"Son 7 gündə ölkə ərazisində 321 sürücü pərdə və plyonkadan istifadə etdiyinə görə cərimələnib".
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev APA-nın sorğusuna cavabında bildirib ki, pərdə və plyonkaların istifadəsi qanunla nəzərdə tutulan icazə müddətinin bitdiyi vaxtdan, yəni noyabrın 16-dan bu günə qədər respublika ərazisində 321 sürücü pərdə və plyonkalardan istifadə etdiyinə görə cəzalanıb. Baş verən qanun pozuntularının 159-u paytaxt Bakının payında düşür.