İlkin ehtimala görə, Lerikdə səkkiz nəfərin ölümü ilə nəticələnən qəza idarəetmənin itirilməsi səbəbindən baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib”, - deyə məlumatda bildirilir.
Hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində baş verib.
TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı avtobusda 50 nəfərin olduğu bildirilir.