Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Tarix: 09.12.2014 / 01:35
Bölmə: Sosial
Şahzadə Abbas Mirzə - Azərbaycanda Avropa tipli orduya keçidin banisi
Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan Qacar Səltənəti (1794-1925) xatırlanarkən, bu hakim sülaləyə mənsub olan iki şəxsin - Ağa Məhəmməd şah Qacarın və şahzadə Abbas Mirzənin adları daha çox önə çıxır. Ağa Məhəmməd şah Qacar olduqca mürəkkəb bir şəraitdə yeni Türk dövlətinin əsasını qoymaqla adını tarixə yazdırıbsa, Şahzadə Abbas Mirzə (1789-1833) Qacar taxt-tacının vəliəhdi olaraq, dövləti müasir inkişaf yoluna çıxarmaqla Azərbaycan reformasiyasının banisi adına haqq edib.
Şahzadənin dövlət qarşısında xidmətlərinə nəzər saldıqda, onun ilk növbədə Qacar ordusunu ənənəvi «Şərq qəlibi»ndən çıxararaq Avropa üslubunda yenidən qurmaq təşəbbüsünü və bu istiqamətdə ardıcıl fəaliyyətini qeyd etməliyik. Burada əsas məsələ tək ordunun forma və məzmununun dəyişdirilməsi deyil - vəliəhdin bəhs olunan təşəbbüsü bütövlükdə Avropanın mütərəqqi ideyalarının Şərq cəmiyyətinə tətbiqi prizmasından dəyərləndirilməlidir. Lakin dövlətin düşdüyü vəziyyət şahzadəni zəruriliyini dərk etdiyi islahatlara ordudan başlamaq məcburiyyətində qoymuşdu.
Şahzadə Abbas Mirzə Qacar öz hərbi birliklərini müasir Avropa tipli ordu timsalında yenidən formalaşdırmağa başlayarkən ilk dövrdə o zaman Napoleonun rəhbərliyi ilə qüdrətli dövrünü yaşayan Fransa modelinə üstünlük verir. Hətta 1807-ci il mayın 4-də Qacar və Fransa imperiyaları arasında imzalanmış Finkenşteyn müqaviləsinə əsasən, Napoleon öz üzərinə Qacar ordusunu müasir artilleriya və tüfənglər (50 top və 10 min tüfəng), o cümlədən hərbi təlimatçılarla təmin etmək öhdəliyi götürmüşdü. Lakin 1807-ci il iyulun 7-də Fransanın Qacar dövlətinin düşməni olan Rusiya ilə sülh müqaviləsi imzalaması (Tilzit sülhü) Böyük Britaniyanın da təhrikçiliyi sayəsində bu hərbi əməkdaşlığın pozulması ilə nəticələndi. 1809-cu ildə Fransa hərbi missiyasının ölkəni tərk etməsindən sonra Qacar ordusunun yeni qaydada qurulmasında təşəbbüs britaniyalı təlimatçıların əlinə keçdi.
Qacar ordusunun yenidən və dövrün tələblərinə uyğun qurulmasi barədə ən dolğun məlumatı bu prosesdə yaxından iştirak etmiş fransız əsilli hərbçi, əvvəl öz ölkəsinin, daha sonra isə Böyük Britaniya ordusunda xidmət keçən Qaspar Druvilin «1812 və 1813-cü illərdə İrana səyahət» kitabından almaq olar.Q.Druvil komandanlığın əmri ilə 3 il Qacar Səltənətində xidmət keçib. Orada olduğu müddət ərzində Britaniya üçün zəruri məlumatlar toplamaqla yanaşı, həm də Qacar taxt-tacının vəliəhdi, şahzadə Abbas Mirzənin istəyi ilə onun ordusundakı yeni nizami süvari birliklərin hazırlanmasına rəhbərlik edib.
Rusiyanın hərbi yönümlü «Üeyxqauz» jurnalının 5-ci (1996) və 6-cı (1997) saylarında Qacar ordusunun yenidən qurulması haqqında Q.Druvilin və digər mənbələrin məlumatına əsaslanan irihəcmli material dərc olunub. Qeyd olunan mənbələrin müəyyən qədər tendensioz və həqarət tonunun olmasına baxmayaraq, orada yer almış məlumatlar Azərbaycanda (Qacar Səltənəti) Avropa tipli müasir orduya keçid dövrü haqqında təsəvvür yaranmasına imkan verir.
Əsasən Q.Druvilin məlumatlarından istifadə olunmuş həmin materialda ilk öncə Qacar ordusunun piyada və artilleriya hissələrinin qurulmasından ətraflı bəhs edilir. Bu zaman həmin hazırlıqların şahzadə Abbas Mirzənin idarəçiliyində olan Cənubi Azərbaycanda və onun mərkəzi şəhəri Təbrizdə həyata keçirildiyi xüsusi qeyd olunur. Maraqlıdır ki, müəllif (Q.Druvil) öz əsərində şahzadənin atası Fətəli şah Qacardan daha mübariz və istedadlı olduğunu, yorulmadan çalışdığını vurğulayır.Q.Druvilin adıçəkilən kitabında Qacar ordusundakı yeni piyada əsgərlərin «sərbaz» (hərfi tərcümədə başı ilə oynayan, ölümə gedən) adlandırıldığını yazır. Qəribə də olsa, şahzadədən sonra yeni tipli qvardiya yaradılmasına başlayan Fətəli şah Qacar isə öz piyada əsgərlərini «Canbaz» (canını risqə qoyan) adlandırır. Q.Druvil bu barədə qeydlərində şahzadənin öz ordusunu yeni uniformalarla təmin etməyə çalışdığını, lakin vəsait çatışmazlığının həmin məqsədi həyata keçirməyə tam imkan vermədiyini də diqqətə çatdırır:
«Əsgərlərə yeni formalar hazırlayıb vermək üçün vəsait olmadığından, şahzadə əmr etdi ki, sərbazlara eyni rəngdə, hərbçilərə xas olduğunu göstərməkdən ötrü yaxalarında düymə olan geyim tikilib paylansın. Bundan başqa, şahzadənin əmri ilə bütün tüfənglərə süngü taxıldı və əsgərlərə patronların, digər ləvazimatların saxlanması üçün səfər çantası yerinə dəri torbalar verildi. Həmin torbalar kəmərdən aşağı asılırdı və əsgərlər üçün onu daşımaq çətin olduğu qədər də, təhlükəli idi».
Q.Druvilin qeydlərinə görə, yeni piyada birlikləri şahzadə Abbas Mirzənin qoşunlarının ən çoxsaylı bölməsi idi. Alay və taborlardan qurulan piyada birliklərinin əksəriyyəti Təbriz ətrafında, qalanları isə Cənubi Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilmişdi. Müəllif yazır ki, sərbazlar öz təsərrüfatları ilə məşğul ola bilmək üçün ilin 6 ayını məzuniyyətə buraxılırdılar. Qalan 6 ayı isə ingilis hərbi təlimatçılarının nəzarəti ilə keçirilən təlimlərə sərf edirdilər. Q.Druvil ordu quruculuğu prosesinə dair maraqlı məqamlara da toxunur. O bildirir ki, Fətəli şah Qacar digər şahzadələrə də Abbas Mirzə kimi yeni ordu qurmaq tapşırığı versə də, onlar bu işə qətiyyən maraq göstərməyiblər.
Müəllif ingilis mahudunun idxalından sonra Qacar ordusunda qəbul edilmiş uniformanın təsvirini də verib. Q.Druvil qeyd edib ki, ingilis hərbi təlimatçılarının gəlişindən sonra da Qacar ordusunun uniforması fransız üslubunda saxlanıb:
«Uniformalar qırmızı yaxalıqlı, üzərində sarı düymələr olan yaşıl mahuddan, çəkmələrin içinə salınan gen şalvarlar isə kobud kətandan tikilib. Qışda əsgərlərə qalın yundan hazırlanmış plaş (yapıncı) verilir. Dəridən hazırlanmış əsgəri ləvazimatlar ağ rəngdədir. İstifadə olunan tüfəng isə ingilis istehsalıdır». Q.Druvil yazır ki, Qacar ordusunun bu uniforması yarım əsr ərzində dəyişməz qalıb.
Uniforma ilə əlaqədar daha bir diqqətçəkən məqam əsgərlərin baş geyimi ilə bağlıdır. Müəllifin qeydlərinə görə, Qacar ordusunun zabit və əsgərləri ənənəvi papaqdan imtina etməyərək, furajka geyinməyə razı olmayıblar. Onların bu inadını görən təlimatçılar və şahzadə Abbas Mirzə Qacar hərbçilərinə ənənəvi üslubda quzu dərisindən hazırlanmış 30 santimetr hündürlüyündə şiş papaqlardan istifadəyə icazə verib. Bununla belə, ingilis mayoru Henri Lindsinin təkidi ilə əsgərlərə saqqal saxlamaq qadağan edilib və sərbazlar tətbiq olunan bu qaydanın əleyhinə çıxmayıblar. Saç formasına gəldikdə isə, bununla bağlı xüsusi tələbkarlığa ehtiyac duyulmayıb. Ona görə də sərbazların əksəriyyəti başını qırxdıraraq, gicgahında papağın altdan sallanan tel saxlamaq dəbini davam etdiriblər.
1813-cü ildə şahzadə Abbas Mirzənin ordu quruculuğu sahəsində uğurlarını nəzərə alan Fətəli şah Qacar Azərbaycana gələrək yeni piyada birliklərinə döyüş bayraqlarını təqdim edib. Q.Druvilin bildirdiyinə görə, qırmızı rəngdə olan həmin bayraqların kənarları ağ tafta üzərində qızılı saçaqlarla bəzədilmişdi. Qumaşdan hazırlanmış bayrağın üzərində gümüşü rəngdə Ələm və Qacar Səltənətinin gerbi - uzanmış şirin arxasından doğan Günəş - və şahzadə Abbas Mirzənin nəzərdə tutulduğu «Qacar sülaləsindən olan Sultan Fətəlinin oğlu Sultan» yazısı həkk olunmuşdu. Rusiya ordusunun zabiti, daha sonra general-leytenant rütbəsinə qədər yüksəlmiş İvan Fyodoroviç Blaramberq də 1837-ci ildə Herat yaxınlığında üzləşdiyi Qacar ordusu bölmələrinin üzərində Şir-Günəş və Ələm həkk olunmuş müxtəlif rəngli - qırmızı, ağ, sarı və s. - bayraqlara malik olduğunu qeyd edib.
Q.Druvil həmçinin əlavə edib ki, Qacar ordusunda Avropa ölkələrinin ordularında olduğu kimi hərbi orkestrin yaradılması da diqqətdən kənarda qalmayıb. Müəllifin yazdığına görə, hərbi musiqiçilər taborunun əsgərləri sarı rəngli uniforma geyiniblər. Hərbi orkestrdə isə müxtəlif sayda baraban, fleyta və trubadan istifadə olunub. Orkestrin ifa səviyyəsinin aşağı olduğunu vurğulayan Q.Druvil bildirib ki, heyətdə yalnız barabançılar öz işlərinin öhdəsindən gələ bilir: «Açıq görünür ki, fleyta və truba ifaçılarının musiqi duyumu yoxdur. Onların çalğısından sadəcə təxmin etmək olur ki, ifa edilən musiqi «Allah, şahı hifz elə»dir». Fransız müəllif daha sonra yazır ki, ordu quruculuğunun davamında şahzadə Abbas Mirzənin təşəbbüsü ilə, Avropa ordularında olduğu kimi, hərbçilərin çin və ordenlərlə təltif edilmələri məsələsi öz həllini tapıb.
Üç dəfə - 1800, 1808 və 1810-cu illərdə Qacar dövlətinə səyahət etmiş britaniyalı siyasətçi Con Malkolm özünün «İran tarixi» əsərində Qacarların dövlət rəmzinin əks olunduğu müxtəlif dərəcəli «Şir-Günəş» ordeninin təsis edildiyini yazıb. C.Malkolmun fikirlərini davam etdirən Q.Druvil bu barədə belə yazıb: «Şahzadə, Avropada olduğu kimi, öz hərbçilərini çin, orden və pulla mükafatlandırır. O, atasını müxtəlif dərəcəli «Şir-Günəş» ordeni təsis etməyin zəruriliyinə inandırıb. Zabitlərə təqdim olunan ordenin hər dərəcəsi üçün fərqli məbləğdə pul mükafatı da verilir. Əsgərlər üçünsə müxtəlif medallar nəzərdə tutulub».
Q.Druvil digər hərbi bölmələrin yaradılmasından bəhs edərkən özünün də məşğul olduğu yeni tipli süvari birliklərinə xüsusi yer ayırır. Onun yazdığına görə, Fətəli şah Qacar 1813-cü ildə nizami süvari birliklərinin uniformasını və digər fərqləndirici elementlərini təsdiq edib.
Şahzadə Abbas Mirzənin Qacar ordusundakı artilleriya bölmələrinin yalnız at üstündə quraşdırılmış kiçik ölçülü oplardan ibarət olması tələbini nəzərə alan ingilis hərbi təlimatçıları işlərini məhz bu istiqamətdə qurublar. Q.Druvil Qacar ordusunun atlı artilleriyasının Böyük Britaniyanın analoji hərbi birləşməsi ilə təxminən eyni səviyyədə qurulduğunu və yüksək döyüş hazırlığına malik olduğunu qeyd edib. Hətta yuxarıda adı çəkilən İ.F.Blaramberq də artilleriya qüvvələrini Qacar ordusunun»ən yaxşı qoşun növü» adlandırıb.
Bununla belə, Qacar ordusunun yenidən qurulmasında birbaşa iştirak edən ingilislərin məqsədyönlü siyasəti, bəzi hallarda isə sabotajı nəticəsində şahzadə Abbas Mirzənin qoşunu ruslarla aparılmış hər iki savaşdan məğlub çıxır. Bu hərbi uğursuzluğun digər mühüm səbəbi isə Fətəli şah Qacarın saraydakı cahil çevrələrin fitnəsi ilə şahzadə Abbas Mirzənin nəzərdə tutduğu hərbi-siyasi islahatların həyata keçirilməsinə tam imkan verməməsi olub.
Düşünmək olardı ki, Fətəli şahdan sonra Qacar taxtına əyləşəcək şahzadə Abbas Mirzə dövlətin yüksəlişi və itirilmiş ərazilərin geri qaytarılması yönündə uğurlu fəaliyyət göstərəcək. Lakin uşaq yaşlarında tutulduğu xəstəliyin yenidən şiddətlənməsi Qacar Səltənətinin ümid yeri sayılan 44 yaşlı şahzadənin 1833-cü ildə həyatdan vaxtsız köçməsi ilə nəticələnir. Fətəli şahdan sonra Qacar taxtında bir-birini əvəzləyən hökmdarlar isə şahzadə Abbas Mirzənin ideyalarını gerçəkləşdirmək haqqında heç düşünməyiblər də...
Araz ZEYNALOV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ