Bazar günü günü, 08 noyabr 2026
     

Ordumuz Ermənistana yeni aprel dərsləri keçməli olacaq...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi Azərbaycanın, konfliktdə vasitəçilik edənlərin maraq dairəsində olsa da, Ermənistan rəsmilərinin açıqlamaları İrəvanda bu xüsusda qeyri-müəyyənlik hökm sürdüyünü göstərir. Digər tərəfdən, erməni rəsmilərinin açılqlamaları problemin hərbi müstəvidə həlli ehtimalını da əhəmiyyətli dərəcədə artırır. Halbuki, məsələ güc yolu ilə çözüləcəyi təqdirdə Azərbaycanın düşmən üzərində qısa zaman kəsiyində böyük müvəffəqiyyətə imza atacağını qarşı tərəfdə də yaxşı bilirlər.

Bütün bunlara rəğmən, Ermənistanın müdafiə naziri David Tonoyanın sərsəm bəyanatları yeni savaşı körükləyən hal kimi çıxış edir.

Qeyd edək ki, erməni nazir  yenidən Azərbaycanın yeni ərazilərinin işğal ediləcəyi barədə hədələyici bəyanatla çıxış edib. Tonoyan “Mediamaks” agentliyinə müsahibəsində “rəqibin arxa cəbhəsinə keçib xaos yaratmağa” hazırlaşan hücum bölmələri barədə danışıb. Xatırladaq ki, bundan əvvəl də Nyu-Yorkda erməni icması qarşısında çıxışı zamanı “yeni ərazilərin işğalı üçün yeni müharibə” formuluna keçdiklərini elan etmişdi. Tonoyanın bu sərsəm bəyanatına müdafiə naziri Zakir Həsənov AzTV-yə müsahibəsində cavab verərək  bildirmişdi ki, artıq 90-cı illər deyil və ermənilərin yeni torpaqlar tutmaq üçün hücuma keçməsini səbrsizliklə gözləyir: “O zaman biz Tonoyanla, yəqin ki, İrəvanda rastlaşmalı olardıq”. Bundan nəticə çıxaran Tonoyan bildirdi ki, onlar müharibə arzulamır: “Azərbaycanın hərbi-siyasi rəhbərliyi ordunu sülhə hazırlamalıdır”. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı isə buna cavab olaraq diqqətə çatdırdı ki, ordumuz sülhə yox, savaşa hazırdır: “Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır… Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan ordusu sülhə yox, müharibəyə hazırdır”.

Azərbaycanın bu xəbərdarlıqlarından lazımi nəticə çıxarmayan Tonoyan yenidən bəyan edir ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, o zaman erməni silahlı qüvvələri “təkcə B nöqtəsinə deyil, C, D, E nöqtələrinə də zərbə endirəcək”. Məsələyə yenidən münasibət bildirən  polkovnik Vaqif Dərgahlı qeyd edir ki, Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir:  “Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi İrəvanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və David Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin səsləndirdikləri  müharibə hədəsi ilə dolu təhdidləri ciddi qəbul etməyən Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”.

Baş verənləri şərh edən Rusiyanın “reqnum“ portalı da yazır ki, Ermənistanın hərbi müstəvidə Azərbaycan qarşısında özünü öyməsi sadəcə gülüncdür: “Bu günlərdə Ermənistanın hökumət başçısının mətbuat xidməti, Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiə naziri David Tonoyanla birlikdə Gümrü şəhərinə gedərkən bu şəhərdə yerləşən Rusiya Müdafiə Nazirliyinin 102-ci hərbi bazasını ziyarət etdiyi barədə məlumat verdi. Bazanın komandanlığı Ermənistanın baş nazirinə Rusiya hərbi qulluqçuları üçün yaradılan həyat və peşə fəaliyyəti şəraitini təqdim etdi. Nikol Paşinyan hərbi bazanın muzeyini ziyarət edərək təqdim edilən eksponatlarla tanış oldu, fəxri qonaq kitabına qeydlər etdi və sonra Rusiya Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsinin xarici obyektinin ərazisində fəaliyyət göstərən kilsəyə yollandı.
Bu məlumatda Rusiya hərbi bazasının rəhbərliyinin baş nazir və müdafiə nazirinə təqdim etdikləri infrastruktur obyektlərinin siyahısı diqqəti cəlb edir, onlara hamam, əsgər klubu, muzey və kilsəni, qısacası, əsgərə qürbətdə olmadığı halda çox çətin olan hər şey göstərildi. Eyni zamanda, bu səfər zamanı Paşinyan və Tonoyana qərargah, idarəetmə və kommunikasiya kompleksi, döyüş texnikalarının saxlama məntəqələri, poliqonlar, təlim sinifləri, arsenallar, yeni silahlar və hər hansı bir özünə hörmət edən hərbçinin, xüsusilə zabit və komandirin qürur məsələsi hesab edilən obyektlərlə tanış olması barədə bir kəlmə də məlumat yoxdur. Buna görə də təəssürat yarandı ki, hərbi baza komandanlığı Cənubi Qafqazda Rusiyanın acılı müttəfiqinə əyani nümunə ilə göstərmək istəyirdi ki, əsgərlər dövlət və onun təyin etdiyi hərbi hakimiyyət tərəfindən özlərinə elementar hörməti qaytarmaq üçün bu yaxınlarda erməni ordusunda baş verən növbəti qalmaqalın tərkib hissəsi kimi komandirlərinə qarşı üsyan etməyə və ya nümayiş keçirməyə məcbur olan ikinci və ya üçüncü növ insanlar kimi deyil, hərbi formada olsalar belə özlərini insan kimi hiss etmək üçün hansı şəraitdə yaşamalıdır.
Rus hərbçiləri Paşinyan və Tonoyana özünə və öz vətəndaşlarına hörmət edən hakimiyyətin müdafiəçilərinə qarşı necə davranmaları və onların normal həyat və uğurlu xidməti üçün hansı şərait yaratmalı olduğu barədə master klass nümayiş etdirdilər.  Aydındır ki, erməni ordusu buradakı zabit və əsgərlərin həyat keyfiyyəti standartlarından Ağrıya olduğu qədər uzaqdır, yəni ora heç vaxt çata bilməzlər, yüksək tonlu, lakin uşaq beşiyindəki oyuncaq kimi içi boş siyasi bir bəyanatla çıxış edtdiyiniz zaman təmamilə gülməli görünməmək üçün onlar barədə heç olmasa adekvat təsəvvürə malik olmaq vacibdir. Paşinyan və Tonoyanın Gümrüdəki rus hərbi bazasına səfərinin məzmunu, xüsusilə Ermənistan ordusunun Azərbaycana qarşı yeni təcavüzkar müharibəyə və yeni ərazilərin ələ keçirilməsinə hazır olduğunu vurğulayan Ermənistan müdafiə nazirinin ABŞ-dakı son bəyanatı fonunda gülünc görünür. Ermənistanın siyasi elitası erməni əsgərinin necə təchiz edilməsini və yuyunmasını təsəvvür etmirsə, onun Azərbaycana qarşı yeni müharibədə ölməyə hazır olmağından necə danışa bilər? Baxmayaraq ki, bəzi erməni əsgərləri üçün döyüş meydanında erkən ölüm kazarmalardakı heyvan kimi yaşayışa yaxşı alternativ kimi görünə bilər. Göründüyü kimi, Ermənistan baş naziri və müdafiə naziri Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində Gümrüdəki 102-ci bazada müvəffəqiyyətlə ordu karantin ekspress kursunu müvəffəqiyyətlə keçiblər, onları burada şəxsi gigiyena vasitələrindən istifadə etməyi və əsgərin gündəlik həyatında çox əhəmiyyətli olan digər məsələləri (məsələn, boyunağı tikmək) öyrədiblər ki, onlar yeni əldə etdikləri bilikləri erməni silahlı qüvvələrini modernləşdirməsi və Azərbaycana qarşı yeni döyüşlərdə hazırlamaq üçün istifadə edə bilsinlər. Hər kəs əsgəri çəkmə geyməyi öyrənə bilməz, amma hər kəs rahat divanda oturaraq ətirli Azərbaycan çayı ilə müharibə haqqında müzakirə apara bilər. Bu baxımdan, "Baharın 17 anı" filmindən bir epizod yaddaşda canlanır, Müller rolunu ifa edən Leonard Bronevoy əfsanəvi fraza işlədir: "Bizim rəhbərlərimiz bəzən gündəlik iş praktikası olmadığı üçün özlərinin fantaziyaya qapılmasına imkan verirlər. Rəhbər göstərişlərini isə sirkdə əhilləşdirilən meymun da verə bilər. Cənab Tonoyana isə sovet tərbiyəsinin olmaması səbəbindən bu boşluğu doldurmaq və ordunun əsgərləri üçün kifayət qədər alt paltarı olmadığı zaman müharibəni qazanmaq haqqında danışmağın əxlaqsız və mənəviyyatsız addım olduğunu başa düşməsi vacibdir. Gümrüdəki Rusiya hərbi bazasını ziyarət etdikdən sonra nəhayət bunu başa düşdüyünə ümid edirik". Rusiya portalında səslənən bu fikirləri “İnsan haqları naminə jurnalistlər” ictimai təşkilatının sədri Janna Aleksanyan və Helsinki assosiyasiyasının vəkili Ara Qaraqözyan da bölüşür. Ara Qaraqözyan  konkrert olaraq əsgər Artur Hakobyanla bağlı baş verən hadisəni xatırlatmaqla qeyd edib ki, cinayət işi uzun müddətdir davam edir: “Artur iddia edir ki, 1 ildən artıq xidmət etdiyi dövr ərzində mütəmadi olaraq işgəncələr nəticəsində psixi sağlamlıq problemləri əmələ gəlib. Onu Kanazdakı hospitala təxliyyə edib, daha sonra tərxis ediblər. Kassssiya məhkəməsinin qərarından sonra prokurorluq işi yenidən açdı. Lakin prokurordan mənə daxil olan cavabda bildirilir ki, mənim iddiam əsassızdır və cinayət işini xüsusi istintaq xidmətinə göndərilməsi rədd edilir”.
O əmindir ki, kassasiya qərarından sonra yenə də cinayət işini gizlətməyə, ört-basdır etməyə çalışırlar.  Bildirilir ki, Artur Hakobyanın xəstəliyi irsidir. Belə olan halda onu necə orduya aparmaqları barədə yaranan suala cavab verən yoxdur. İstintaq işini aparan Gorus qarnizonu prokurorluğu bu məsələni araşdırmaq niyyətində deyil. Vəkil Qaragözyan cinayət işinin gizlədilməsi yolu ilə xitam veriləcəyinə əmin olduğunu bildirir.
Janna Aleksanyan da Artur Hakobyanın məsələsinə toxunarkən bildirib ki, hospitalda ona baş çəkərkən pis vəziyyətdə olan Artur Hakobyan fasiləsiz hansısa zabitin adını təkrarlasa da, həmin zabit dindirilməyib. Ermənistan Müdafiə Nazirliyi isə baş verən hadisələrin araşdırılmasında maraqlı deyil, məqsədi zabitlərini məsuliyyətdən yayındırmaqdır. Aleksanyan milliyyətcə yezidi Yuri Broyanın işini xatırlatmaqla qeyd edib ki, hərbi hospitalda olan hərbi qulluqçunun işi yerində sayır: “Heç bir irəliləyiş yoxdur. Həmin hadisəni araşdırmağa başlayarkən heç bir müalicə getmirdi. O danışa bilmirdi, indi müalicə gedir, qismən danışa bilir. Xəstə əsgərlərin səhhətinin bərpa edilməsi üçün hospitalda heç bir ciddi müalicə aparılmır, Müdafiə Nazirliyi maraqlanmır”.
Janna Aleksanyan digər hadisələri yada salaraq, Armen Ozanyanın yüksək təzyiq altında və mərkəzi sinir sistemi pozğunluğu ilə orduya çağırıldığını qeyd edib: “Ermənistan ordusunda baş verən özbaşınalığa, işgəncə və zorakılıq hallarının aradan qaldırılmasına dövlət iradə nümayiş etdirib, orduya diqqət ayırmalıdır, ancaq bunu görmək olmur. Nə qədər qətl və özünəqəsd ola bilər?”. Janna Aleksanyan son zamanlar müşahidə etdiklərinə əsaslanaraq qeyd edir ki, Ermənistan Müdafiə Nazirliyi  təmamilə məsuliyyətdən yayınır: “İnqilabdan sonra təmamilə biganə olublar, inqilab orduya təsir etməyib”. O, belə vəziyyətdə bu ordu ilə Azərbaycanı hədələməyin mənasız bir məşğuliyyət olduğunu da etiraf edib. İndi erməni tərəfini maraqlandıran əsas məsələ bütün bunların ölkə rəsmiləri, əsas etibarı ilə müdafiə naziri tərəfindən nəzərə alınmasıdır. Əks təqdirdə onları Azərbaycan ordusunun başa salması qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ