Bu il yanvarın 1-dən dekabrın 6-dək Bakı şəhəri üzrə 850 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, görülən müvafiq kompleks tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 25 ölüm, 76 xəsarət faktı azalıb.
V.Əsədov qeyd edib ki, hadisələrin 51 faizi piyadaların vurulması ilə bağlı olub.