Cümə günü, 02 oktyabr 2026
     

Ailə dəyərlərinin qorunmasında cəmiyyətin rolu

Image


Azərbaycanın min illərə dayanan adət-ənənə topluluğu, köklü və yazılmamış qanunları var. Bu ənənələr bizdən öncə də olub, indi də var. Amma bizdən sonra necə olacağını düşünməyə və gələcək sağlam ailələr üçün zəmini gücləndirmək üçün fəaliyyətin gücləndirilməsinə ehtiyac var. Çünki indi cəmiyyət müasirlik faktorunun arxasınca yola çıxaraq yaşam tərzinə yeni ab-hava qatmaq istəyir. Bunu çox zaman "müasirlik" adlandırırlar.
Son illər əsasən cəmiyyətin gənc kəsiminin "avropalaşmaq" istəyi min illərin köklü adətlərinə yeni ab-hava qatmaqdadır. Sağlam ailəsi, dərin köklərə malik cəmiyyəti olan Azərbaycanın mənəvi dəyərlərinin yeniləşməsinə ehtiyac varmı?

Ailədən cəmiyyətə nə ötürülür?

Yenilik ailədən başlayır, axı ailə cəmiyyətin kiçildilmiş nümunəsidir. Sağlam köklərə malik ailədə müasirləşmək istəyinin qarşısı alınmır, indi müasir Azərbaycan ailəsi var, amma müasirlik ailənin illər boyu yaşadığı yaşam tərzini, cəmiyyətə baxışını və cəmiyyətdə təşəkkül tərzini dəyişməməlidir.
Ailənin sağlamlığı cəmiyyətin təməlinin sağlam qoyulması deməkdir. Sağlam cəmiyyətin təşəkkülündəki ailələr isə milli-mənəvi dəyərləri dəyər-dəyməzinə "sataraq" yenilik, müasirlik axtarışında olan ailələr olmamalıdır.
Azərbaycanın milli-mənəvi dəyərləri aspektindən sağlam ailə milli-mənəvi dəyərlərinə hörmət edən, ata-babasından aldığı adət-ənənəni övladına ötürən insanların olduğu ailədir. Bizim cəmiyyətin milli dəyər anlayışı ailədən başlayır. Bu səbəbdən hər bir azərbaycanlının ailəsindəki ənənəyə bağlılıq sağlam cəmiyyətin qurulmasına xidmət edir.
Sosioloq və psixoloqlar sağlam ailə üçün mənəvi dəyərlərin fiziki sağlamlıq qədər vacib olduğunu deyir. Psixoloq Elnur Məmmədli deyir ki, azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla nisbətdə daha dərin və uzunömürlüdür. Onun sözlərinə görə, daha çox gənclərin "geridəqalmışlıq" hesab etdiyi adətlər sayəsində yüz illərdir ölkəmizdə normal cəmiyyət, sağlam toplum yaratmaq mümkün olub: "Azərbaycan ailələrində valideyn hətta övladını evləndirdikdən sonra belə öz yanından ayırmır, bir evdə yaşamaq istəyir.
Amma bir çox ölkədə uşağın 15-16 yaşı olan kimi valideyn tələb edir ki, get işlə, özünə ev tut, yaşa. Onlar üçün doğmalıq anlayışı yoxdur, ailədə hər kəs öz qazancı ilə yaşayır. Ona görə də cəmiyyətləri möhkəm deyil, ailə cəmiyyətə xeyir verə bilmir. Bu "xeyir" maddi yox, mənəvi məna kəsb edir. Yəni bu cür ölkələrdə ailələr cəmiyyətə yararlı fərdlər yetişdirmir. Dolayısı ilə həm ailə, həm də cəmiyyət möhkəm olmur".

Azərbaycanda ailə cəmiyyətə sağlam fərd verir

Son dövrlərdə Azərbaycanda da gənclərin əksəriyyəti ailə qurandan sonra ailəsindən ayrı yaşamağa can atır. Bundan başqa, ailəsi də eyni şəhərdə yaşadığı halda öz dostları, institut yoldaşları ilə birlikdə yaşamağın həvəsində olan kifayət qədər gənc var.
Müsahibimiz deyir ki, bu, televiziyaların, internetin bizim cəmiyyətə "töhfə"sidir: "Yeniyetmə görür ki, başqa ölkələrdə 15-16 yaşlı uşaqlar özü işləyir, pul qazanır, tək yaşayır, pulunu bara, əyləncə məkanlarına xərcləyir, heç kimə hesabat vermir. Bizim gənclərə bu cəzbedici təsir bağışlayır, çoxdandır ayrı yaşamaq, tək qalmaq barədə düşündüklərini reallaşdırmaq istəyir, amma valideynlər imkan vermir.
Tutaq ki, bir ailənin bir oğlu var, o, tələbə yoldaşlarının tək yaşadığını görür, həvəslənir. Kəndlərdən, kiçik şəhərlərdən təhsil almaq üçün böyük şəhərlərə gələn gənclərin kirayə evlərdə, yataqxanalarda öz yaşıdları ilə birlikdə qalması valideyni ilə yaşayan gənclərə olduqca maraqlı gəlir və onlar da ayrı yaşamaq istəyirlər. Valideynlər icazə vermir. Ailənin möhkəm təməlinin yavaş-yavaş boşalması da məhz bu kimi səbəblərdən yaranır".

Ailənin təməlini möhkəm qursaq...

Sağlam ailənin təməli həm də sağlam evliliklə qoyulur. Gələcək ailənin hər iki fərdi bir-birini anlamaqla yanaşı, fiziki və mənəvi göstəricilərinə görə də uyğun olmalıdır. Ailədəki hər xırda narazılıqdan böyük problem yaradan tərəflərin sağlam ailə qurmaq şansı az olur ki, bunun zərərini də cəmiyyət çəkir.
Sosioloq Naib Allahverdiyev deyir ki, altruist təfəkkürdən eqoist təfəkkürə keçmə prosesi problemlər yaradır: "Sağlam ailə qurmaq istəyində olan bəzi kişilər gələcək uşaqlarını yaxşı tərbiyə edə biləcək qadın axtarır, bəzisi bir ömür boyu güvənəcəyi, sirdaş olacağı qadın axtarır, bəzisi isə ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək istəyir.
Əsas məsələ odur ki, ailə quran gənclər yalnız öz maraqlarını düşünərsə, cəmiyyətə xeyirləri dəyməz. Qurulacaq ailə cəmiyyətdə öz yerini harda görürsə yeri ordadır. Fərd olaraq cəmiyyətin lap dibində, heç kimə gərək olmayan, tüfeyli bir həyatda da yaşamaq olar, hamının hörmət etdiyi, inandığı, güvəndiyi bir yerdə də. Vacib olan ailədəki sağlam təməli qoruyaraq cəmiyyətdəki sağlam mövqeyə sahib olmaqdır".
Müsahibimiz deyir ki, sağlam ailənin qurulmasında əsas amillərdən biri də ailədə gender problemlərinə yer verməməkdir: "Cəmiyyətin bütün problemləri də məhz bu cür gender bərabərsizliyi olan ailələrdən qaynaqlanır. Bir ailədə ya kişi, ya da qadın liderliyi vacib deyil, amma bir çox ailələrdə bunun üçün dava olur. Ya qadın dediyinin olmasını istəyir, ya da kişi. Qarşılıqlı anlaşaraq, məsələni müzakirə edərək həll etmək istəmirlər, heç kim güzəştə getmir.
Çox vaxt kişi qadına "qadınsan, sən nə bilirsən" kimi iradlar tutur, qadının istəyini, mövqeyini nəzərə almadan mühüm qərar qəbul edir. Belə olduqda isə narazılıq böyüyür. Ailələrdə narazılıqların çoxalması cəmiyyətə də yansıyır. Çünki hər qalmaqaldan sonra məhkəmə dəhlizlərində davalar, çəkişmələr, hakim qarşısında ittihamlar başlayır. Sağlam ailəsi olmayan cəmiyyətin sağlam formalaşması mümkün deyil. Gender probleminin əsası da məhz ailələrdə qoyulur, cəmiyyətdə böyüyür".

Ailədə və cəmiyyətdə ahəng möhkəmlik yaradır

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailə cəmiyyətin sosial mərkəzidir və o mərkəzin idarəsində ahəng önəmlidir: "Bu ahəngi ailədə yarada biliriksə, cəmiyyətimizdə də ahəng, uyğunluq və möhkəm təməl olur. Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir. Gərək bilək ki, ən böyük mənəvi dəyərimiz ailə institutudur və onu qorumalıyıq.
İndi dünyada elə proseslər gedir ki, mənəvi problemlər arxa plana keçməkdə və maddi dəyərlər önə çıxmaqdadır. Bu bizim cəmiyyətdə də baş verir. Ən xoşagəlməz hal budur ki, maddi dəyərlərə üstünlük verdiyimiz halda, mənəvi dəyərlərimiz çox güclü təzyiqə məruz qalır, bundan da ailə və cəmiyyət zərər görür. Çalışmaq lazımdır ki, ailədə mənəvi dəyərləri ön sırada saxlayaq. Bu, ailənin cəmiyyətdə sağlam yer qazanmasına kömək edəcək".

Boşanmalar sağlam cəmiyyəti hədələyir

Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması sonda ailə institunun deformasiyaya uğramasına və ailələrin dağılmasına gətirib çıxarır. Əlbəttə, Azərbaycan qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər göz önünə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə, ilk növbədə ailələrə, daha sonra cəmiyyətə təsir göstərir.
Bu gün, bütün dünyada olduğu kimi, Azərbaycanda da boşananların sayı artır. Hüquqşünas Elçin Namazov deyir ki, ölkəmizdə boşanma halları adətən müxtəlif səbəblərdən baş verir: "İnsanlar daha çox münasibətlərin yolunda getməməsi, xasiyyətin uyğun gəlməməsi səbəbindən boşanır. Ailə quranda fikir vermədikləri amillər sonradan onları narahat edir, boşanmaya qədər gətirib çıxarır. Cəmiyyətdə boşanma halları artırsa, bu, dövlət üçün də təhlükəlidir.
Bir çox hallarda siyasi opponentlər bunu sosial problemlərlə əlaqələndirməyə çalışır. Amma statistikaya nəzər saldıqda görürük ki, ailələrin dağılması heç də əsasən sosial-iqtisadi amillərlə bağlı deyil. Statistika göstərir ki, ölkəmizdə boşanmaların əksəriyyəti rəsmi nikah bağlamayan ailələrin payına düşür. Nigah müqaviləsinə barmaqarası baxılması sonda ciddi problemlər yaradır".

Sağlam ailə və cəmiyyət dövlətin marağındadır

Ümumiyyətlə, ailə dəyərlərinin qorunmasında cəmiyyətin və dövlətin bütün institutları, ekspertlər aktiv və məsuliyyətli olmalıdır. Əgər ailəyə "kiçik dövlət deyiriksə, o zaman onun böyük dövlətə, cəmiyyətə layiq olması üçün lazım olanı da etməliyik. Hər ailəni içindən sağlam qursaq, cəmiyyətə də sağlam fərdlər vermiş olarıq. Üstəlik, tək dövlət qurumlarından, səlahiyyətlilərdən kömək gözləmək əvəzinə hər bir fərd sağlam ailənin sağlam cəmiyyətdə təşəkkülünə öz yardımını etməlidir.
Bu gün ailələrin möhkəm, sağlam olması Azərbaycan dövlətinin də marağındadır. Axı sağlam cəmiyyəti sağlam ailə yaradır, sağlam dövləti isə sağlam cəmiyyət qurur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Komitə ailələrlə bağlı dövlət siyasətinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanması, uşaq və yeniyetmələrin milli-mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə kampaniyası reallaşdırılır.
Uşaqların sağlamlığı, təhsil və rifahı, qadınların zorakılığa məruz qalamaması, ailə fərdlərinin işsizliklə üzləşməməsi üçün Komitə kifayət qədər iş görür. Bu gün müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsipləri uğurla həyata keçirilir. Bu isə güclü, sağlam cəmiyyətin təməl daşlarının uzun müddət sarsılmayacağı deməkdir.
"Sağlam ailə, sağlam cəmiyyət, sağlam dövlət" prinsipi Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir. Bu istiqamətdə bu sahəyə birbaşa məsul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yanaşı, Heydər Əliyev Fondunun, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin də fəaliyyəti təqdirəlayiqdir. Məhz bu fəaliyyət nəticəsində Azərbaycanda boşanmalar, müxtəlif ailə problemlərinin səviyyəsi digər ölkələrdən dəfələrlə aşağıdır.

Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ