Böyük Britaniya Hərbi Hava Qüvvələri payız aylarında Kiprin Yunanıstana aid hissəsində yerləşən “Ağrotur” bazasına 121 ədəd F-35B tipli qırıcılar göndərəcək.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Britaniyaya aid 121 döyüş təyyarəsinin Kiprə göndərilməsi ilə bağlı aprelin 4-də Londonda Yunanıstan müdafiə naziri Savvas Angelidis və britaniyalı həmkarı Gavin Uilliamson arasında memorandum imzalanıb.
İki nazirin memorandum imzalanmasından sonra F-35B döyüş təyyarələrinin Kiprə göndərilməsinə qərar verilib.
Yunan mediası yazır ki, döyüş təyyarələri başda Suriya olmaqla, Orta Şərqdəki əməliyyatlarda aktiv olaraq istifadə edilən “Ağrotur” bazasına yerləşdiriləcək. Qırıcılar bazaya payızda göndəriləcək.
Qeyd edək ki, sözügedən bölgədə enerji sahəsində dərin gərginlik yaşanır. ABŞ və İsrailin dəstəyi ilə Cənubi Kipr ilə Türkiyə arasında Şimali Aralıq dənizində enerji qaynaqları ilə bağlı anlaşmazlıq hökm sürür.