Cümə axşamı Google Hindistanda insanları onlayn təhlükələrdən qorumaq üçün bu ölkənin İT nazirliyi ilə yeni layihələrə start verib. Baki-xeber.com “Times Now” –a istinadən bildirir ki, texnologiya nəhənginin hədəfi insanlara rəqəmsallıqla bağlı daha yaxşı təcrübələri öyrətməkdi. Hindistanlı İT mütəxəssisi Sanjay Qubtanın fikrincə, “Hindistan rəqəmsal iqtisadiyyatda irəlilədikcə onlayn təhlükəsizlik məsələsi əhəmiyyətini artırır. Bu baxımdan layihənin əhəmiyəti çoxdur”. Layihədə 100 minə yaxın kibertəhlükəsizlik, startap mütəxəssisi iştirak edəcək.
Ceyhun MİRZƏLİ