Azərbaycanın Baş Prokuroru Kamran Əliyev bəyan edib ki, Bakı Tehran ilə narkotiklə bağlı cinayətlərə görə cəza çəkən 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
“Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır. Azərbaycanda olan bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslərin ekstradisiya müqaviləsi çərçivəsində ekstradisiya oluna bilər və bununla bağlı 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”, - Əliyev Tehranda səfərdə olan iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşü zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi İran mətbuatına istinadən məlumat verir ki, Əliyevin sözlərinə görə, onun Tehrana səfəri “həmçinin, ekoloji, humanitar, narkotiklərin qanunsuz dövriyyəsi, təhlükəsilzk və s. ikitərəfli kompleks məsələlərin müzakirəsindən” ibarətdir.
O cümlədən, Baş prokuror məlumat verib ki, istintaq zamanı İrana qaçan 41 Azərbaycan vətəndaşının Tehran tərəfindən ölkəmizə təhvil veriləcəyinə ümid edir. “Bu şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycana qaytarılmasını gözləyirik”, - o qeyd edib.