Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Tarix: 01.12.2014 / 01:08
Bölmə: Sosial
Müasir dövrdə cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı deməkdir. Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Gender tendensiyası müxtəlif ölkələrdə özünü müxtəlif cür büruzə verib. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində belə bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb.
Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.
Azərbaycan da müstəqillik əldə etdikdən sonra bu istiqamətdə bir sıra vacib işlər görüb. Amma Azərbaycanda gender tendensiyasının başlamasının tarixi daha əvvələ gedir. Bu özünü ilk növbədə 19-cu əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra ictimai həyata xeyriyyəçi kimi qatılması ilə göstərib. 1917-ci ilin oktyabrında Bakıda Müsavat Partiyasının ilk birləşdirici qurultayında partiyanın proqramı qəbul edilib. Proqramda həm də cinsindən, partiya mənsubiyyətindən asılı olmayaraq hamının bərabərliyi, azad və bərabər əsaslarla təhsil hüququ nəzərdə tutulurdu.
1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cumhuriyyəti həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb. O zaman belə bərabərliyə nəinki Şərq, bir çox Avropa dövlətləri belə həsəd apara bilərdi. Araşdırmalar göstərir ki, Cumhuriyyət dövründə hüquqi təməli qoyulmuş gender bərabərliyi prinsipi sovet dövrü ərzində həm hüquqi, həm də real baxımdan əksər hallarda həyata keçirilib. Qadının kişilərlə bərabər azadlığı, hüququ, imkanı, təhsili problemi həllini tapıb. Amma o dövrün ideologiyası, istər-istəməz, qadınların tam olaraq potensialının üzə çıxmasına mane olub. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olunması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Azərbaycanın Konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulub. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin(indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması varədə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamlar verib. 2000-ci ildə ölkə başçısı "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir. 2006-cı ildə ölkədə "Gender bərabərliyinin təminatları haqqında" Qanun qəbul edilib.
Xatırladaq ki, bu qanun Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrıseçkiliyi qadağan edir və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrıseçkilik anlayışı tətbiq olunur. Qanunda deyilir ki, cinsi mənsubiyyətə görə ayrıseçkilik seksual qısnamalar, cinsi mənsubiyyətə görə fərq qoyma, hansısa istisnalar və ya üstünlük verilməsi, cinsi mənsubiyyətə görə haqların sıxışdırılması və inkar edilməsidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məlum məsələ ilə bağlı bildirib ki, Azərbaycanda "Gender bərabərliyi haqqında" Qanun 2006-cı ildə qəbul olunub. Bu qanuna görə, Azərbaycanın, demək olar, bütün qanunvericiliyi gender ekspertizasından keçirildi. Bu gün Azərbaycanın dövlət büdcəsində gender məsələlərinə görə xüsusi maddə ayrılır. Biz bir çox beynəlxalq tədbirlərdə iştirak edirik, başqa dövlətlərin təcrübəsini öyrənirik: "O dövlətlərin hətta çox inkişaf etmişlərindən Azərbaycan bu sahədə çox fərqlənir. Qanunu qəbul etmək olar. Amma onun işləməsi, yerinə yetirilməsi ən önəmli məsələdir. Bəzən qanun qəbul olunur, amma illərlə qalır və qanunu yada salan olmur. Bəzən isə yazılmayan qanunlar olur. Gender bərabərliyi qanunu bizə çox lazımdır".
S.Qəhrəmanovanın sözlərinə görə, mahiyyətinə varanda görürük ki, gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil: "Termin yenidir. Amma biz tariximizə nəzər salsaq, ailədə qadına olan münasibət, kişiyə olan münasibət, ədəb-ərkan, ehtiram məhz Azərbaycan ailəsində formalaşan milli dəyərlərdir. Sadəcə illər ötdükcə sovet dövründə ayrı münasibətlər formalaşdı. İndi demokratik dövlətdə yaşayırıq, bir çox insanlar Avropa dəyərlərini öz ailələrinə gətirir və bəzən bununla gender bərabərliyinə yox, əksinə, bərabərsizliyə yol açırlar.
Ona görə də bu gün gender bərabərliyinin təminatında qanundan daha çox insanları buna hazırlamağa, yəni maarifləndirməyə böyük ehtiyac var. Bu gün hökumət, qeyri-hökumət təşkilatları insanlarla daha yaxın münasibətdə olmalı, gender bərabərliyi nədir və bizə nə üçün lazımdır kimi suallara cavab tapmaqda onlara kömək etməlidir. Bəzən qadın olduğuna görə qadın irəli çəkilir və sonra nə baş verir? Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Sovet dövründə qadınların irəli çəkilməsi böyük bir sistem idi və bu sistemlə kadrlar hazırlanırdı. Bu gün də o hazırlıq prosesi gedir. Deməzdim ki, indi kadrlarımız yoxdur. Bu gün Azərbaycan qadınları çox fəaldır, istər QHT-lər, istər müvafiq dövlət qurumlarında onlar öz fəallığını göstərir".
Onu da xatırladaq ki, 2008-ci ildə keçirilmiş Beynəlxalq İqtisadi Forumun nəticələrinə görə, Azərbaycan qadın və kişilərin hüquq bərabərliyinin səviyyəsi üzrə dünya ölkələri arasında 61-ci yeri tutub. Ötən illərin göstəricilərinə görə isə, Azərbaycan iki pillə yuxarıda qərar tutub. Hazırda Azərbaycanda icra başçısı müavini olan qadınların sayında artım hiss olunur. Qadın millət vəkillərinin sayı isə təxminən 20-dən artıqdır. Parlamentin vitse-spikeri və komitə sədrlərindən biri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır, 4 nazir müavini, MSK üzvləri, DSK sədrləri arasında da qadınlar var. Daxili İşlər Nazirliyi strukturlarında 600 nəfərdən artıq qadın çalışır, onların 219-nun zabit rütbəsi var. Zabit rütbəsi olan 19 nəfər qadın rəhbər vəzifə sahibidir.
Qeyd edək ki, qadınların vətəndaş kimi ictimai həyatın müxtəlif sahələrində cinsi ayrıseçkiliyə məruz qalması, hüquqlarını yetərincə bilməməsi BMT-nin də diqqətində olub. Nəticədə Baş Məclisin 34 /180 saylı, 18 dekabr 1979-cu il tarixli qətnaməsi qəbul edilib. 1981-ci il sentyabrın 3-də "Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiya (CEDAW) qüvvəyə minib.
Hər bir ölkə media və reklamlarda gender bərabərliyinin təmin edilməsini müxtəlif üsullarla reallaşdırır. Məsələn: Xorvatiyada mediada yanlış gender stereotiplərinə qarşı mübarizə aparmaq məqsədilə 2006-cı ildə meydana gəlmiş media xeyriyyəçi heyəti yaradıldı və dövlətin maliyyə dəstəyi ilə bir müddət mediada yayımlanan məqalələrin təhlili aparıldı. Norveçdə cinslərin hüquq bərabərliyi prinsiplərini pozan reklamlar marketinq haqqında qanunun ilk maddəsi ilə qadağan edilir. ABŞ-da reklam fəaliyyətinin müşahidəsi ilə bağlı milli şura fəaliyyət göstərir, onun əsas işi qadınlara qarşı ayrıseçkiliyi, reklamlarda qadınların mənfi təsvirini araşdırmaqdır. İspaniyada 1994-cü ildə yaradılmış hökumət proqramının əsas məqsədi isə KİV-də və reklamlarda qadın stereotiplərini dəyişmək, onların "seksual obyekt" kimi təqdimatına son qoymaqdır.
1996-cı ilin aprelində Avropa Birliyinin qəbul etdiyi "Reklam və KİV-də qadın obrazı haqqında" adlı qətnaməsi qurumun üzv ölkələri üçün bir çağırış rolunu oynadı.
Mediada qadınlara qarşı ayrıseçkiliyin olması bir sıra amillərlə izah edilir. Gender və qadın problemləri ilə bağlı kifayət qədər bilgilərin olmaması, mövzuya yanlış mövqedən yanaşılması, yanlış gender stereotiplərinin formalaşması, kişilərlə müqayisədə qadınların mediada daha çox qınaq obyekti kimi təsviri və s. Lakin medianın bu problemləri aradan qaldırmaq üçün kifayət qədər imkanları var. Ekspertlər bu problemləri aradan qaldırmaq üçün bu cür xarakterizə edirlər:
- jurnalistlər üçün gender bərabərliyinin təminatı ilə bağlı seminar və təlimlərin keçirilməsi. Bu istiqamətdə medianın müntəzəm monitorinqinin aparılması və nəticənin ictimaiyyətə açıqlanması;
- KİV materiallarında cinsi ayrıseçkiliyə yol verən ifadələrdən qaçılması. Məsələn: "kişi sürücü", "kişi həkim" demədiyimiz kimi "qadın sürücü", "qadın həkim" kimi yersiz ifadələrin işlənməsindən uzaq durmaq;
- cəmiyyətdə gender bərabərliyinə mane olan mental dəyərlərə qarşı müxtəlif bölgələrdə iş aparılması. Bu silsilə tədbirlərin KİV-in diqqət mərkəzində olması;
- cəmiyyətin müxtəlif sferalarında (siyasət, iqtisadiyyat, idman, ordu) uğur qazanmış və cəmiyyətə örnək ola bilən qadınların uğur hekayələrinə daha çox yer ayrılması.
- qadın hüquqları, gender məsələləri ilə məşğul olan QHT-lərlə medianın əməkdaşlığının güclənməsi;
- medianın gender siyasəti ilə bağlı qaydalar toplusunun hazırlanması;
- redaksiyalarda işçilər arasında gender bərabərliyinin təmin edilməsinə nəzarət;
- mediada, demək olar ki, işıqlandırılmayan və azlıqda qalan qadın qruplarının araşdırılması, onların həyatının işıqlandırılması (ahıl, əlil, məhkum qadınlar və b);
- gender bərabərliyinin qanunvericilikdə qəbul edilən bütün hüquqi aktlarda əksini tapması;
- qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılmasına yönələn sosial reklam və qısametrajlı filmlərin çəkilməsi;
- TV və radioda genderlə bağlı ayrıca debat və verilişlərin təşkili.
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ