çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paşinyan anti-Rusiya siyasətinin “bəhrəsini” çox pis dadacaq

Image


Ermənistan növbədənkənar seçki ərəfəsindədir, buna baxmayaraq, ölkədə davam edən siyasi böhran hələ də davam edir. Bunun isə bir neçə köklü səbəbləri var. Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev işğalçı ölkədə “məxməri inqilab” adlanan qiyamdan sonra hakimiyyətə yiyələnmiş Nikol Paşinyanın anti-Rusiya siyasətini şərh edərkən deyib.

Onun sözlərinə görə, istər N.Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyası, istərsə də yeni yaradılan və ultra radikallığ ilə seçilən “Sasna srer” (“Sasunun ərənləri” – red.) partiyası bütün cəhdlərində Rusiya əleyhinə bəyanatlar yayır, bununla da vassallıq siyasətlərinin Şimaldan Qərbə doğru dəyişdiklərini sübut edirlər: “Xatırlatmaq istərdim ki, “Sasna srer” təmsilçiləri məhz Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvanda silahlı qiyam törədərək, Ermənistanın Rusiyadan asılılığına qarşı polislərin qətlə yetirilməsi ilə nəticələnmiş terror aksiyasını həyata keçirmişdilər. Maraqlısı da budur ki, onların azadlığa buraxılmasında əsas canfəşanlığı da məhz Nikol Paşinyan göstərdi. Gördüyümüz kimi, artıq onlar parlament seçkilərinə partiya qismində qatılmağa hazırlaşırlar. Söz yox ki, Qərbin dəstəyi ilə. Əbəs deyil ki, terror olayına rəhbərlik etmiş, bu gün isə deputat olmağa hazırlaşan “Sasna srer”in lideri, o cümlədən, birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilmiş Jirayr Sefilyan seçkilərlə bağlı keçirdiyi mətbuat konfransında parlamentə keçəcəkləri halda, Rusiya ilə siyasətə yenidən baxılacağı ilə bağlı tələblərlə çıxış edəcəklərini bəyanat olaraq səsləndirib. Misal üçün, İrəvanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqı tərkibindən çıxması, Rusiya hərbi bazalarının ölkədən çıxarılması ətrafında səslənən fikirlərdən də bu cür nəticəyə gəlmək olar ki, artıq bu siyasət onlarda prioritetlik təşkil edir”.

Ekspertin sözlərinə görə, lakin bu da son deyil və Ermənistanda aşırı millətçilik tərəfdarları olanların ölkənin bütövlükdə Rusiyanın təşəbbüsü ilə yaradılan bütün qurumlardan, o cümlədən MDB-dən çıxması ətrafında fikirlər bildirməsinə şübhəsiz ki, Kreml göz yummayacaq. Qərbə yönəlik siyasət ilk növbədə Ermənistanın iqtisadi-siyasi problemlərini artıracaq: “Biz yaxşı bilirik ki, Ermənistanın ayaqda qalmasına əsas dəstək verən faktor yuxarıda adlarını çəkdiyim təşkilatlardır və bu təşkilatlara nəzarət edən Rusiya dövlətidir. O cümlədən, Qərbin şərqə doğru genişlənməsi planında Ermənistanı öz forpostu olaraq seçməsi heç də bu ölkənin resursları ilə əlaqələndirilə bilməz. Çünki Ermənistanda mövcud olan iqtisadi tənəzzül bu ölkənin iqtisadiyyatının yenidən ayağa qalxması üçün heç bir üstünlük verə bilməz. Daha doğrusu, Ermənistanın çökmüş iqtisadiyyatının bərpası üçün bundan sonra yüz illər və milyardlarla dollar sərmayə lazımdır. Əlbəttə, Qərb bunu etməyəcək. Qərbə qeyd etdiyim kimi, sadəcə, regiona nəzarət etmək lazımdır və Ermənistan da bunun üçün bir oyuncaq vasitədir. Biz bu gün eyni vəziyyəti Ukraynada da görürük. Lakin Ermənistan Ukraynadan fərqli olaraq daha ağır durumdadır. Şübhəsiz ki, bu ölkənin rəhbərliyinin Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsi onun vəziyyətini daha da çıxılmaz edir”.

B.Quliyev son günlər Rusiyanın tanınmış jurnalisti, “Qovorit Moskva” radiostansiyasının rəhbəri Sergey Dorenkonun Ermənistanla bağlı ittihamlarını da xatırladaraq deyib ki, məhz işğalçı ölkənin Rusiyadakı səfirliyi ilə baş verən qalmaqallarda S.Dorenko Ermənistanı bütün çılpaqlığı ilə vəsf edib: “Onun Paşinyanı hədəfə alaraq, ermənilərin siyasətinin kökünə zərbə vurması da Ermənistanın anti-Rusiya siyasəti yürütməyə başlaması ilə əlaqələndirilməlidir. Rusiyalı jurnalist Paşinyan hakimiyyətinin səriştəsizliyindən, onun bacarıqsızlığından danışıb. Bu dedikləri də həqiqətdir. Həqiqətən də Paşinyan siyasət adamı yox, küçə adamı kimi daha çox tanınır və söz yox ki, siyasətin də nə olduğunu anlamır. Belə olan halda, rus jurnalistin haqlı ittihamları ermənilərdə qıcıq yaradıb. Ancaq rus siyasəti bu qıcığı da yox etməyə və Ermənistan hakimiyyətini yerinə otuzdurmağa qadirdir".

Baş redaktor Ermənistan hakimiyyətinin bir əlində iki qarpız tutması cəhdinə də münasibət bildirib və bu ölkənin həm ABŞ-la, həm də İranla eyni siyasət yürütməsinin mümkünsüz olduğunu bildirib:

“Necə ola bilər ki, bir-biri ilə düşmən münasibətdə olan iki ölkə ilə eyni müstəvidə partnyorluq edəsən? Düşünürəm ki, bu siyasi baxış da Ermənistana yeni problemlər yaradacaq və hətta “nəfəs borusu” kimi təqdim edilən İran belə, bu ölkədən imtina edəcək. Bu isə səfil və siyasi böhranlar işində çabalayan Ermənistana daha ağır, sarsıdıcı zərbələr vuracaq. Belə vəziyyətdə Türkiyə və Azərbaycan faktorunu da nəzərə alsaq, bu zaman Paşinyan hakimiyyətinin və ona dəstək verən “Sasna srer” kimi siyasi təşkilatların qısa zamanda iflasa uğrayacaqlarını, ölkədə xalq qiyamının baş qaldıracağını əminliklə deyə bilərik”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ