
Ali Məhkəmədən xəbərdarlıq - qanunsuz məqsədlə verilən pul geri qaytarılmır...

04.06.2026 / 13:39
Aİİ-dən sonra Ermənistanın KTMT-dən çıxışı müzakirəyə verildi...

04.06.2026 / 13:21
Rusiya Ermənistanı hədələdi - Avropayönlü qüvvələr qalib gələrsə...

04.06.2026 / 13:13
TRIPP üzrə Ermənistan-Amerika birgə şirkətinin yaradılması təsdiqləndi

04.06.2026 / 13:08
Rusiyada Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı yeni proses başladı...

04.06.2026 / 12:50
Ermənistan və ABŞ TRIPP sazişini imzaladı...

04.06.2026 / 12:28
Məcburi köçkünlükdən azad rayonlarda rəsmi mülkiyyət hüququna qədər...

04.06.2026 / 12:16
Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar...Təhsil məmurları isə...

04.06.2026 / 12:10
Xəzərdə avtoşluq edən sürücü həbs olundu

04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...

04.06.2026 / 11:45
Kartı bloklandığı üçün banka gedən azərbaycanlı gənc şoka düşdü - bir anda dünyanın ən varlılarından biri oldu...

04.06.2026 / 11:33
“Qəzza səssizliyi” Almaniyaya baha başa gəldi - Berlin tarixində ilk dəfə BMT TŞ-yə seçilə bilmədi...

04.06.2026 / 11:26
Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək

04.06.2026 / 11:10
Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir

04.06.2026 / 10:43
ABŞ dəfələrlə öldüyünü iddia etdiyi Xameneinin sağ olduğunu etiraf etdi...

04.06.2026 / 10:15
Moskvadan İrəvana növbəti xəbərdarlıq - AİB və Rusiya ilə əlaqələr kəsiləcək...

04.06.2026 / 09:59
Tramp söz verdi - bu şərtlə ki…

04.06.2026 / 09:56
Rusiya Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərəcək

04.06.2026 / 09:31
Bu il beş kişi qadının soyadını qəbul edib...

04.06.2026 / 09:22
Rubio hazırda Ukrayna böhranının həlli ümidlərinin yüksək olmadığını deyir...

04.06.2026 / 09:08
Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilir

04.06.2026 / 08:14
Xəzərdə zəlzələ oldu

03.06.2026 / 23:07
Putin və Şara Suriyadakı rus bazaları ilə bağlı ilə razılaşdı – ABŞ-ın gözləntiləri özünü doğrultmadı...

03.06.2026 / 22:40
Rusiyadan dünyanı qorxudan nüvə xəbərdarlığı – “bizi sınamağa çalışmayın”...

03.06.2026 / 22:24
Rusiya parlament xətti ilə də Ermənistana hücuma keçdi...

03.06.2026 / 20:42
Azərbaycanın enerji ixracının ən mürəkkəb “diplomatik mexanizmi” ilk dəfə açıqlandı...

03.06.2026 / 20:10
Avropanın enerji bazarı Azərbaycansız nə gündə ola bilərdi?!...

03.06.2026 / 19:32
Avropanın ən böyük qaz saxlama anbarları Azərbaycana təklif olundu...

03.06.2026 / 19:09
Aİ İrəvanı Moskvadan qorumaq üçün hərəkətə keçdi - Rusiya bazarına alternativ Avropa bazarı...

03.06.2026 / 18:37
Azərbaycan ilə Aİ arasında yeni hərtərəfli saziş layihəsi haqqında danışıqlar aparılıb

03.06.2026 / 18:24
Küveytdən İranla bağlı sərt qərar - diplomatlar ölkədən qovuldu, əlaqələr tamamilə kəsildi...

03.06.2026 / 18:15
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etdi

03.06.2026 / 18:00
Tramp Xamenei ilə görüşə biləcəyini açıqladı - İran nüvə silahından imtina etdi...

03.06.2026 / 17:33
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihə davam edir

03.06.2026 / 17:21
“XXI Əsrin Qadınları” İB Şamaxıda tədbir keçirib - FOTO

03.06.2026 / 17:10
Tarixdə ilk ABŞ-Azərbaycan iqtisadi dialoq prosesi başladı...

03.06.2026 / 16:58
Qara kampaniyalar üzündən doğma adını dəyişən neft şirkətləri... Əliyev nə dedi?..

03.06.2026 / 16:45
“Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına başlanılıb

03.06.2026 / 16:41
Roma Papası Prezident İlham Əliyevə məktub göndərdi

03.06.2026 / 16:35
Rusiya 2-ci dəfə Xəzəri kənar hərbi zərbələrə hədəf etdi... Ukrayna Xəzəri vursa...

03.06.2026 / 16:24
Məcburi köçkünlərə sosial dəstək siyasətinin yeni mərhələsi başlayır

03.06.2026 / 15:40
Netanyahu Trampı da bezdirdi -mən olmasaydım, həbslərdə çürüyərdin...

03.06.2026 / 15:18
Azərbaycanın Trampdan gözləntisi bu deyildi - 907 niyə tam ləğv edilmədi...

03.06.2026 / 15:09
Tramp anons etdi -iyunda Əliyevlə Paşinyan son saziş imzalaya bilər...

03.06.2026 / 14:55
BTQ ilə Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalandı

03.06.2026 / 14:43
Azərbaycanın 94-dən başlamış "enerji yüksəlişinin" 32 illik sonucları...

03.06.2026 / 14:22
Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutuldu

03.06.2026 / 14:16
Noyabrın 9-da Şuşada şəhid oldu -Elvin Məmmədzadənin nişanlısına ürək parçalayan son məktubu...

03.06.2026 / 13:57
"Böyük Qayıdış 5 milli prioritetdən biridir" - Dövlət Komitəsinin sədr müavini

03.06.2026 / 13:46
Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə mübarizəsi dünyada təqdir edildi

03.06.2026 / 13:23
Məcburi köçkünlərin mülkiyyət hüququ ilə bağlı yeni mexanizm yaradılır

03.06.2026 / 13:10
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını Moskvanın əleyhinə dəyişir...

03.06.2026 / 13:09
İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır...

03.06.2026 / 13:06
"Məcburi köçkün” kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar" - Zahid Oruc

03.06.2026 / 12:59
TRIPP layihəsi Cənubi Qafqazda sülhün məhək daşına çevrilir

03.06.2026 / 12:43
Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb

03.06.2026 / 12:35
Azərbaycan iki günə ABŞ şirkətlərindən 8 milyard dollar investisiya cəlb etdi

03.06.2026 / 12:24
Rusiyada böyük həyəcan: Ermənistan Bakı və Ankaradan asılı vəziyyətə düşəcək

03.06.2026 / 12:18
Ermənistanın Rusiyaya ixrac etməyə məhsulu qalmadı, Kreml hər şeyi qadağan edir

03.06.2026 / 12:06
Mərkəzi Bankın yeni binasının açılışı oldu - FOTO

03.06.2026 / 11:53
ABŞ və İsrailin İranda rejim dəyişikliyi planlarının necə pozulduğu ortaya çıxdı - keçmiş kəşfiyyat şefindən ŞOK İDDİA...

03.06.2026 / 11:30
"Qayıdış Konsepsiyası" beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır" - Əziz Ələkbərli

03.06.2026 / 11:17
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli olacaq....

03.06.2026 / 10:23
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı

03.06.2026 / 09:50
Bakıda Hindistanın etnik azlıqlara qarşı repressiyalarına həsr olunmuş konfrans keçirilir...

03.06.2026 / 09:48
Naməlum şəxs bankda bir neçə nəfəri girov götürdü...

03.06.2026 / 09:37
İran Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını vurdu...

03.06.2026 / 09:28
Xankəndidə "Qarabağ Mənzərələri" adlı etüd-sərgi təşkil olunub

03.06.2026 / 09:12
Rusiya Ermənistandan bəzi kənd təsərrüfatı məhsullarının idxalını qadağan etdi...

03.06.2026 / 09:10
İrəvanın verilməsinə qarşı çıxanlar...

03.06.2026 / 08:44
Naxçıvanın tarixinə aid dəyərli tapıntı - İlandağ yazısı...

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ