Bakının Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz zəbt olunub və ərazi hasarlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş operativ araşdırma zamanı məlum olub ki, qanunsuz tikinti işləri "Paradise” klubun işçiləri tərəfindən aparılıb. Faktla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikili sökülüb.