"Qarabağ münaqişəsinin nəticəsi olaraq bu gün Azərbaycanda 12 min Qarabağ əlili və 18 min şəhid ailəsi mövcuddur”. APA-nın xəbərinə görə, bunu millət vəkili Hadı Rəcəbli "Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.