çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Gürcüstan məktəblərində Azərbaycan dili dərsinin saatlarını rus və başqa dillərin xeyrinə kəsirlər...

Image


Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində təhsil alması artıq problemə çevirilir. Onlar Azərbaycan dilində təhsil almaqla bağlı çətinliklərlə üzləşirlər. Bu ölkədə Azərbaycandilli məktəblərin sayı get-gedə azaldılır. Gürcüstanda, milli məktəblərimizdə, Azərbaycan dilinə ayrılan saatların hesabına rus və ya digər xarici dillərə saat ayrıla bilməsinə dair bu ölkənin  təhsil və elm naziri əmr imzalayıb.

Niyə xarici dillərə Azərbaycan dilinin hesabına saat ayrılmalıdır? Azərbaycan dilinin saatları niyə kəsilir? Halbuki, ora Azərbaycanlıların yasadığı kəndlərdir və tədrisdə Azərbaycan dili üstünlük təşkil etməlidir. Təəssüf ki, bunun əksini görürük.

  • “Bəzi məktəb direktorları artıq nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat fənninə ancaq 3 saat verildiyini deyir”

Soydaşlarımız üzləşdikləri problemlərlə bağlı bu ölkənin Təhsil və Elm Nazirliyinə və parlamentə müraciət edib. Azərbaycan dilli məktəblərin müəllimlərinin müraciətlərini  ictimailəşdirən, onların səsinə səs verən, onlara ciddi dəstək olan iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva ilə əlaqə saxladıq. A.İsayeva bizimlə söhbətində bildirdi ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı həm ilbəil azalır, həm də ki, müxtəlif səpkidə olan problemləri artır: “Təəssüflər olsun ki, bir çox məktəblərdə məktəb direktorları Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs saatlarını 5 saatdan 3 saata kimi azaltmağı planlaşdırırlar (artıq edənlər də var). Milli məktəblərimiz kütləvi surətdə bağlanaraq sayı 183-dən (1989-cu il) 116-ya (2022-ci il) qədər azalıbdır. 116 məktəbdən 79-u Azərbaycan, yerdə qalanı isə sektor, qarışıq məktəblərdir (Azərbaycan-gürcü; Azərbaycan-rus və s.). Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə görə əgər milli azlıq nümayəndələri gürcü və ya sektor məktəblərində təhsil alırlarsa, məktəb onlara ana dili üzrə fənnin tədris edilməsi təklifini irəli sürmək hüququna malikdir. Belə olan halda 1 qrupda şagirdlərin sayı minimum 10 nəfər olmalıdır. Məsələn tutaq ki, “A” ictimai məktəbi əvvəllər ancaq azərbaycandilli məktəb idisə, sonradan bu məktəbdə əlavə olaraq gürcü sektoru açmaqla Azərbaycan-gürcü sektoru yaratdılar. Məktəbin tam səlahiyyəti var ki, gürcü sektorunda təhsil alan azərbaycanlı şagirdlər üçün Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etsin. Bizim bəzi direktorlar (və ya direktoru əvəz edənlər) isə öz hüquqlarından istifadə edib gürcü və rus sektorlarında Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etmək əvəzinə, əksinə Azərbaycan məktəblərində, eləcə də azərbaycandilli şöbələrdə daha da dərs saatını azaltmağa çalışırlar...”

A.İsayeva vurğuladı ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il il tarixində “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı №93/ნ saylı sərəncam imzalayıb. “Yeni qəbul edilmiş sərəncamda ana dilimizlə bağlı belə qərar yer tapıb: “Azərbaycan dili və ədəbiyyat fənninə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır”. Bu sərəncan 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir.

İkinci xarici dil üzrə saatların artırılması qətiyyən ana dili üzrə saatların azaldılması hesabına olmalı deyil. Azərbaycan məktəblərində necə ki, gürcü dilinə 5 saat ayrılır, ana dilinə də eynilə 5 saat ayrılmalıdır. Dövlət dili ilə ana dilinə ayrılan saatlar arasında fərq olmalı deyil. Gürcüstan dövləti qeyri-gürcüdilli məktəblərdə ikidilli (bilinqual) təhsilə keçməyi planlaşdırılır. Milli kurrikulumda ana dili üzrə dərs saatlarının azaldılmasına dolayı yolla imkan yaratmaqla bu məqsədə necə nail olmaq olar? Hələ mən, universitet səviyyəsində ümumiyyətlə ikidilli kadrların hazırlanmamasından danışmıram.

Məktəb direktorları ikinci xarici dil üzrə dərs saatlarını artırmasalar ana dili üzrə 5 saatı saxlaya biləcəklər (düşünürəm ki, hal-hazırda maksimum edə biləcəyimiz də məhz budur). Ancaq, bəzi məktəb direktorları artıq nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat fənninə ancaq 3 saat verildiyini deyir, halbuki sərəncamda 3-5 saat yazılıb. Xarici dillərin öyrənilməsi də önəmlidir. Sadəcə olaraq ikinci xarici dil üzrə dərs saatlarının artırılması ana dilinin azaldılması hesabına baş verməli deyil. Nə üçün başqa fənlərin hesabına da deyil, məhz ana dilinin hesabına?  Azərbaycan məktəblərində 1-ci xarici dil kimi adətən ingilis dili keçirilir, 2-ci xarici dil kimi isə rus və ya alman dili keçirilir. Gürcü dili dövlət dilidir, xarici dil kimi tədris edilmir, Azərbaycan dili isə ana dilimizdir. (bəzilərinin daha aydın başa düşməsi üçün açıqlama əlavə edirəm-A.İ)”.

A.İsayevanıb qeyd etdiyinə görə, mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz. “Müəllimlər arasında nə üçün bu il daha çox narazılıqlar, şikayətlər oldu sualına cavab vermək üçün Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkelinin keçən il və bu il “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı imzaladığı sərəncamları müqayisə etmək kifayətdir. Məsələn, cənab nazirin 2021-ci ilin 3 avqust tarixində imzaladığı №59/ნ saylı sərəncamda IX sinif üçün nəzərdə tutulan tədris planında “ana dili” üçün nəzərdə tutulan həftəlik dərs saatlarının qarşısında 5 saat yazılıb. IX sinifdə həftəlik ümumi dərs yükü maksimum 37 saat təyin edilmişdi. Tədris planında nəzərdə tutulan fənlər nazirliyin təyin etdiyi saatlara uyğun olaraq keçirilirdi. Hətta ikinci xarici dilə 2 saat ayrılanda belə ümumi 37 saatlıq limiti aşmırdı. Ona görə də keçən il ana dili üzrə həftəlik dərs saatını 5 saat, ikinci xarici dil üzrə isə 2 saat saxlamaq mümkün idi. Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il il tarixində “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı imzaladığı №93/ნ saylı sərəncamda isə IX sinif üçün nəzərdə tutulan tədris planında “ana dili” üçün nəzərdə tutulan həftəlik dərs saatlarının qarşısında 3-5 saat yazılıb. IX sinifdə həftəlik maksimum ümumi dərs yükü isə keçən il ilə müqayisədə 2 saat az, yəni 35 saat təyin edilib. Belə olan halda, məktəb direktorunun ikinci xarici dil üzrə dərs saatlarını artırması, ana dili üzrə dərs saatlarının azalması hesabına baş verəcək. Nə üçün məhz ana dilinin hesabına? Çünki, nazirlik belə qərar qəbul edib: “Azərbaycan dili və ədəbiyyat fənninə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır.”

Milli Tədris Planına istənilən fənnin əlavə edilməsi və ya istənilən fənn üzrə dərs saatlarının artırılması heç bir halda ana dili üzrə dərs saatlarının azalması hesabına baş verməli deyil. Nə üçün başqa fənlərin hesabına deyil, məhz ana dilinin hesabına baş verməlidir? Nə üçün tədris planında başqa fənlərin qarşında 3-5 saat deyil, məhz ana dilinin qarşısında 3-5 saat yazılır? “Təcavüzə məruz qalan” nə üçün ana dili olmalıdır?

Bizim hal-hazırda çalışdığımız sərəncamda 3-5 saatı ləğv etdirmək, milli tədris planına ana dili üzrə həftəlik dərs saatlarını birbaşa 5 saat yazdırmağa nail olmaqdır. Həmçinin “məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır” şərti də ləğv edilməlidir. Çıxış yolu yəqin ki, ümumi dərs saatlarını artırmaqdadır. Belə olan halda ana dili üzrə dərs saatları 5 saat olaraq qalacaq, eyni zaman da ikinci xarici dil də tədris olunacaq.

Qeyd edim ki, əvvəllər Azərbaycan dili və ədəbiyyat üzrə həftəlik dərs saatları 7 saat idi, daha sonra 6, sonra 5, sonda isə 3-5 saat olaraq təyin edilib. Kim qarantiya verə bilər ki, gələn il yeni sərəncam imzalananda #ana#dili üzrə dərs saatlarının qarşısına birbaşa 3 saat yazılmayacaq?

Gələcək fəsadlar açıq-aydın görünür. Ana dili xarici dil ilə eyniləşdirilir. Xarici dil ilə ana dilinə ayrılan saatlar eyniləşdiricələksə, o zaman hansı azərbaycandilli məktəbdən söhbət gedə bilər?

Çox təəssüflər olsun ki, bəzi mənşəyi bəlli olmayan ünsürlər başımızın altına yastıq qoymağa çalışırlar, sanki təşvişə ehtiyac yoxdur deyə insanlarda çaşqınlıq yaradırlar. Səhv etmirəmsə “# sapı özümüzdən olan baltalar” ifadəsi ancaq bizdə işlənir. Nə qədər qanı  xarab olmalısan ki, dəstək olmaq əvəzinə, əks gedəsən...

Qeyd edim ki, Nazirin imzaladığı sərəncamlarda tədris edilən fənnin adı kimi “ana dili” və ya “etnik azlığın dili” sözləri yazılır, əslində isə tədris olunan fənn Azərbaycan dili və ədəbiyyatdır. Ana dilinə 3 saat ayrılması o deməkdir ki, həftədə 2 saat Azərbaycan dili, 1 saat isə ədəbiyyat keçiriləcək, proqramda nəzərdə tutulanı da çatdırmaq mümkün olmayacaq”.

Müəllimlərin müraciətinə cavab verilib verilmədiyinə gəlincə, A.İsayeva bildirdi ki, parlamentdən reaksiya gəlib, onlar bu məsələni araşdıracaqlarını deyirlər, amma nazirlikdən hələ reaksiya yoxdur, amma yaxın günlərdə olacağı gözlənilir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ