Ebola virusundan ölənlərin sayı 6928-ə çatıb, xəstəliyə yoluxanların sayı isə hazırda 16 200 nəfər təşkil edir. APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında deyilir.
Ebola virusundan ən çox zərər çəkən ölkə Liberiyadır. Orada 7 200 yoluxma və 4 200 ölüm halı qeydə alınıb. Sierra-Leonedə xəstəliyə 6 800 yoluxub, 1 400 nəfər ölüb, Qvineyada 2 100 nəfər xəstələnib, 1300 nəfər həyatını itirib.