Bazar günü günü, 08 noyabr 2026
     

Fransız texnologiyası, Azərbaycan gerçəkliyi və Prezidentin canlı təmaslarından “partlayış” gözləyənlər... - Aydın QULİYEV yazır

Image


Azərbaycanda aylardır həyata keçirilən kütləvi təsirli sosial addımların, islahatların, cinayət və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı tədbirlərin son nəticələrini izləyən təkcə bizlər deyilmişik. Bizim ölkəmizdə gedən prosesi xaricdən də diqqətlə izləyirlər. Axı Azərbaycan onların bir qismi üçün dost olsa da, başqa qismi bizi dost ölkə saymır, pisimizi də, yaxşımızı da təhlil etməyə səy göstərir.

Maraqlı dairələr xeyli rəngarəngdir – dövlət və siyasi xadimlərdən başlamış vətəndaş cəmiyyətlərinə və hətta adi turistlərədək... Təbii ki, dünyanın məşhur rəy-sorğu mərkəzlərinin də bu sırada yeri var. Hansılara ki, müxtəlif ölkələrin siyasi partiya və hərəkatları, dövlət qurumları xüsusi maraq göstərir, onların rəyini öz hədəflərinə doğru gedən yollarda təsirli ideoloji silaha çevirir, həmin rəylərin əsasında milyonlarla insanın düşüncə və siyasi davranışlarını idarə edirlər.

Belə sorğu şirkətlərindən birinin Azərbaycanla bağlı apardığı rəy araşdırmasının nəticələrinə baxmaq kifayətdir ki, ölkəmizdə son bir ildə, yəni Prezident seçkilərindən sonra görülmüş işlərin həm öz xalqımız, həm də dünya müşahidəçiləri tərəfindən nə qədər diqqətlə izləndiyinin şahidi olaq. Necə deyərlər, bir ildə Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar nəticəsində həssas sosial qruplar dövlətdən daha güclü maliyyə dəstəyi, sahibkarlar və biznes strukturları daha səmərəli və təminatlı iş mühiti, insanlar daha geniş məşğulluq sferası əldə ediblərsə, Fransanın məşhur rəy-sorğu şirkəti olan “Opinion Vey” isə bu gün dünyanın və xalqımızın diqqətini yenidən İlham Əliyevin fəaliyyətinə yönəldən rəqəmlər əldə etdi...

Əlbəttə, bir sıra maraqlı təhlillərin aparılması üçün həmin rəqəmlər bizdən ötrü xüsusilə əhəmiyyətlidir.  Fransanın tanınmış şirkəti bu ilin fevral-mart aylarında, Naxçıvan MR istisna olmaqla, Azərbaycanın hər yerindən çoxmərhələli seçmə qaydasında cəlb etdiyi 2000 respondent arasında apardığı rəy sorğusunun nəticələrini geniş şəkildə təqdim etdi. Bunlar sadəcə quru rəqəmlər yox, dünya ölkələrinin mütləq çoxunun “qazan kimi qaynadığı” bir vaxtda Azərbaycandakı sabitliyi, iqtisadi inkişaf, artan rifah və dərinləşən islahatları özündə saxlayan canlı və məzmunlu hadisələrdir.

Sorğunun ən mühüm nəticələrindən biri Azərbaycandakı möhkəm və davamlı siyasi sabitliyin köklərini və səbəblərini dəqiq göstərməsidir. Dünyanın dörddə üçünün bu gün daxili sarsıntı və təlatümlər yaşadığını nəzərə alsaq, Azərbaycanda sabitliyin çox illərdən bəri pozulmayan bir siyasi gerçəklik olmasının neçə yüz milyonlarla insan üçün qiymətli məlumat olacağını əminliklə demək olar. Respondentlərin 80 faizdən çoxunun mövcud sabitliyi İlham Əliyevin fəaliyyətinin birbaşa nəticəsi sayması real qənaət olmaqla bərabər, həm də maraqlı ölkələr üçün öyrəniləsi təcrübə nümunəsidir. Azərbaycan Prezidentinin son bir ildəki fəaliyyətini müsbət qiymətləndirən 85 faiz respondent bu qənaətə ümumiləşmiş məntiqi mühakimələrlə yox, konkret sahələr üzrə aparılmış işlərin təhlili nəticəsində gəlib. Məsələn, əgər Prezidentin kadr islahatlarını, struktur islahatlarını, korrupsiya ilə mübarizə tədbirlərini, regionların inkişaf proqramlarını, xarici siyasətini, seçkiqabağı vədlərin icra vəziyyətini təhlil etmədən deyilən qənaətə gəlinmiş olsaydı, respondentlərin rəyini ümumiləşmiş saymaq olardı. Məsələ burasındadır ki, Prezidentin bir illik işini məqbul qiymətləndirən 85 faiz respondentin bir sıra konkret istiqamətlər üzrə xüsusi müşahidələr apardıqdan sonra nəticə çıxardığı göz qabağındadır.

95 faiz iştirakçının Azərbaycan Prezidentinin sosial-iqtisadi sahədə apardığı islahatları məqbul qiymətləndirməsi də təsadüfi nəticə deyil. Azərbaycanda rəyi soruşulanların nə qədər dəqiq düşündüyünə əmin olmaq üçün, xüsusilə son bir ildə ölkədəki islahatlar barədə tərtib olunmuş başqa bir sıra beynəlxalq reytinq göstəricilərini yada salmaq kifayətdir. Yəni Prezidentin islahatlarına müsbət qiymət verən  95 faiz respondent həm öz müşahidələrini ortaya qoyur, həm də beynəlxalq reytinq tərtibçilərinin doğru yolda olduqlarını təqdiqləyir.

Rəy sorğusunda digər bir neçə maraqlı istiqamət üzrə yekun rəylərlə tanış olduqdan sonra belə bir sualın da cavabının sərrast tapıldığına əminlik yaranır: “Prezident bir il əvvəl xalqa verdiyi seçkiqabağı vədləri doğrulda bildimi?” Bu sualın da sərrast cavabı 2000 nəfər azərbaycanlı respondentlə Fransa şirkətinin birgə yaradıcılıq məhsulu olan sorğu sənədinin içindədir. Ancaq əvvəlcə başqa bir neçə konkret istiqamət üzrə də rəy sorğusunun nəticələrinə diqqət yetirək.

İstənilən bir ölkənin timsalında korrupsiyanın nə qədər çətin problem olduğunu, onun nəticələrinin o qədər də asanlıqla üzə çıxmadığını hər kəs bilir. Ancaq maraqlıdır ki, rəyi soruşulanların 76 faizi Prezidentin bu istiqamətdə göstərdiyi çətin fəaliyyətlərin nəticələrinə real qiymət verməyi bacarıb. Sübuta ehtiyac yoxdur ki, Prezidentin korrupsiya ilə mübarizədə hüquqi-direktiv islahatlar, inzibati və maarifçilik müstəvisində apardığı sistemli fəaliyyətlər nəticə verdiyi üçün cəmiyyətimizin diqqətini cəlb edib.

Sorğunun bu istiqamətdəki nəticələrini müxtəlif beynəlxalq strukturlarda, o cümlədən Avropa Şurası sistemində Azərbaycana və şəxsən Prezidentə qarşı çox dəfələrlə uğursuz korrupsiya hekayələri uydurmuş rüşvətxor lobbistlərə və onları “saxta faktlarla” təchiz edən bəzi dönük soydaşlara sərrast zərbə də saymaq olar. Paradoksa baxın - onların iyrənc oyun ssenarilərinin içində “korrupsiya” dedikləri işləri Azərbaycan xalqı dəstəklə qarşılayır.

Son bir ildə Prezidentin islahatlarının çox aydın mənzərəsində bir neçə istiqamət aşkar seçilir. Bunlar struktur islahatları, geniş sosial müdafiə islahatları, Prezidentin özünün cəmiyyətlə münasibətlərinin canlı təmaslar formasında yeni məzmun kəsb etməsi kimi şərti qruplara ayrıla bilər. Maraqlıdır ki, Prezident-cəmiyyət təmaslarının yeni, həm də özünü doğruldan forma və məzmun alması da rəyi soruşulan 2000 nəfərin diqqətindən yayınmayıb. Onların rəyinə əsaslanaraq demək olar ki, əhalinin 90 faizdən çoxu Prezidentin vətəndaşlarla, xüsusən bölgələrdə canlı təmaslarından, açıq söhbətlər aparmasından məmnundur. 90 faiz əhali Prezidentin canlı təmaslarına niyə bu qədər önəm verdiyini sorğuda da göstərdi. Öyrədilmiş, seçmə qaydada gətirilmiş, hamının girişi üçün imkanların olmadığı toplumlarla Prezidentin görüşünün effekti başqa, təbii və qadağalarsız axınla gəlmiş insanların Prezidentlə görüşünün başqa-başqa effektləri var. Şamaxıda, Ağsuda, İsmayıllıda bircə fakt ortaya çıxmadı ki, məni Prezidentlə görüşə getməyə qoymadılar, məktub təqdim  etməyə imkan vermədilər, ya Prezidentlə görüşə can atan kimisə polisə apardılar, ya da kimsə Prezidentlə görüşməkdən zorla məhrum edildiyi üçün özünü yandıracağı, Özünü Prezidentin maşınının altına atacağı ilə hədələdi və sair. Canlı təmas görüşlərində hər şey açıq və sərbəst olduğundan, sovet dövrü rəhbərlərinin bölgə səfərləri üçün xarakterik olan belə “Siyasi əyalət dramları” ilə rastlaşmadıq. Prezident hər kəsi öz qiyafəsində, öz düşüncəsində görə bildi, insanlar isə Prezidentdən uzaq qaçmağa, haqq-nahaq hər bir hadisə üçün onun “kölgəsini qılınclamağa” ehtiyac olmadığını bildilər, Prezidentə məkan və əqidəcə yaxın olduqca hər bir problemin həllinin asanlaşdığına əmin oldular.

İllər idi ki, bir sıra məlum təbliğat mərkəzləri bölgələrdə insanların işsizlik və səfalətdən, ehtiyacdan, yoxsulluqdan guya əzab çəkdiyini aləmə car çəkir, belə gerçəklik qarşısında Prezidentin bölgə insanlarının arasına heç vaxt getməyəcəyinə sanki əminliklə meydan oxuyur, “gedə bilməz, xalqın arasına çıxa bilməz” kimi mesajlarla Prezidentin üzərində psixoloji üstünlük qazanmağa çalışırdılar. Prezidentlə bölgə əhalisi arasında böyük bir uçurumun mövcudluğuna inam onları elə bir eyforiyaya salmışdı ki, rayonlarda Prezidentlə sakinlər arasında gərgin qarşıdurma səhnələrinin belə yaşanacağını sadəlövhlüklə gözləyirdilər. Nəticədə nəyin baş verdiyinə təkrar geniş qayıtmırıq. İndiyə qədər ancaq seçkidə baş vermiş cəmiyyət-Prezident birləşməsinin qutulardan kənar canlı birləşmə variantının da şahidi olduq. Prezident yeni formatlı ünsiyyətlə bəzi məmurları xalqın qəzəbindən xilas etdi, insanların isə, məhz həmin məmurların sayəsində illərdən bəri müşkülə dönmüş hansısa probleminə qapı açdı. Bütün bu jestlərə qarşılıq olaraq xalqımız öz qədirbilənliyini sorğunun nəticələrində ortaya qoydu.

Prezidentin xarici siyasətinə cəmiyyətimizin 2000 respondent vasitəsilə göstərdiyi münasibətin də strateji, dövlətçilik və ümummilli əhəmiyyəti var. 90 faiz rəyi soruşulan şəxslər Prezidentin xarici siyasətinə müsbət qiymət verib. Heç şübhə yoxdur ki, bu qiymət həm də xalqımızın Qarabağ probleminin tam həllinin nə qədər mürəkkəb iş olduğunu dərk etməsinin ifadəsidir. Odur ki, hələ problemin tam həll edilmədiyi indiki şəraitdə Prezidentin xarici siyasətinin dəqiq və praqmatik olduğuna bir neçə tutarlı arqumentə söykənərək müsbət rəy verir. Yəni meydanlarda populistlik edərək “Qarabağ problemini qısa müddətdə tam həll edəcəyini” məsuliyyətsizcəsinə bəyan edən bəzi siyasi liderlərdən fərqli və ağıllı düşünür. Hesab edir ki, çox mürəkkəb regional və geosiyasi vəziyyətdə İlham əliyev Ermənistanın təcridini tam başa çatdırıbsa, dünya onun təcavüzkar olduğunu yəqin edibsə, status-kvonun dəyişməsi məsələsində dünya birliyi tam Azərbaycanın tərəfindədirsə, saysız beynəlxalq tədbirlər Bakıda keçirsə, Rusiya və NATO-nun ali hərbi rəhbərləri Bakıda – İlham Əliyevin siyasi məkanında görüşürsə, dünyada neft qiymətlərinin stabilləşməsində Azərbaycan Prezidentinin mülahizələri dəqiq resept kimi qəbul edilirsə, belə siyasətin nəticələrinə başqa qiymət vermək siyasi olaraq səhv və qərəzli, mənəvi olaraq haqsızlıqdır.

İndi qayıdaq İlham Əliyevin 11 aprel 2018-ci il prezident seçkiləri ərəfəsində xalqa verdiyi vədlərin praktik icra vəziyyəti barədə sorğu iştirakçılarının rəyinə...

Respondentlərin 76 faizi suala müsbət cavab verib. Cavabın məntiqli olduğuna şübhə, təbii ki, ola bilməz. Əgər Prezident sabitliyin əsas təminatçısı kimi etiraf edilirsə, aparılan sosial-iqtisadi islahatlar məqbul sayılırsa, korrupsiya ilə mübarizəyə etimad göstərilirsə, ölkənin yeni iqtisadi modelə keçidi artan iqtisadi rəqəmlərlə təsdiqlənirsə, ölkə Prezidenti hər hansı bir kompleks hiss etmədən öz iradəsi əsasında görüşə gəlmiş minlərlə rayon sakini ilə birbaşa canlı dialoqa gedirsə, bütün bunların bir mənası var – Prezident xalqa verdiyi seçki vədlərini yerinə yetirdiyinə inanır və insanlar da buna əmin olduqlarını canlı təmaslarda göstərirlər.

Beləliklə, fransız şirkətinin rəy sorğusu ümumilikdə sabitlik və inkişaf axtaran bütün ölkələr üçün Azərbaycan reallığına söykənən model təqdim etdi – möhkəm sabitlik üzərində islahatları, iqtisadi inkişafı, artan rifahı, nəticəli xarici siyasəti və ölkənin coğrafi-tranzit imkanlarını bir araya gətirməyi bacaran Prezidentin öz vədlərini doğrultmaq nümunəsi yaratması tam məntiqli NƏTİCƏdir...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ