çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakının gedişləri Qarabağ məsələsində İrəvanı Moskva ilə Vaşinqtonun təzyiqləri altına saldı

Image


Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdircək Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət bu gün Azərbaycan diplomatiyasının böyük uğuru, işğalçı Ermənistanın isə ciddi məğlubiyyəti sayılır. Çünki real vəziyyət onu göstərir ki, regiona yenidən böyük diqqət və maraqlarını ortaya qoyan ölkələr Azərbaycanla bərabərhüquqlu əsasda yaxınlaşmağa çalışdıqları halda, Ermənistanı öz istəklərinin təmin olunması üçün, belə demək mümkün olarsa, əzməyə hazırdırlar.

Hazırda dünyanın siyasi nizamının müəyyən olunmasında aparıcı söz sahibləri qismində çıxış edən ABŞ və Rusiyanın Ermənistana münasibəti də bunu təsdiqləyir.

Hazırda İrəvanın həm Moskva, həm də Vaşinqtonun böyük təsir və təzyiqləri altında olması özünü kifayət qədər aydın büruzə verir. Bu fonda isə xeyli aktuallaşan məsələlərdən biri məhz  Dağlıq Qarabağ münaqişəsidir. Rusiya və ABŞ-ın, eləcə də işğalçı Ermənistanın ekspert dairələrində verilən açıqlamaların ortaq məğzi bundan ibarətdir ki, Moskva və Vaşinqton İrəvandan zəbt edilmiş ərazilərin tədricən sahibinə qaytarılmasını istəyir. Hətta Nikol Paşinyanın “məxməri inqilab” etməsinə zəruri yardım edən ABŞ-ın bu xüsusda tələblərinin daha sərt xarakter daşıdığı da heç kimə sirr deyil. Bu məsələ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfərindən sonra xeyli dərəcədə aktuallaşıb.

Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hambaryan isə bütün bunlar fonunda yenidən sensasiya sayıla biləcək açıqlama verib. Onun sözlərinə görə, Tramp administrasiyası növbədənkənar parlament seçkisindən sonra Ermənistandan əraziləri qaytarmağı tələb edəcək: “Vaşinqton Qarabağ məsələsində İrəvana təzyiq etməyə hazırlaşır. Con Bolton İrəvanda münaqişənin həlli üçün Ermənistanın mümkün güzəştlər etməsi haqqında danışdı, lakin eyni mövqeni Azərbaycanda sərgiləmədi. Biz Boltonun bu açıqlamasına ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasını başa vuran zaman dediyi “münaqişənin istənilən həll variantı ərazilərin qaytarılması ilə nəticələnəcək” sözləri kontekstində baxsaq, belə görünür ki, Vaşinqton münaqişə tərəflərinə bərabər münasibət göstərmir. Bu onu deməyə əsas verir ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilərindən bir ay sonra (bu, 2019-cu ilin 9 yanvarından sonrakı dövr deməkdir) ABŞ İrəvandan iki şeyi tələb edəcək: birincisi, İranın təcrid edilməsi siyasətinə aktiv şəkildə qoşulmaq, ikincisi, Ermənistanın əraziləri Azərbaycana qaytarması. ABŞ bunun üçün İrəvana təzyiq göstərəcək”. ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Greqori Makris da eyni mövqeni bölüşür və bunu ölkəsinin regiondakı maraqları ilə izah edir: “ABŞ ATƏT ərazisində münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin nizamlanmasını vacib hesab edir. Bununla əlaqədar olaraq ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksək vəzifəli nümayəndələrini Ermənistan və Azərbaycana göndərib. ABŞ bu münaqişənin hərbi yolla həllinin olmaması mövqeyi ilə razıdır. Status-kvo qəbuledilməzdir. ABŞ münaqişənin, Helsinki Yekun Aktında qeyd olunduğu kimi, güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir".

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zaxaryan isə bildirir ki, İrəvanın Qarabağ məsələsinəd ABŞ-a müqavimət imkanları yoxdur: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq edilir. Cənubi Qafqaz tezliklə İran ətrafında baş verən hadisələrin sıçrayacağı meydana çevriləcək. Bu şəraitdə də bəzi qüvvələr təzyiq vasitəsilə Qarabağ münaqişəsini həll etməyə istək göstərir. Amma buna qarşı Ermənistanın resursları hansısa müqavimətə imkan vermir. Ətrafımızda çox sayda təhlükə var. Belə ciddi vəzifələri təcrübəsiz insanlara etibar etmək mümkün deyil. Təcrübəsiz sürücünün taksisinə oturmaq olmaz. Ən yaxşı hal Qarabağ münaqişəsinin dinc həllidir və bunun üçün ən yaxşı variant ”Madrid prinsipləridir”. Beləliklə, ABŞ tərəfindən sərgilənən mövqe bu gün Azərbaycanın mənafeyinə tam cavab verir.

Regionda digər söz sahibi sayılan Rusiya da Ermənistana indi xoş münasibət sərgiləmir. Belə görünür ki, Moskva və İrəvan arasında gərginləşən münasibətlərin bundan sonra da pislşəməsi davam edəcək. Hətta bu vəziyyətdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması, Rusiyanın Ermənistandakı bazasının bağlanması, eləcə də Qarabağ məsələsində İrəvanın Moskva tərəfindən də ciddi şəkildə sıxışdırılmasının gündəmə gəldiyi haqda fikirlər səslənir. Rusiyalı politoloq Stanislav Tarasov bütün bunlara səbəbin İrəvan olduğunu vurğulayır: “Hər şey Paşinyanın Yuri Xaçaturova ittihamlar səsləndirməsilə başladı. Ermənistan bundan nə uddu? Heç nə udmadı, əksinə, uduzdu. Putin Soçidə Paşinyanla görüşü zamanı ona bu haqda dedi. O dedi ki, hələlik tarixlə hesablaşmaq vaxtı deyil. Ermənistan daxilində sizin ürəyinizcə olan insanlar arasında təmizlik aparın, yeni hökumət formalaşdırın, hər şeyi dəyişin, amma Xaçaturov səviyyəsində olan və KTMT-yə üzv 5-6 ölkənin prezidentinin zəmanətilə toxunulmazlığa sahib olan məmurlara toxunmayın. Paşinyan isə Putiən qarşı çıxdı və bu səbəbdən Moskva, Qarabağ məsələsi də daxil olmaqla, digər məsələlərdə daha Ermənistana güzəşt etmək niyyətində deyil”.

“Aykakan Jamanak” qəzetinə müsahibəsində erməni politoloq Stepan Qriqoryan isə bildirir ki, KTMT-də alçaldılan Ermənistan Rusiyanın buradakı hərbi bazasını bağlamalıdır: “ Rusiya öz bazasının qeydinə qalmırsa və onun saxlanması üçün pul xərcləmirsə, demək ki, Ermənistanın təhlükəsizliyinin də qayğısına qalmayacaq. Rusiya bu gün MDB-dəki tərəfdaşları ilə əlaqələri neoimperializm mövqeyindən qurmağa çalışır. Ermənistana yanaşmada bu mövqe tədarük edilən qaz və nüvə yanacağının qiymətinin artırılması ilə müşahidə edilir”. Onun sözlərinə görə, Rusiya yaxın gələcəkdə Qarabağın həlli məsələsində Bakı üçün sərfəli olan mövqeni tuta bilər. O, İrəvanın KTMT-yə ümid etməməli olduğunu və Gürcüstan kimi Vaşinqton və NATO ilə əlaqələrə daha çox diqqət edilməsi gərəkdiyini deyib.

Ermənistan parlamentinin keçmiş spikeri Babken Ararktsyan isə ölkənin yavaş-yavaş Rusiya bazasına çevrildiyini bildirib. Onun sözlərinə görə, İrəvan KTMT ilə bərabər MDB-dən də çıxmalı və dərhal NATO və Avropa İttifaqı istiqamətində inteqrasiya arzusunu dilə gətirməlidir. Ermənistanın Liberal Proqressiv Partiyasının rəhbəri Ovanes Ovanisyan isə KTMT-ni “karlik struktur” adlandırıb: “Dünyada bu təşkilata gülürlər. Ermənistanın yeri KTMT-də yox, sivil ölkələr klubundadır. Biz Gürcüstandakı hadisələri diqqətlə izləməliyik ki, sonradan onlarla birgə NATO-ya üzv olaq”.

 Rusiyanın hərbi-siyasi blokunda rəsmi İrəvanın bundan sonrakı iştirakı ilə bağlı səsləndirilən fikirləri şərh edən gürcü politoloq Vladimir Çxvediani də İrəvanın durumunun ağırlaşdığını vurğulayır. Onun sözlərinə görə, İrəvanın digər KTMT üzvləri ilə qarşıdurması proqnozlaşdırılan kimi başa çatacaq. Belə ki,  Ermənistan kvotası ilə yanaşı, həm də bu təşkilata üzvlüyünü itirəcək: “Ermənistanın KTMT-dan çıxması artıq həll olunmuş məsələdir. Paşinyan sadəcə “qapını bərk çırpmaq” və hər şeydə Rusiyanı günahkar çıxarmaq istəyir”. Politoloq belə bir qarşıdurmanın erməni siyasətinin getdikcə Qərbə doğru daha çox meyillənməsi nəticəsində mümkün olduğunu deyib. Onun fikrincə, hərbi-siyasi blokdan çıxması Ermənistanın müdafiə qabiliyyətinə və əsas ticarət-siyasi tərəfdaşlarının gözündəki imicinə ciddi zərbə vuracaq: “Bu, Ermənistana heç nə verməyəcək. Ancaq Ermənistan artıq müstəqil ölkə deyil. Yeni sahibləri olan  ABŞ əmr verir, ermənilərin yeni hökuməti isə yerinə yetirir. Sabah ABŞ əmr etsə ki, “özünü vur öldür”, Paşinyan bunu da yerinə yetirəcək”. Çxvediani, həmçinin, Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin yüksəlməsinin Bakı ilə hərbi-texniki sahədə yaxın əməkdaşlıqdan daha dərin səbəbləri olduğunu söyləyib: “Erməniləri öz millətçilikləri və ruslarla gürcülərə qarşı nifrətləri birləşdirir. Onlarda dini zəmində nifrət var. Erməni millətçiliyi V əsrdən etibarən pravoslavlığa düşmən olan erməni kilsəsinin ibadətindəki dini köklərə malikdir. Bu inanca ruslar və gürcülər etiqad edir. Pravoslavlar Qərbə nifrət edir – bu isə təbii olaraq ermənilərlə Qərbi müttəfiqə çevirir. Ermənilər Rusiya və Gürcüstanın məhz din düşmənləridir. Onlar öz maraqları naminə bu ölkələrdən istifadə edə bilər, ancaq heç vaxt yaxşılıq etməzlər. Erməni nifrətinin bu dərin əsasları dini məsələlərdən anlamayanlar üçün qaranlıq qalır”. O qeyd edib ki, hələ xristianlığın formalaşma dövründə erməni etiqad qaydaları lənətlənib: “Beləliklə, istənilən sektalar ayrıldığı və vaxtilə xəyanət etdiyi millətlərin müqəddəs dəyərlərini mənimsəməyə cəhd göstərir. Erməni monofizit etiqad qaydaları bu xalqın ruhunu alt-üst eləyib. Onlar bu bidəvaya düşməmiş, həmçinin ermənilər qədər alçaldılmamış, öz dövlətləri olan xalqlara şiddətli şəkildə həsəd aparırlar. Buna görə də ermənilər ruslara və gürcülərə nifrət edirlər ki, necə olur, bizim kimi “böyük”, “qədim” və “mədəni” xristianlara hər kəs tərəfindən xor baxılır, ancaq bu “tənbəl”, avara, vəhşi və düzgün xristian olmayan rus və gürcülər hər şeyə sahib olur?”. Bu fonda Çxvediani Rusiya və Ermənistan arasında ziddiyyətlərin daha da dərinləşəcəyini proqnozlaşdırır. Elə bundan irəli gələrək, Rusiyanın Ermənistanı cəzalandırmaq istiqamətində daha fəal hərəkətə keçməsi də tamamilə gözlənilən sayılır və yuxarıda qeyd olunduğu kimi, bura Dağlıq Qarabağ münaqişəsi də daxildir. Qeyd edilənlərdən artıq bu nəticəyə gəlmək olar ki, yaxın tezlikdə Kreml tərəfindən İrəvana qarşı yeni Qarabağ təzyiqləri işə salınacaq. Artıq aydın görünür ki, Qarabağ münaqişəsi ilə bağlı yeni bir vəziyyət formalaşır. Böyük dövlətlərin bu məsəəlyə diqqəti Azərbaycanın maraqlarına uyğun şəkildə artır. Elə bu da konfliktin həlli istiqamətində önəmli irəliləyişlərin olmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ