Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Bildirilir ki, Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.
Görüşdə iki ölkənin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə həmçinin, "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.