“Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab edirəm. Müəllimlərin sertifikasiyasını da dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm. Ancaq hesab edirəm sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir. Nə üçün? Birinci ona görə ki, bu, müəllimlərimizin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir. İkinci, şagirdlərin müəllimlərə inamını zədələyir”.
Bu fikirləri millət vəkili Ceyhun Məmmədov müəllimlərin sertifikasiyasına münasibət bildirərkən öz şəxsi Feysbuk hesabında yazıb.
C.Məmmədov qeyd edir ki, bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədəuyğundur. “Bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik. Əlbəttə, qüsur və xəta varsa ciddi cəza da olmalıdır”-deyə C.Məmmədov yazıb.
Baki-xeber.com