çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Mehnur”un sahibini də məsuliyyətə cəlb etmək üçün daha bir əsas - Mərkəz Assosiasiyada qeydiyyatsız olub...

Image


Bu gün hər kəs “Mehnur” loqopedik reabilitasiya mərkəzində baş verənlərdən həm dərin sarsıntı keçirib, həm də hiddətlənib. Bu mərkəzdə uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər böyük narahatlığa səbəb olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə,  Bakıda “Mehnur” loqopedik reabilitasiya mərkəzinin uşaqlara işgəncə verən psixoloq və köməkçisi saxlanılıb.

Qeyd edildiyi kimi, “Mehnur” mərkəzində baş verən hadisə ilə bağlı köməkçi və psixoloq saxlanılıb. Belə müəssisələrin rəhbərləri ciddi sorğu-suala tutulmalı, onlara qarşı istintaq tədbirləri görülməli, onlar istintaq altına alınmalı, cəzalandırılmalıdır. Yəni baxıcı və psixoloqla yanaşı müəssisənin rəhbəri də haqq etdiyi cəzanı almalıdır.  Yəni o adamlarla birgə rəhbər də məsuliyyətə cəlb olunmalıdır. Çunki hadisə onun müəssisəsində baş verib. Əgər o müəssisəsini idarə edə bilmirsə, belə şeylər baş verirsə onun rəhbər olmağa haqqı yoxdur. Ona görə də onun təsisçisini, rəhbərini də məsuliyyətə cəlb etmək lazımdır ki, qoy digərlərinə də görk olsun.

Bu arada “Mehnur” loqopedik reabilitasiya mərkəzinin direktorunun saxlandığına dair mediada məlumat yayılıb. Məlumata görə, direktor Nuranə Hacızadə artıq Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib. Məlumata görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov direktora və mərkəzin daha iki əməkdaşına baş çəkib.

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Bildirək ki, Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, uşaqların döyüldüyü mərkəz lisenziyasız işləyirmiş.

  • “Mərkəz rəhbərinə və hadisəni törədənlərə qarşı qanunvericiliyə əsaslanaraq ciddi hüquqi tədbirlər görülməlidir”

Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli mətbuata açıqlamasında bildirib ki, Assosiasiyanın adı çəkilən mərkəzlə heç bir əlaqəsi yoxdur: “Adı qeyd olunan “Mehnur" loqopedik mərkəz bizim Assosiasiyanın üzvü deyil. Heç bir fəaliyyətləri yoxdur, idman yarışlarında iştirak etmirlər. Özüm illərlə bu işlə mübarizə aparmışam. İstər xüsusi qayğıya ehtiyacı olan, istərsə də normal uşaq olsun, heç kimə bunu etmək olmaz, qəti şəkildə əleyhinəyik. Bu insanlar tapılıb cəzalandırılmalıdır. Dəfələrlə demişik, dövlət və ya özəl müəssisələr olsun, nə qədər ki, mərkəzlər lisenziyasız fəaliyyət göstərir, heç bir qurum nəzarət etmirsə, bu məsələlər olacaq. Burada nə keyfiyyətli təlimdən, nə də təhsildən söz gedə bilər. 4 qurum - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin nəzarətində olan komissiya, qurum yaradılmalıdır. Nazirlər Kabineti bunlara lisenziya verməlidir ki, fəaliyyət göstərsin. Bütün standartlara, təmizlikdən tutmuş, texniki işçilərə, təlimçilərə qədər hamısı öz yerini tapmalıdır. İdman zalları, otaqlar standartlara cavab verməlidir. Əgər bunlar yoxdursa, işçi heyətə nəzarət olunmur, aidiyyəti olmayan insanlar gəlib təlim keçirsə, belə də olacaq. Təklif edirik ki, bu mərkəzlərə dövlət tərəfindən nəzarət olunsun, onlara lisenziya verilsin. Bu uşaqlara qarşı zorakılıq edənlər cəzasını almalıdır”.

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, baş verənlərdən hər kəs hiddətlənib. O vurğuladı ki, lisenziyasız fəaliyyət göstərən və adı peşəkar mərkəzlərin sırasında olmayan bu mərkəzdə baş verənlər həqqiqətən də dəhşətdir. Hər pulu, imkanı olan şəxsə bu cür uşaq müəssisələri açmaq üçün lisenziya verilməli olmadığını deyən S.Adıgözəlli qeyd etdi ki, təsadüfi adamların bu sahələrdə fəaliyyəti faciələrə yol açır. Bütün bunların cəzasılıq mühiti ilə əlaqədar olduğunu deyən S.Adıgözəllinin sözlərinə görə, belələri elə cəzalanmalıdır ki, onların aqibəti başqalarına da dərs olsun. “Bilirsiz ki, belə hadisələr ilk dəfə deyil baş verir. Əvvəllər də uşaq bağçalarında, müxtəlif mərkəzlərdə belə hallar olub, bu barədə videolar, görüntülər yayılıb. Amma görünür, o hadisələri törədənlər lazımı şəkildə cəzalandırılmayıblar deyə analoji hallar baş verib. Bu məsələ ədalətlə, hüquqi prinsiplər çərçivəsində həll olunmalıdır. Düzdür, ictimai qınaq da lazımdır, amma əsas hüquqi qiymətin verilməsidir. Görünür, onlara verilən cəza kifayət qədər sərt olmadığı üçün belə ağır nəticələrə gətirib çıxarır. İnsanlar autizmli uşaqlarının reabilitasiyasını həyata keçirmək, psixoloji durumunu düzəltmək üçün bu mərkəzə üz tutub. Həm ümid edib gəlib, həm də bura kifayət qədər böyük pullar xərcləyiblər. Valideyn bu reabilitasiya mərkəzinə külli miqdarda vəsait xərcləyir, amma çox dəhşətli mənzərə ilə qarşılaşır. Bu işgəncə faktı insanlarımız tərəfindən böyük təpki ilə qarşılandı. Hesab edirəm ki, bu mərkəzin özünün fəaliyyəti geniş araşdırılmalıdır. Çünki üzə çıxan hər bir fakt, məlumat “Mehnur" loqopedik mərkəzi ilə bağlı geniş araşdırmalar aparılmasını zəruri edir. Necə ola bilər ki, belə bir mərkəz lisenziyasız fəaliyyət göstərir? Bu başqa bir məsələdir, bu da araşdırılmalıdır. Yayılan məlumata görə, “Mehnur”un direktoru da saxlanılıb. Baş verən dəhşətli hadisənin üzərindən üzrxahlıqla, hansısa yüngülləşdirici tədbirlərlə keçilməməlidir. Belə olarsa, biz növbəti dövrlərdə daha ağır hadisələrin şahidi olarıq. Ona görə də, mərkəz rəhbərinə və hadisəni törədənlərə qarşı qanunvericiliyə əsaslanaraq ciddi hüquqi tədbirlər görülməlidir. Bu işə göz yumanlar da cəzasız qalmamalıdırlar. Görünür, müəyyən icra qurumlarında, müəyyən yerlərdə bu məsələyə göz yumulub. Bir qurumun lisenziyasız fəaliyyət göstərməsi suallar doğurur. Hər halda, bütün bunlara aydınlıq gətirililəcək”.

O qeyd etdi ki, hətta sənədlərində qarışıqlıq olan uşaq bağçaları da var, belə bağçalar yaradılıb və bir binada kirayə otaqlar götürüb fəaliyyət göstərirlər. Bu məsələnin ciddi monitorinqinin keçirilməli olduğunu deyən S.Adıgözəlli qeyd etdi ki, bu sahədə olan müvafiq dövlət qurumları onu araşdırmalıdır: “Həmin qurumlar üzərinə ciddi iş düşür, onlar araşdırma aparmalı, monitorinq keçirməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ