ABŞ-ın “James Webb” Kosmik Teleskopu elmi kəşfə nail olub. Baki-xeber.com “China Daily” ə istinadən bildirir ki, ilk dəfə Günəş sistemimizdən kənarda karbon qazının elementləri kəşf edilib. Lakin kəşf olunmuş ekzoplanetin həyati baxımdan əhəmiyyəti yoxdur. Əldə edilən karbon elementləri alimləri daha çox araşdırma aparmağa sövq edir. Kaliforniya üniverstetinin professoru Natali Batalha yazıb: “Bizim yer ölçüsündə olan planetlərin atmosferini aşkar etmək şansımız var”.
Ceyhun MİRZƏLİ