"Azərbaycanda 300-350 yaşayış məntəqəsi birbaşa sürüşmə təhlükəli zonada yerləşir". Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, bu gün ölkə ərazisinin 25-26%-i sürüşmə üçün təhlükəli zonalardır. E.Əlizadə qeyd edib ki, həmin ərazilərin bəzilərində sürüşmə sahələri var, bəzilərində isə yeni yaranma ehtimalı çox böyükdür.